Məhkəmə qərarları › İş №e-2(009)-318/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-318/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-318/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, N AA 01/32 saylı nisyə alqı-satqı müqaviləsi üzrə olan cəmi 2295 AZN (iki min iki yüz doxsan beş) manat məbləğində borcun və ödənilmiş 42.95 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh1, zamin - Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021ci il tarixli, AA 01/032 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 ilkin ödəniş 1400 (min dörd yüz) manat olmaqla 9 ay müddətində aylıq ödəniş 255 manat olmaq şərti ilə “İphone 13 Pro 256 GB Gold” markalı mobil telefon satılmışdır. Nisyə alqı-satqı müqaviləsində öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli, AA 01/032 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Beləki cavabdeh ilkin ödəniş kimi nəzərdə tutulmuş 1400 manat məbləğində vəsaiti ödədikdən sonra müqavilənin ayrılmaz təkib hissəsi olan Təhvil-təslim aktı ilə müqavilənin predmeti olan daşınar əşayanı mülkiyyətinə qəbul etmişdir. Buna baxmayaraq ödəniş cədvəlinə uyğun olaraq 9 ay müddətində hər ay 255 manat ödəməli olduğu halda aylar üzrə heç bir ödəniş etməmişdir. Cavabdeh1 xx.xx.2022-ci tarixinə İddiaçı xx.xx.2021-ci il tarixli. AA 01/032 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2295 (iki min iki yüz doxsan beş) manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, nisyə alqı-satqı müqaviləsinə əsasən 2295 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Ns AA 01/032 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödəniş cədvəlinə uyğun həyata keçirir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhtəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və alıcı eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin zamin Cavabdeh2 məlumatlarının əks olunduğu müqaviləni cavabdehin imzaladığını, “zamin” və sənədin aşağı hissəsində “sistemə zamin kimi qeydiyyata alınsın (müştərinin İ dərəcəli ailə üzvü) edilib)” qeydlərininin onun razılığı əsasında iddiaçının özü tərəfindən aparıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, AA 01/032 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satıcı “MobiKredi”i təmsil edən İddiaçı 09 ay müddətinə, ilkin ödəniş 1400 manat ödənilməklə, hər ay 255 manat ödəmək şərti ilə, İPHONE 13 Pro 256 GB Gold markalı telefonu alıcı Cavabdeh1 3695 (üç min altı tüz doxsan beş) manata satmışdır. Müqavilənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, 2 gün güzəşt müddəti nəzərə alınaraq növbəti gecikdirilən hər təqvim gününə hesablanmış ümumi qalıq borcunun 0.2%-i qədər peniya tələb olunacaq və həmin peniyanın ödənişi müştəri tərəfindən mübahisəsiz olaraq yerinə yetiriləcək. İş materiallarında olan bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli AA 01/032 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mobil cihaz "MobiKredi"-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və yaxud hər hansı bir formada üçüncü şəxsə ötürülə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə məhsula tam sahiblik hüququ "Müştəri"-yə keçir. Müştəri" bu müqavilənin şərtlərini pozduğu halda "MobiKredi" məhsulun geri qaytarılmasını tələb edə bilər, məhsulun istifadəsini mümkünsüz edə bilər və o cümlədən əşyanın Azərbaycan Respublikasının Rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). İş materiallarına əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixli AA 01/032 saylı müqaviləyə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh1 (Şəxsiyyət vəsiqəsi AA 2709167; doğum tarixi xx.xx.1994) “MobiKredi Telecom”dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissəhissə ödəmək üçün nəzərdə tutulmuş İPhone 13 Pro 256GB Gold markalı, İMEİ kodu: **********42133 **********56796 olan mobil cihazı borcu yarandığı təqdirdə “MobiKredi Telekom” tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə (bağlanmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmağına etirazı olmamışdır. xx.xx.2021-ci il tarixli, AA 01/032 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsində müştəri (qələm ilə yanında zamin qeyd edilib) Cavabdeh2 məlumatları göstərilmişdir. Cavabdehlər xəbərdarlıq (pretenziya) məktubu ilə malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. Əsalandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, AA 01/032 nömrəli malın nisyə satılması haqqında müqavilə və ödəniş cədvəlinə əsasən satıcı “MobiKredi”i təmsil edən İddiaçı 09 ay müddətinə, ilkin ödəniş 1400 manat ödənilməklə, hər ay 255 manat ödəmək şərti ilə, İPHONE 13 Pro 256 GB Gold markalı telefonu alıcı Cavabdeh1 3695 (üç min altı tüz doxsan beş) manata satmışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, AA 01/032 nömrəli digər müqavilədə müştəri Cavabdeh2 məlumatları göstərilmiş, sənəddə qələm ilə “zamin” və sənədin aşağı hissəsində “sistemə zamin kimi qeydiyyata alınsın (müştərinin İ dərəcəli ailə üzvü) edilib)” qeydləri aparılmış, sənəd Cavabdeh2 tərəfindən imzalanmışdır. İddiaçının izahatına əsasən həmin qeydlər iddiaçının özü tərəfindən aparılmışdır. Hazırda borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixli, AA 01/032 saylı “malın nisyə satılması haqqında” alqı-satqı müqaviləsinə əsasən 2295 (iki min iki yüz doxsan beş) manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə iddiaçı ilə Cavabdeh1 ilə arasında bağlanmış alqısatqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə, borcun iddia ərizəsində zamin kimi göstərilmiş iş üzrə digər Cavabdeh2 birgə qaydada tutulmasına aid hissədə iddiaçının dəlilləri ilə razılaşmır və iddianı əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. - 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. - 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İşin müəyyən edilmiş hallarından və iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, AA 01/032 nömrəli malın nisyə satılması haqqında müqavilə və ödəniş cədvəlinə əsasən satıcı “MobiKredi”i təmsil edən İddiaçı 09 ay müddətinə, ilkin ödəniş 1400 manat ödənilməklə, hər ay 255 manat ödəmək şərti ilə, İPHONE 13 Pro 256 GB Gold markalı telefonu alıcı Cavabdeh1 3695 (üç min altı tüz doxsan beş) manata satmışdır. Eyni tarixli və nömrəli (xx.xx.2021-ci il tarixli, AA 01/032 nömrəli) müqavilə adlanan sənəddə - digər müqavilədə müştəri Cavabdeh2 məlumatları göstərilmiş, sənəddə qələm ilə “zamin” və sənədin aşağı hissəsində “sistemə zamin kimi qeydiyyata alınsın (müştərinin İ dərəcəli ailə üzvü) edilib)” qeydləri aparılmış, sənəd Cavabdeh2 tərəfindən imzalanmış, lakin iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, həmin qeydlər iddiaçının özü tərəfindən aparılmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 məlumatları göstərilən müqavilədə müqavilənin şərtləri göstərilməmiş, onun hər hansı bir şəkildə alqı-satqı müqaviləsinə görə zamin kimi qeyd edilməsinə münasibətdə yazılı mövqeyi alınmamış, xx.xx.2021-ci il tarixli, AA 01/032 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə də imza etməmişdir. Başqa sözlə, Cavabdeh2 həmin ödəniş cədvəli ilə, alqı-satqı müqaviləsi və onun şərtləri ilə tanış olması və zamin kimi qeyd edilməsi üçün razılıq verməsi öz təsdiqini tapmır. Məhkəmə qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlamaq niyyəti olmuşsa da belə, zaminlik müqaviləsinin formasına riayət edilmədiyindən, müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılığa gəlinmədiyindən müqavilə bağlanmamış sayılmalıdır. Odur ki, iddia Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2295 (iki min iki yüz doxsan beş) manat məbləğində borc və iddia qismən təmin edildiyindən ödənilmiş 42.95 (qırx iki manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 12.95 (on iki manat doxsan beş qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2295 (iki min iki yüz doxsan beş) manat məbləğində borc və ödənilmiş 42.95 (qırx iki manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar