Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-321/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı «Kredit Servis BOKT” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Kredit Servis BOKT” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «Kredit Servis BOKT” MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4874.82 AZN kredit üzrə əsas məbləğ borcunun, 1559.85 AZN əsas məbləğə hesablanmış faiz borcunun, 1080.12 AZN hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla cəmi-7514.79 AZN məbləğində borcun, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 96 AZN dövlət rüsumunun "xxxx" MMCnin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Borclu Cavabdeh ilə 23 fevral 2023-cü il tarixində B/2219 saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə cavabdeh 24 (iyirmi dörd) ay müddətinə 61200 (altmış bir min iki yüz) AZN məbləğində kredit götürmüşdür. Müqavilə bağlanan andan Cavabdeh üzərinə götürdüyü öhdəliyin məsuliyyəti ona izah edilmişdir. Məsuliyyətin izah edilməsinə baxmayaraq borclu krediti götürdüyü tarixdən etibarən aylıq verməli olduğu kredit borcunda müəyyən gecikmələr olmuşdur. Tərəfimizdən borclu ilə əlaqə saxlamağımıza baxmayaraq bu günə qədər borclu tərəfindən kredit borcu ödənilməmişdir. Borclunun "xxxx" MMC-yə cari dövrdə kredit müqaviləsi öhdəlikləri üzrə əsas borcu 4874.82 AZN, kredit müqaviləsinin 3.2 bəndinə görə bu tarixə hesablanmış kredit faizi 1559.85 AZN, müqavilənin 5.4.2 maddəsinə görə cərimə olaraq 1080.12 AZN hesablanmışdır. Borclunun tam borcu 7514 (yeddi min beş yüz on dörd) 79 qəpik təşkil edir. Azərbaycan Respublikasının qanunverciliyinə görə müqavilə şərtləri bu müqaviləni bağlayan tərəflər üçün icrası məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Lakin, B/2219 saylı kredit müqaviləsinin 5.1.1 bəndinə əsasən borcluların ödəniş planı üzrə ödənişi vaxtında və lazımi qaydada etmədiyinə görə, ödəniş planı üzrə ödənilməli məbləği nəzərdə tutulmuş qaydalara əsasən ondan tələb etmək məqsədə uyğundur. Məhkəmə iclasında iştiark edən iddiaçı «Kredit Servis BOKT” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan «Kredit Servis BOKT” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli B/2219 saylı Kredit Müqaviləsindən və ödəniş tapşırığından görünür ki, Bank cavabdehə istehlak məqsədləri üçün annuitet ödənişlə orta illik faiz dərəcəsi 18,33%, illik 32 % faiz dərəcəsi ilə 24 ay müddətinə 61200 (altmış bir min iki yüz) manat məbləğində kredit vermişdir. İş materiallarında olan iddiaçı «Kredit Servis BOKT” MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixində bağlanmış B/2219 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinə borcu 4874.82 AZN əsas, 1559.85 AZN faiz, 1080.12 AZN cərimə, cəmi 7514.79 AZN təşkil edir. İş materiallarında olan «Kredit Servis BOKT” MMC tərəfindən Cavabdeh anvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, 27 fevral 2023-cü il tarixdə B/2219 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İş materialları ilə müəyyən olunur ki, «Kredit Servis BOKT” MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə 61200 (altmış bir min iki yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh öhdəliyini vaxtında və lazımınca icra etməmiş, nəticədə onun xx.xx.2023-cü il tarixinə 4874.82 AZN əsas, 1559.85 AZN faiz, 1080.12 AZN cərimə borcu olmalqa, cəmi 7514.79 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı «Kredit Servis BOKT” MMC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Odur ki, iddiaçı əsas və faiz borclarının ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsinin “1080.12 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 4874.82 manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 1080.12 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 96 manat məbləğində dövlət rüsumunun 88 (səksən səkkiz) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 8 (səkkiz) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı «Kredit Servis BOKT” MMC-nin xeyrinə 4874.82 (dörd min səkkiz yüz yetmiş dörd manat, səksən iki qəpik) manat əsas borc, 1559.85 (bir min beş yüz əlli doqquz manat səksən beş qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 6734.67 (altı min yeddi yüz otuz dörd manat altmış yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 96 (doxsan altı) manat məbləğində dövlət rüsumunun 88 (səksən səkkiz) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 8 (səkkiz) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4874.82 (dörd min səkkiz yüz yetmiş dörd manat, səksən iki qəpik) manat əsas borc, 1559.85 (bir min beş yüz əlli doqquz manat səksən beş qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 6734.67 (altı min yeddi yüz otuz dörd manat altmış yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 88 (səksən səkkiz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı «Kredit Servis BOKT” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-321/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-321/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver