Məhkəmə qərarları › İş №e-2(009)-334/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-334/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-334/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh MMC-yə qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 13 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşı Nümayəndə təqsirli hərəkəti nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnmiş İddiaçı mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 3700 (üç min yeddi yüz) manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun və 500 (beş yüz) manat məbləğində vəkil xərcinin,cəmi 4257 (dörd min iki yüz əlli yeddi) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) **-RX- ***20 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı Sprinter Mikroavtobus modelli nəqliyyat vasitəsinin mülkiyyətçisidir. xx.xx.2024-cü il tarixdə saat 10.57-də Bakı-Quba yolunun 32 km-də (STP zavodunun qarşısı)Cavabdeh (bundan sonra cavabdeh) mülkiyyətçisi olduğu **-YE-*** dövlət qeydiyyat nişanlı “Krone 3-A-Auflieger” yarımqoşqu markalı nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat haidəsis törətmiş və nəticədə iddiaçının mülkiyyətində olan yuxarıda qeyd edilmiş nəqliyyat vasitəsinə ciddiziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin mülkiyyətçisi olduğu Cavabdeh X1 (bundan sonra cavabdeh) mülkiyyətçisi olduğu **-YE-*** dövlət qeydiyyat nişanlı “Krone 3-A-Auflieger” yarımqoşqu markalı nəqliyyat vasitəsinin sürücüsü Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1, 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbehvermə haqqında qərar qəbul olunmuşdur. Törədilmiş inzibati xətaların xarakterindən görünür ki, cavabdeh nəqliyyat vasitəsini texniki baxışdan keçirməmiş (İXM-nin 339.1.-1-ci maddəsi) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etmək vəzifəsi müəyyən edilsə də, bunu etməmişdir (İXM-nin 469.3-cü maddəsi). Nəticədə iddiaçıya vurulmuş ziyana görə sığorta təşkilatı tərəfindən hər hansı bir ödənişin həyata keçirilməsimümkün olmamışdır. İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini öz hesabına təmir etdirmək məcburiyyətində qalaraq yenidən istifadəyə yararlı vəziyyətə gətirmişdir. Nəqliyyat vasitəsinin təmiri üçün iddiaçı tərəfindən 3700 (üç min yeddi yüz) manat xərc çəkilmişdir. Beləliklə, iddiaçıya yol-nəqliyyat hadisəsi nəticəsində maddiziyan vurulmuş və həmin ziyanın əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından olan: İXP ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il ildə, təxminən saat 10:57 radələrində Nümayəndə idarə etdiyi Krone 3-A-AUFLİEGER yarımqoşqu markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba yolunun 32-ci kilometrliyində hərəkətdə olan vaxt Mercedes Benz markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq qəza törətmişdir və Nümayəndə İXM-nin 327.1-ci, 339.1-1 və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmişdir. BD464098 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** RX *** dövlət qeydiyyat nişanlı Sprinter mikroavtobus modelli nəqliyyat vasitəsi İddiaçı xüsusi mülkiyyətindədir. BB 484242 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** JK *** dövlət qeydiyyat nişanlı MAN markalı yəhərləyici dartıcı tipli nəqliyyat vasitəsi Cavabdeh MMC-nin xüsusi mülkiyyətindədir xx.xx.2025-ci il tarixli 72 №-li X3 tərəfindən verilmiş rəydən aydın olur ki, xx.xx.2024cü il tarixli qüsur aktında olan məlumatlara əsasən Mercedes Benz markalı Sprinter mikroavtobus modelli, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa 3700 manat müəyyən edilmişdir. Elektron Portaldan görünür ki, Nümayəndə Cavabdeh MMC-də sürücü, yükdaşıyan vəzifəsində çalışır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nümayəndə Cavabdeh MMC-də sürücü vəzifəsində çalışarkən idarə etdiyi Krone 3-A-AUFLİEGER yarımqoşqu markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus Mercedes Benz markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Nümayəndə polisin qərarı ilə yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli hesab edilmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmaqla baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına dəymiş zərərin məbləği 3700 manat müəyyən edilməli və həmin pul vəsaiti işəgötürən qismində nəqliyyat vasitəsinin sahibi olan Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə 500 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə aşağıdakıları qeyd edir: AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Qanunçuluq Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) cavabdehə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 57 manat dövlət rüsumundan və 200 manat iddiaçı tərəfindən X2 hesabına köçürülmüş rüsumdan (Bank Respublika ASC-nin qəbzi) ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3700 manat məblğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddianın qaldırılması üçün ödənilmiş 57 manat dövlət rüsumu, iddiaçı tərəfindən X2 hesabına köçürülmüş 200 manat rüsum və hüquqi yardıma görə ödənilmiş 500 manat pul vəsaitinin əvəzi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar