Məhkəmə qərarları › İş №e-2(009)-338/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-338/2025

15.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-338/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mənzildə kondisioner, kombi-qaz, məişət texnikalarından istifadə hüququnun tanınması və maneənin aradan qaldırılmasına dair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı «mənzildə kondisioner, kombi-qaz, məişət texnikalarından istifadə hüququnun tanınması və maneənin aradan qaldırılmasına dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu M.Mənsur küçəsi, ev 94, mənzil 9A mənzilində kondisioner, kombi-qaz, məişət texnikalarından istifadə hüququnun tanınması, cavabdeh tərəfindən texnikaların istifadəsinə törədilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: özünə məxsus Bakı şəhəri Səbail rayonu Mirzə Mənsur küçəsi ev 94, 9A mənzilində kondisioner və qaz avadanlığı kombidən, 12 ya mövsümi istifadə olunur. 9A mənzilindən çöldə eyvanda 50 sm x 2m ölçüdə sanitar xətti və mənzilin 1.8 kv.metr sahəli otaqdan çöl divar girişli 2 sm diametrlibndə su-qaz xətti kombi və kondisioner təchizatına xidmət edirlər. Cavabdehlə aralarında konkret “sanitar qovşağın və sonuncunun kommunikasiya xətlərin sökülməsi” barədə qətnamə mövcuddur. Bu halı cavabdeh sui-istifadə edib mənzilə daxil olan bütün kommunikasiya xətlərin sökülməsini tələb edir. (niyyəti mənzilini yarı qiymətə satmağa məcbur etməkdir) 9A mənzilinin qüvvədə olan texniki sənədində 1.8 kv.metr sahəyə daxil belə - iddia olunan məişət avadanlıqları üçün texniki göstəricilər haqqında qeyd olmur. Odur ki, sökülməsi qətnamə ilə öhdəlik ola bilməz. Həmçinin bu hüquqi zəmində mübahisə predmeti üçün qanunauyğun şərait yaradır. Cavabdehin isə videoçəkiliş ilə müşayət olunan qanunsuz hərəkətləri maneədir. Digər iş üzrə qüvvəyə minmiş qərardadla təsdiq olunan barışıq sazişinin bəndində cavabdeh 9A mənzili naturasında abonent xidmətli xətlərin mövcudluğunu tanıyıb deyə, bu artıq mübahisələndirilə bilməz. Su xidməti üzrə 8 ildir, çirkab suyu xərcləri də ödənilir. Mənzildə cavabdehin istiqaməti ilə 3 dəfə artıqlaması ilə tələbi icra olunmuş bu barədə xx.xx.2024-cü il tarixli ərizəsi də işin materiallarında mövcuddur. Paltaryuyan problemi işi üzrə Mədinə xanım işə baxmış, vəziyyəti yalnış olaraq icradan yayınma kimi qiymətləndirmişdir. O, qanunsevər vətəndaş kimi AR-sı adından bütün qərarların tam icrasında maraqlıdır. Lakin, gündəlik məişətdə ehtiyaclardan dolayı mübahisələrə bu konsepdə baxılmalı, ağı-qaradan ayırmaq lazımdır. Cavabdehin niyyəti 9A mənzilin sistematik yaşayışa yararsız vəziyyətə gətirməklə qiymətdən salmaqdırsa, buna vəzifəlilər göz yummalı deyil, əks halda onlar da cavabdehlə əlbir hesab olunacaq. Belə ki, Səbail rayon Məhkəməsində eyni şəxslər arasında, eyni predmet üzrə (qəzalı vəziyyətin aradan qaldırılması) iş təkrar icraatdadır və o, məhkəmə tərəfindən çağırılan kimi, prosesdən yayınmır. Beləliklə, 9A mənzilində müəyyən sahənin sökülməsi qət olunubsa, bunu bütün mənzilə istifadə sahələrinə aid etmək hüquqi naşılıqdır. Qət hissədən sonra “mənzildə kommunikasiya xətlərin sökülməsi “(qəbul edən hakim tərəfindən konkret sahə üzrə hərfi nəticədirsə,) cavabdehin anlaqsız nöqteyi nəzərindən isə insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin məsləkə ilə sarsılmasıdır. İşin materiallarında olan Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun icraatında inzibati işin olması məsələyə ümumi məhkəmə tərəfindən ehtiyatla yanaşılmağı tələb edir. Həmçinin 9A mənzilinə aid olan hüquqmüəyyənedici sənəd qoruq arxiv surətində və digər maddi sübut olan fotoşəkillərdə 9A mənzlində qədimdən sivil istifadə təchizatların mövcudluğu öz təsdiqini tapıb. Həmçninin 720 qətnamə mənzlinin mətbəx istifadə sahəsinə konkret qadağa qoymur. Azərbycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, Mənzil Məcəlləsinin 35.2, 35.5., 36.1-ci maddələrinə əsasən iddianın təmin ediməsi xahiş olunur. Məhkəmə baxışı dövründə iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək ilkin iddia qüvvədə qalmaqla, Bakı şəhəri Səbail rayonu M.Mənsur küçəsi, ev 94, mənzil 9A mənzilində kondisioner, kombiqaz, məişət texnikalarından istifadə hüququnun tanınması, Cavabdeh tərəfindən texnikaların istifadəsinə törədilən maneənin aradan qaldırılması barəsində iddiasına artırma edilib Bakı şəhəri Səbail rayonu M.Mənsur küçəsi, ev 94 binasında 4 kv.metr ümumi statuslu çamaşırxana, 9 saylı mənzildə şərti mətbəxt və sanitar qovşağı, 9A saylı mənzildə şərti mətbəxt-dəhlizdə, 12 saylı mənzilin 2-ci mərtəbəsində şərti mətbəxt və sanitar qovşağı - həmçinin, 1-ci mərtəbədə olan köməkçi şərti yaşayış otağı hissəsi, 14 A mənzilində sanitar qovşağı və mətbəxt otaqlarında və ümumi pilləkən qövsündə quraşdırılmış qaz avadanlıqlarının Cavabdeh2 İB-nin təlimatı əsasında təhlükəsizlik norma və qaydalara əməl olunmaqla istirmarı cavabdehlər tərəfindən təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025- ci il tarixdə ona Azəriqaz əməkdaşı zəng etməklə ilkin cavabdehin şikayəti əsasında mənzilinə baxış keçirilməli olduğunu bildirmişdir. Buna görədir ki, hazırda 2-ci cavabdeh Azəriqaz cəlb olunmaqla iddia tələbinin artırılması zəruriyyəti yaranıb. Belə ki, ilkin cavabdeh 1-ci dəfə deyil ki, müxtəlif idarələrdən həqiqəti əks etdirməyən sorğularına cavab alır. Bu dəfə də qaz idarəsindən yanlış cavab almaqla hazırda iddiaçı olduğum işə mane olmaq üçün istifadə etməyi hədəfləyir. Qaz idarəsi istehlakçıların hüquqlarını birtərəfli pozmamalı, obyektivliyi təmin etməlidir. Tərəflər arasında bir neçə mübahisə varsa və tərəflər tələb olunanı könüllü icra etməkdən imtina edirsə, məhkəmə prosessual qənaət prinsipinə əsasən eyni tərəflərin iştirak etdiyi iş üzrə iddialara birlikdə baxır. Qaz Təsərrüfatı haqqında Məcəlləyə düzəlişlər edilməsinə dair Nazirlər Kabinetinin 80-cı qərara əlavələri vardır. İddiaçının məhkəməyə təqdim etdiyi yazılı izahatda göstərmişdir ki, iş üzrə cavabdeh 2021-ci ildən 720 qətnaməsi üzrə iddiasının təmin olunmasını, dəqiq desək 9a saylı ona məxsus mənzilin tam yaşayışa yararsız vəziyyətə salınmasına çalışır. Təəssüf ki, ona müəyyən vəzifəlilər bu işdə yardımçı olur. 720 qətnaməsi üzrə icra işləri artıqlaması ilə icra olunub. Baxmayaraq ki, bu qətnamədə yalnız sanitar qovşağı və sonuncunun komunikasiya xətləri sökülməsi qət olunub. Cavabdeh mənzilin bütün kamunikasiyalarının sökülməsini əsassız tələb edir. Bu səbəbdən gizlin icra məmuru və onun iştirakı olmadan Səbail Məhkəməsində iclaslar təyin olunub, dəfələrnən icraya xitam verilməsi qərarı sifarişlə və cavabdehin təqdim etdiyi saxta sənədlərə (qərəzli qoruğ idarəsi sorğuları) əsasən ləvğ olunur. Özü Sumqayıtda yaşayır- işləyir. Qohumları 9a saylı mənzildə yaşayır, xanımdırlar, təmizliyə riayət edirlər. Bununla belə böhtanla, bu böhtanın rəsmiləşdirilməsi, vəzifəlilər tərəfindən həyata keçirilməkdədir. Xatırladır ki, bunların heç-bir faydası olmayacaq. Qətnamədə qeyd olan sanitar qovşağı 100-lük turbası sökülüb. Sanitar qovşağı döşəməsi- xərləri betonlanıb, ağzı bağlıdır, istifadəsizdir. Paltaryuyan həyətə köçürülüb. 9a mənzilindən xaricdə-eyvanda da qədimdən mövcüd su kamunal xidmətli 2m uzunluğlu 50 sm endə çirkab borusu zərurətdən qalır. Mənzil texnik məişət təchizatına xidmət edir. Hətta mənzildə qərardaddan sonra qətnamə tələbindən xaric mətbəx textizatı iflic vəziyyətə düşüb. 2m uzunluğundakı eyvanda çirkab xətti kandisianer suyu, yağış suyu, nizanlama işində kombi suyun, döşəmə suyun (silərkən), mənzil içməli suyun artıq hissəsin axıdılmasına və 9a binasının kanalizasiya havasının çıxmasına xidmət eləyir. Onun Səbail Rayon Sukanal və qaz idarəsi ilə müqaviləsi var. Bakı şəhəri Səbail Rayon icra şöbəsinin xx.xx.2023 tarixli aktında 2 icra məmuru və 2 tərəfin imzası var. Burada texniki sənədlərdə olmayan kamunikasiya xətlərin sökülməsi və zərərin ödənməsi qeydi görsənir. Komunikasiya xətlərin sökülməsin vidio müşahidə ilə etmişdir. Vidio diski təqdim edirəm. Bu səbəbdən cavabdehin barəsində hümayinə təyin olunmalıdır. Bütün bu görülən işlərə baxmayaraq, o, hər danışığında yenə də onun evinə su axdığın iddia edir. Çünki onun su fobiyası var. Bu onların günahı deyil. Onun yaşadığı həyat təctübəsidir. Onun özünün problemidir. Növbəti olaraq, o, vidio müşahidə ilə eyvanda olan su kranı xortumunu çıxarır. Onlara şəxsi mənzilimizdə yaşamağa manəçilik törədir. O, məhkəmənin etinasızlığına güvənir. Onun iddiası təmin olunub deyə qərək onlar evlərində rahat yaşamasınlar. Bu səbəbdən, o məcbur olub cavabdeh məhkəməyə müraciət etmişdir. Çünki polis bu işin mülki iş olub məhkəmə aidiyyatı olması qənaətindədir. Sonuncu olaraq o cavabdehə əgər onun evinə su axarsa özünün usta ilə mənzilə daxil olub baxış keçirməsinə icazə vermişdir. Çünki su axma mənbəyi yoxdur. İş materyallrında Mədinə Bağırovanın “işi daha yaxşı anladığı” izahatı var. Lakin bu işə Mədinə xanım özü baxacağı təqdirdə keçərlidir. Yəni bundan ötrü qərar verərkən onunla müşavirəyə ehtiyac yoxdur. İçərişəhərdə sukanal tərəfindən öncə Kiçik Qala və Böyük Qalaya texniki şərtlə ana su xətti çəkilməklə sakinlərin ümumi istifadəsinə su verilmiş, sonra 01.01. 1997-ci ildən Mehman tərəfindən 9a mənzili daxilində də bu istifadə sayğac qoyulmağla rəsmi müqavilə ilə təsdiqin tapmışdır. 99-cu il 28 oktyabr tarixli 723-10 saylı qanunla su xidməti ilə bağlı imtiyazlar X2 xidmətinə həvalə edilməsidir. Sonda məhkəməyə təqdim etmək üçün yeganə identifikasiya kodu ilə təsdiq olunan xx.xx.2024 tarixli müqaviləni qoşmaya əlavə etmişəm. Nazirlər kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı əsaslı şərtlərlə mən 06/883 saylı 06 oktyabr 2016-cı il tarixli Azəriqazla olan müqavilə ilə yenə illər öncə 9a saylı mənzildə olan qaz xidmətinə abonent kimi miras hüququ tanınıb. Bu dəllilər sübut edir ki 9a mənzili digər mənzillər kimi tam hüquqlu mənzil statusunda xidmətdədir. Cavabdeh və onun əməllərinin nəticəsi isə qondarmadır, manədir. Texniki sular bir başa eyvan üzərinə tökülsə ardınca onun 14 a mənzilinin girişinə tökülsə, onun səsi daha möhkəm çıxacaq. Demək eyvandaki 2 metr boru xəttin qorumaq bütün artıq suların ora axıdılmasmı təmin etmək lazımdır. 9a mənzili arxiv sürəti və foto şəkillərdə, mənzilin istifadəsində qədimdən 100-lük cuğun trubanın 14a mənzilinə perpendikulyar daxil olmaqla qurulduğun, sonra cavabdehin “yenidən qorunmasından” Sonra ümumi razılıq 720 qətnaməsi öncəsi vəziyyətdə olması razılaşdirılmışdır. Sözünü tuta bilməyən (vəziyyəti ilə əlaqədar) cavabdeh 720 qətnaməsindən sonra 9a mənzilinin şəraitin 30 il ərzində güyə istədiyi kimi, dəyişmək öhtəliyin qazandığın iddia edir- bu belə deyil. 26 il ərzində 9a mənzilin daxilində sanitar qovşağı (hamam otağı) və xətlərinə məhduliyyət qət edilib. Lakin, bu, qovşağın “ texniki sənəddə olmayan” şərti var. Rasional düşünmək qabliyyəti olan hərkəs görürki, qüvvədə olan 9a texniki sənətində, mənzil daxilində 1.8 m2 sahəli sanitar qovşağ (hamam otağı) var. Bundan sonra cavabdehin törətdikləri maneyədir və qanuni tikilinin sökülməsi isə maneədir. Etirazın dəlilləri: İddiaçı xx.xx.2024-ci il tarixlı, əsassız, qərəzlı, tələbləri aydın olmayan, əsaslandırılması və sübutları, ümumiyyətcə olmayan və təzyiq vasitəsi kimi verilmiş iddia ərizəsinə, aşağıdakı əsaslarla tam etiraz edir. Bildirir ki, iddia ərizəsində bir neçə məsələ bilərəkdən qarışdırılır və yeni hal kimi təqdim olunmağa cəhd edilir. Belə ki, iddiaçıya məxsus 9a saylı mənzildə qanunsuz quraşdırılmış sanitar qovşaq və mətbəxə aid digər kommunikasiya xətləri xx.xx.2021-ci il tarixli Qətnamə ilə sökülmüş və ləğv edilmişdir. İddiaçı tərəfindən, yenidən qanunsuz quraşdırmalar baş verdiyindən, işə baxan məhkəmə tərəfindən, məlum icra hərəkətləri barədə xitam qərarı ləğv edilmiş, iş yenidən icra edilməsi üçün icraya yönəldilmiş və hal-hazırdada icra mərhələsindədir. Həmçinin dediklərini, yəni, məlum faktları, 9a saylı mənzilin tex.pasportundan da görə bilərik. Sonuncu, xx.xx.2021-ci il tarixli və 9a saylı mənzilə çəkilmiş tex.pasportda, mənzil daxilində yalnız sanitar qovşaq mövcuddur ki, bu da yuxarıda qeyd etdiyi Qətnamə ilə sökülmüşdür. Tex.pasportun eskiz planında və otaqların təyinatı hissəsində isə mətbəx yoxdur və sonuncuya aid kommunikasiyalar da mövcud deyildi. Nəhayət, məlum məsələ ilə əlaqədar mötəbər sayılacaq, mənzil üzərində razılaşdırmanı həyata keçirən orqan olan, Qoruq İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunu və xx.xx.2021-ci il tarixli Ekspert rəyini, sübutlar kimi məhkəməyə təqdim edirəm. Daha bir faktı da bildirməyi vacib bilir ki, iddiaçı özü, inzibati məhkəmədə iddia qaldıraraq, 9a saylı mənzilə mətbəx tanınmasını xahiş etmiş və bununla da, indiki, yəni xx.xx.2024-cü il tarixli iddia tələblərinin hüquqi əsassızlığını etiraf etmişdir. Deməli, qüvvədə olan məhkəmə Qətnaməsi və digər sənədlərdən də görünür ki, 9a saylı mənzil daxilində sanitar qovşaq və mətbəx, eləcədə, sonunculara aid kommunikasiya xətləri real zaman kəsimində mövcud olmamalıdır. Digər tələblər yəni, mənzilə suyun verilməsi və istifadəsi, qazdan qanunvericiliyin tələbiylə istifadə və kondisionerin quraşdırılması üzrə, iddiaçıya heç bir maneə yoxdur və bunu sübut etmək, sonuncunun vəzifəsidir. İddia ərizəsində daha sonra, qüvvədə olan məhkəmə aktlarına münasibətdə yanlışlığın olması bildirilir və iddiaçının necə “qanunsevərliyi” vurğulanır, eləcədə, digər şər-böhtan xarakterli yazılar yer alır. Bununla əlaqədar müxtəlif tarixli aktları və şikayət ərizəmi etiraza əlavə edir və 8(009)-210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardada baxılmasını xahiş edir. Bir daha qeyd edir ki, 9a saylı mənzildə kondisioner üzün illər mövcud olmuşdur, son zamanlar isə, konkret, xx.xx.2025-ci ildən fərqli yerdə qurulub və istifadədədir. Kombi və digər qaz avadanlıqlarından istifadə üzrə isə aşağıdakıları bildirir: Belə ki, 9 saylı mənzilin bölünməsindən yaranan, 37 kv.metr sahəli 9a saylı yaşayış sahəsi, istifadə sahələri həyətdə olmaqla, hələ özəlləşmə zamanından, belə idarə edilmiş, son mülkiyyətçisi tərəfindən isə bu kimi qanunsuzluqlar məsuliyyətsizcəsinə aparılır. Həmçinin, sadalanan avadanlıqlar yəni, 4-gözlü mətbəx qazı, “minutka” tipli qaz qızdırıcısı, “iran peçi” kimi tanınan qaz avadanlığı və nəhayət, kombi çəkilişi və bu avadanlıqların aqreqat hissələrinin də, mənzil daxilində yerləşdirilməsi, hamısının 37 kv. metr sadədə quraşdırılması və bu avadanlıqların çəkilişinin ixtisaslaşdırılmamış (fəhlə) işçilər tərəfindən çəkilməsi, icazəsiz olmaqla və X1na əməl edilməməklə çiddi qanun pozuntusudur. Eyni zamanda, müvafiq qanunvericiliyin tələbilə, bu kimi yenidənqurma və konfiqurasiya dəyişiklikləri, hazırki halda, Qoruq İdarəsilə razılaşdırılmalı və ümumi yaşayışlı binalarda digər paycılarında razılığı əsasında aparılmalıdır. Bununla əlaqədar tərəfindən, FHN-nə və Səbail Qaz istismarı İdarəsinə, xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edilmiş və Qaz İdarəsindən, tərəfə “bildiriş” verilmiş, araşdırılmasına və tədbir görülməsinə əmin etmişlər. Beləliklə, iddia ərizəsindəki bütün məqamlara aydınlıq gətirməklə, birmənalı olaraq o qənaətə gəlinir ki, məlum absurd ərizə, yalnız onun qanuni tələblərinə qarşı təzyiq vasitəsi kimi irəli sürülmüş, əksər hallarda qərəz dolu şər-böhtan, bəzi məqamlarda isə faktların təhrif edilməsi, ona aid olmayan hüquqlarla və tərəflərin düzgün seçilməməsi ilə müşayiət edilməkdədir. Ümumiyyətcə bu kimi mənasız və vicdansızcasına əsassız iddia vermiş tərəf, MPM-nin 120-ci maddəsilə cərimələnməlidir... MPM-nin 77.1-ci maddəsində göstərilir ki, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və hesab edir ki, etiraz ərizəsində, iddia ərizəsi üzrə qoyulan bütün suallar əsaslı şəkildə cavablandırılmışdır və bunun əksini sübut etmək qarşı tərəfin üzərinə düşən vəzifədir. Yuxarıda göstərdiklərini və işin hallarını, eləcə də etiraz ərizəsinə əlavə etdiyi çoxsaylı sənədləri, sübutlar kimi qəbul etməklə, iddia ərizəsini təmin etməməklə rədd edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 31 may 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 11.06 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 14a xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 30 may 2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** saylı, xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-720/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri , Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh1 qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)-857/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla Cavabdeh1 qarşı ünvan 1 ünvan üzrə ümumi istifadədə olan sanitar qovşaq sahələrindən istifadə qaydalarının müəyyən olunması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(009)-1807/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı "su matorunun sökülməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(009)-210/2024 saylı qərardadı ilə tələbkar Cavabdeh1 ərizəsi təmin edilərək Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 720/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(009)-166/2025 saylı qərardadı ilə şikayət təmin edilərək Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. - Cavabdeh2 İB-nin Cavabdeh1 xx.xx.2025-ci il tarixli müraciətinə cavab olaraq ünvanladığı 18 mart 2025-ci il tarixli məktubundan görünür ki, onun üçt qonhusu tərəfindən mənzil 9 a-da ( 37 kv.m sahədə) 4 ədəd qaz cihazından istifadə olunması ilə bağlı müraciəti mütəxəsisslər tərəfindən yerində araşdırıldı. Araşdırılma zamanı qeyd edilən ünvanda m. 9a-da 4 ədəd qaz cihazının «Tikinti Norma Qaydaları»nın və «Qaz təsərrüfatında X1»nın tələblərinə uyğun olmaması aşkar edilmişdir. Bununla bağlı dəhlizdə quraşdırılan iran sobası, qənaətli su qızdırıcısı ( QSQ) ləğv edildi,qaz xətləri ana xətdən ayrılaraq plomlandı. Mənzildə yalnız 1 ədəd RQ-2 qaz plitəsi qazla təmin olundu. Kombi tipli su qızdırıcısı qaz xəttinə qoşulu deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin - 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. - 25.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda... (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); (25.1.4-cu maddə) yol verilir. Azərbaycan Respublikası MPM-si - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9, 12, 14a saylı mənzillərinin mülkiyyətçisi Cavabdeh1, 9a saylı mənzilinin mülkiyyətçisi İddiaçı olmaqla tərəflər arasında özbaşına tikilmiş sanitar qovşağı sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməsi, üzrə ümumi istifadədə olan sanitar qovşaq sahələrindən istifadə qaydalarının müəyyən olunması və su matorunun sökülməsi və maddi ziyanın ödənilməsi ilə bağlı dəfələrlə məhkəmə çəkişmələri baş vermişdir. Hazırda iddiaçı özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli qətnaməsinin icrası tam həyata keçirilsə də, cavabdehin bu qətnamənin icrası qaydasında mülkiyyətində olan mənzildə kondisioner, kombi-qaz, məişət texnikalarının işlədilməsinə mane olduğu, başqa sözlə onların da ləğv edilməsinə nail olmağa çalışdığı üçün, bu əşyalardan istifadə hüquqlarının tanınmalı olmasını, həmçinin quraşdırılmış qaz avadanlıqlarının Azəriqaz İB-nin təlimatı əsasında təhlükəsizlik norma və qaydalara əməl olunmaqla istirmarının cavabdehlər tərəfindən təmin edilməli olmasını iddia etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək mənzildə kondisionerin işlədilməsinə heç bir maneələr yaradılmamasını kombi-qaz və digər qazla işləyən məişət texnikaların istifadəsinə qadağının aidiyyatı qurum tərəfindən qoyulmasını və hazırki mübahisənin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli qətnaməsinin icrası ilə heç bir əlaqəsi olmamasını, ümumiyyətlə qaz qurğularından başqa digər məişət texnikalarının istifadəsinə heç bir maneə yaratmadığını göstərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli qətnaməsinin icrasının hazırki mübahisəyə aidiyyatı olması təsdiqini tapmasa da, məhkəmə iddia tələblərinə qiymət verilməsi baxımından sözügedən qanuni qüvvəsini almış və icraya yönəlmiş qətnamə ilə bağlı müəyyən məqamları diqqətə çatdırılmasını zərurəi sayır. Belə ki, sözügedən qətnamədən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməsi qət edilmişdir. İcra prosesində borclu İddiaçı şöbəyə ərizə ilə müraciət edərək məhkəmə prosesi zamanı icra sənədində sözügedən mənzildə icra sənədində göstərilən qurğuların (sanitar qovşağı və kommunikasiya xətləri) sənədləşməsi barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini bildirmiş və edilmiş müraciətinin təmin edildiyini, hazırda xx.xx.2021-ci il tarixli, invetnar nömrəsi: 04/505, xx.xx.2021; reyestr nömrəsi: **********22-05101- 093005 saylı yeni texniki pasport tərtib olunaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qurğular qanuniləşdirilərək borclunun istifadəsinə verilmişdir. Bu səbəbdən borclu icra sənədinin icrasının mümkün olmadığını iddia etdiyini bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)- 63/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tohid Nurlunun ərizəsi təmin edilməmişdir. Bundan sonra icra məmuru tərəfindən qismən icra hərəkətləri həyata keçirilmiş, daha sonra 05 iyul 2023-cü ildə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi 2(009)-720/2021-017 nömrəli, xx.xx.2021-c il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. O, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında 05 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayət ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-223/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin 2(009)-720/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 05 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)- 720/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra şöbəsinə qaytarılmışdır. xx.xx.2024-cü ildə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlu tərəfindən Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 720/2021-017 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Borclu yenidən eyni əməlləri təkrar törətdiyindən, tələbkar olaraq o, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 8(009)-210/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında icra məmurunun 24 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-425/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 8(009)-210/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Səbail rayon Məhkəməsinin 2(009)- 720/2021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-551/2025 nömrəli qərarına əsasən İddiaçı İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə növündə tənbeh edilmişdir. 04 aprel 2025-ci ildə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X3 "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə istinad edərək icra icraatının dayandırılması barədə qərar qəbul etmişdir. Borclu yenidən işə baxan məhkəməyə ərizə ilə müraciət etmiş və eyni əsaslarla məhkəmədən işə xitam verilməsini xahiş etmiş və ərizə təmin edilməyərək, 8(009)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmiş, sözügedən qərardaddan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 8(103)- 93/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-23/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli icra vərəqi, yenidən icra işlərinin davam etdirilməsi üçün göndərilmişdir. İcra məmuru Tohid Nurlunun xx.xx.2025-ci il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş, əsası kimi hazırki ih üzrə qaldırılmış iddianın icraata götürülməsi göstərilmişdir. Lakin, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(009)-166/2025 saylı qərardadı ilə ərizəçi Cavabdeh1 şikayəti təmin edilərək Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır və bu onunla əsaslandırılmışdır ki, borclu İddiaçı tərəfindən qaldırılan iddianın icra sənədi üzrə icraatın dayandırılmasının hüquqi əsası kimi qiymətləndirmir. Məhkəmə həmin qərarında eyni zamanda qeyd etmişdir ki, tələbkarın sökülməsini tələb etdiyi kommunikasiya xətti barədə icra vərəqəsində bir başa göstəriş yoxdursa və icra sənədində göstərilən bütün göstərişlər tam icra olunmuşsa, bu hal icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. Göründüyü kimi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 720/2021 saylı qətnaməsinin icra edilməsi ilə bağlı icra hərəkətlərinin davam etdirilməkdədir. Hazırda iddiaçı sözügedən qətnamənin tam icra edilməsinə baxmayaraq cavabdeh tərəfindən qətnamənin predmeti olmayan kondisioner, kombi-qaz, məişət texnikalarının işlədilməsinə onun tərəfindən maneələr törədilməsini göstərsə də, yuxarıda qeyd edildiyi kimi sözügedən qətnamənin icrasının hazırki mübahisə ilə əlaqəsi olması müəyyən edilməmişdir. Belə ki, müəyyən edilmişdir ki, mənzildə olan kondisioner hazırki vaxta kimi istifadə edilir və cavabdeh onun istifadəsi ilə bağlı hər hansı maneə yaratmadığını bildirmişdir. Bu hal təqdim edilmiş fotoşəkillərdən də görünür. Lakin, kombi-qaz və məişət texnikaların istifadəsi ilə bağlı müəyyən edilmişdir ki, cavabdeh yaşadığı ünvanda 9a saylı mənzildə qanunsuz qaz avadanlığının quraşdırılması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə xx.xx.2025-ci il tarixli müraciətindən sonra Cavabdeh2 İB-nin mütəxəsisslər tərəfindən yerində aparılan araşdırma ilə m. 9a-da 4 ədəd qaz cihazının «Tikinti Norma Qaydaları»nın və «Qaz təsərrüfatında X1»nın tələblərinə uyğun olmaması aşkar edildiyindən bu cihazlar ləğv edilmiş, qaz xətləri ana xətdən ayrılaraq plomblanmış, mənzildə yalnız 1 ədəd RQ-2 qaz plitəsi qazla təmin olunmuş, kombi tipli su qızdırıcısı qaz xəttinə qoşulu olmaması müəyyən edimişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçının mənzilində özü tərəfindən qanunsuz olaraq qaz və digər qurğuların qoşulması həyata keçirilmiş, iddiaçı isə hüququndan istifadə edərək (iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra) təhlükəsizlik baxımından qanunsuzluğun qarşısının alınması üçün aidiyyəti orqana müraciət etmişdir və bu müraciətinin əsaslı olması təsdiqini tapmaqla səlahiyyətli qurum tərəfindən bununla bağlı müvafiq tədbirlər görülmüşdür. Halbuki, yuxarıda sadalanan qanunvericilik normaları mənzildə yenidənqurma işlərinin aparılmasının yalnız müvafiq səlahiyyətli dövlət qurumların qərarları əsasında və təhlükəsizlik, texniki və s. normaların tələblərinə riayət edilməklə aparılmasını tələb edir. Qanunvericiliyin qeyd edilən normalarına əsasən, yenidənqurma işlərinin qonşuların hüquqlarını və müvafiq texniki və s. normaları pozduqda və qonşuların və s. həyatı üçün təhlükə yaratdıqda, yenidənqurma işlərinin aparılmasına icazə verilmir. Məhkəmə vurğulayır ki, iddiaçı faktiki olaraq mənzildə kondisioner, kombi-qaz, məişət texnikalarından istifadəsinə cavabdehlər tərəfindən maneələr yaradılmasını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Bir sözlə, hazırki iddia üzrə iddiaçının cavabdehlər tərəfindən hər hansı hüquqlarının pozulması halı müəyyən olunmamışdır. Məhkəmə onu da vurğulayır ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmayan, yəni özünə məxsus məişət texnikaları üzərində istifadə hüququnun tanınmalı olmasını mübahisələndirmişdir ki, qeyd edildiyi kimi həmin predmetlər özünə məxsus olmaqla başqa şəxslər tərəfindən istifadə edilməsi və ya özgəninkiləşdirməsi faktı mövcud deyildir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddanın tələbinin faktiki əsasları (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia əsaslı sayıla bilməz və rədd edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar