Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-346/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Cahangir Tofiq oğluna illik 12 faiz olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi bankla Cavabdeh1 arasında Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilin ipotekaya qoyulması barədə 5278 nömrəli, xx.xx.2011-ci il tarixli müqaviləsinə dair ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə yüklü edilmişdir. Bank tərəfindən xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə digər borclularla birlikdə müraciət edilmiş və məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, Əliyev Cahangir Tofiq oğlu vəfat etmişdir. Səbail rayon Məhkəməsinin icraatında olan mülki iş xx.xx.2022ci il tarixli qərardadı ilə kredit borcunun Əliyev Cahangir Tofiq oğlundan tutulması hissəsində mülki iş ayrıca icraata ayrılmış və hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Daha sonra uzun müddət keçməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə Məlumatın verilməsi” üzrə elektron xidmətlərdən alınan məlumat əsasında Əliyev Cahangir Tofiq oğlunun hüquqi varisi müəyyən edilmədiyindən icraat təzələnmiş və Səbail rayon Məhkəməsində 2(009)-26/2023 saylı, xx.xx.2023cü il tarixli qətnamə qəbul edilmişdir. Daha sonra apellyasiya və kassasiya şikayətləri verilmiş, yekun olaraq Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1969/2024 saylı qərarı ilə mülki iş baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılmağın əsası kimi prosessual hüquq varislərinin iştirakçılarının təmin edilməsi üçün ailə tərkibinə hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi və pretenziya qaydalarına riayət olunmadığı qeyd olunmuşdur. Həmçinin MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu Ali Məhkəmə tərəfindən qərarda qeyd olunmuşdur. Daha sonra bank tərəfindən AR Ədliyyə Nazirliyi yanında X1 Reyestri Xidmətinə Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri haqqında məlumatın istənilməsinə dair vəkil sorğusu göndərilmiş, lakin ailə üzvləri haqqında informasiya fərdi məlumatlar kateqoriyasına aid olduğundan qeyd olunan məlumat təqdim edilməmişdir. Bundan əlavə olaraq bank tərəfindən Ədliyyə Nazirliyi yanında Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinə Əliyev Cahangir Tofiq oğlunun vərəsələrinin olub-olmaması ilə bağlı vəkil sorğusu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə Məlumatın verilməsi” üzrə elektron xidmətlər göstərilir. Qeyd olunan portalda axtarış verilərkən Əliyev Cahangir Tofiq oğluna dair vərəsəlik işinin açılması ilə bağlı məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. X5 Tofiq oğlunun adına əmlakın olub-olmaması ilə bağlı AR Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə vəkil sorğusu göndərilmişdir. AR Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən verilən məlumata əsasən Əliyev Cahangir Tofiq oğlunun adına xx.xx.2006-cı il tarixdən “Opel Vectra” markalı, 10SV272 və xx.xx.2007-ci il tarixdən “VAZ-21074” markalı 10UF870 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatda olduğu, AR İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən məlumata əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-30 sahədə yerləşən torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən mənzil, ünvan 3erləşən fərdi yaşayış evi, ünvan 4n 33 saylı mənzil və ünvan 5 saylı mənzil Əliyev Cahangir Tofiq oğlunun adına qeydiyyatdadır. Yuxarıda qeyd olunan 5278 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 41.353,96 manat, faiz borcu üzrə 22.439,82 manat olmaqla, cəmi 63.793,78 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 281,38 manat dövlət rüsumu və 0,42 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 xx.xx.2024-cü il tarixdə 6-2-22/2-42042/24 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətindən hər hansı tədbir görülməmişdir. Bu səbəbdən hesab edirlər ki, Əliyev Cahangir Tofiq oğlunun borcu, borcun təminatı kimi çıxış edən ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Əliyev Cahangir Tofiq oğlunun 63.703,78 manat borcu, borcunun təminatı kimi çıxış edən Cavabdeh1 məxsus Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 51 manat dövlət rüsumunun və 1,48 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ödənilmiş 281,38 manat dövlət rüsumunun və 0,42 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırkı iş üzrə Konstitusiya Məhkəməsinin qərarına əsasən 5%-lə tələb dəqiqləşdirilmə ərizəsinin təqdim edilmiəsi zəruri yaranmışdır. Belə ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Əliyev Cahangir Tofiq oğlunun 41.353,96 manat əsas, 11.070,36 manat faiz, müqavilə müddəti bitdikdən sonra 5%-lə 7.575,82 manat faiz olmaqla, ümumilikdə 60.000,13 manat borcu, borcun təminatı kimi çıxış edən Cavabdeh1 məxsus Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 51 manat dövlət rüsumu və 1,48 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASCyə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ödənilmiş 281,38 manat dövlət rüsumunun və 0,42 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə1 dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsinin iddianın rədd edilməsi barədə etiraz ərizəsində göstərdiyi dəlillərlə razı deyil. Kredit götürən mərhum Cahangir Əliyevin adına əmlaklar mövcuddur, bununla bağlı onların sorğusuna verilən cavabda da əmlakların olması müəyyən olunur, lakin vərəsələr həmin əmlakı hazırkı vaxtadək qəbul etməmişlər, bu səbəbdən onlar Konstitusiya Məhkəməsinin Qərarına istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışlar. Gələcəkdə vərəsələr tərəfindən miras əmlak qəbul ediləcəyi təqdirdə Cavabdeh1 onlara qarşı reqress qaydada tələb irəli sürə bilər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsində ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırılmışdır. Məlum olur ki, iddiaçı mərhum Əliyev Cahangir Tofiq oğlunun götürdüyü kredit borcunu cavabdehlərdən tələb edir. Halbuki, mərhum fiziki şəxs Əliyev Cahangir Tofiq oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. Eləcə də, onun hüquqi varisinin olmamasına dair məhkəmə qərarı mövcuddur. Belə ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-14/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 14/2023 saylı qərardadı ilə dayandırma qərardadının qəbul olunmasından 6 ay müddət keçdiyindən, həmin müddət ərzində iddiaçı Əliyev Cahangir Tofiq oğlunun vərəsələri müəyyən edilmədiyindən və mirasın qəbulu imkanı itirildiyindən mülki iş üzrə icraat təzələnmişdir. Həmçinin həmin qərardad ilə müəyyən olunmuşdur ki, iddiaçı Əliyev Cahangir Tofiq oğlunun ölümündən sonra vərəsəlik işi açılmamışdır. Ona görə də mülki iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə İpoteka predmetinə yönəlmə üzrə mülki qanunvericiliyin (İpoteka haqqında Qanununun) tələblərinə görə qeyd edilməlidir ki, borcun birbaşa ipoteka predmetinə yönəlməsi proseduru qanunvericilklə müəyyən edilmiş şəkildə (məhkəmədən kənar), ardıcıllıqla aparılaraq borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət həddində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Bundan əlavə, qeyd edilməlidir ki, borcun birbaşa ipoteka predmetinə yönəldilməsi və tələbin ipotekaqoyana qarşı irəli sürülməsi, vərəsəliyin müəyyən edilməməsindən sonra digər prosedurlara riayət edilməsini, o cümlədən ipotekaqoyanın cavabdeh kimi cəlb edilməmişdən öncə məhkəmədən kənar rəsmi xəbərdarlıqların (müvafiq bildirişin təqdim edilməsi) və sair tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Səbail rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında da yuxarıda göstərdiyi hüquqi mövqeyə istinad olunmuş, kredit müqaviləsi üzrə yaranmış borc kredit götürən şəxsin miras əmlakını qəbul edən vərəsələrə qarşı yönəlmədən, tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanıla bilməz. Göstərilənləri nəzərə alaraq Cavabdeh1 nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Borcverən» qismində "xxxx" ASC-nin Mərkəzi filialı ilə digər tərəfdən «Borcalan» qismində Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5278 saylı kredit müqaviləsinin surətinə əsasən bank tərəfindən Cahangir Əliyevə 120 ay müddətinə, illik 12%-lə, 100.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində "xxxx" ASC-nin Mərkəzi filialı ilə “İpoteka verən” qismində Cavabdeh1 və “Borclu” qismində Əliyev Cahangir Tofiq oğlu arasında bağlanılmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətinə əsasən ipoteka saxlayanla «Borclu» arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5278 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Bül-Bül prospekti, 25 nömrəli binada yerləşən 160 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 6 nömrəli mənzil kreditorun ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 680.000 manat məbləğində müəyyən edilmişdir (“Vneşekspertservis” konsaltinq şirkətinin xx.xx.2011-ci il tarixli,QF 178 saylı ekspert rəyi). İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1969/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-742/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Əliyev Cahangir Tofiq oğlunun 51.551,54 manat borcunun Cavabdeh1 məxsus ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-26/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdə ölmüş Əliyev Cahangir Tofiq oğlunun 51.551,54 manat borclunun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 426.000 manat müəyyən edilməsi və açıq hərracdan satılması, ipotekaya qoyulmuş mənzilin satışından əldə olunan pul vəsaitindən Əliyev Cahangir Tofiq oğlunun 51.551,54 manat borcu, ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsi barədə bildirişin qeydiyyat alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, qalan məbləğin ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satıldıqdan 1 ay sonra boşaldılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Müki Kollegiyasının 2(103)-742/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-26/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X2 və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-72/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər X4 və Cavabdeh1 apellyasiya şikayətlərindən imtinaları qəbul edilmiş və müvafiq olaraq həmin mülki işlər üzrə onlara münasibətdə apellyasiya icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “X6 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 072 nömrəli hesab-fakturasının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilinin bazar qiyməti 473.600 manat, likvid qiyməti 426.000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4577 saylı rəyin surətindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 5278 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Əliyev Cahangir Tofiq oğlunun "xxxx" ASC-yə müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci il tarixə olan borcu 51.551,54 manat, o cümlədən əsas borc üzrə - 44.098,83 manat, faiz borcu üzrə - 7.452,71 manat məbləğində müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyət hüquqları əsasında mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzili xx.xx.2011-ci il tarixli, 5278 nömrəli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka müqaviləsi üzrə "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "xxxx" ASC-nin Problemli kreditlərlə İş departamentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Əliyev Cahangir Tofiq oğlunun adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalında “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi” üzrə elektron xidmətlər göstərilir: https://exidmet.justice.gov.az:8284/. Həmin portala daxil olmaqla müvafiq elektron xidməti seçərək ölmüş şəxsin ölüm tarixini, eləcə də ad, soyad və ata adını böyük hərflərlə daxil etməklə onun barəsində vərəsəlik işinin açılıb-açılmadığına dair məlumat əldə oluna bilər. Vərəsəlik işi müəyyən edildiyi halda ( vərəsəlik işi açılmışdırsa sistemdə notariat ofisi barədə məlumat əks ediləcəkdir) həmin işi aparan notariat ofisindən miras qoyanın vərəsələri və digər məsələlərə dair məlumat əldə edilə bilər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Reyestri Xidmətin tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri haqqında informasiya fərdi məlumatlar kateqoriyasına aid olduğundan, bu barədə məlumatın əldə edilməsi üçün ölən şəxsin qanuni vərəsəsi şəxsən və ya etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsilə müraciət etməlidir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun və ona əlavə edilmiş arayışın surətindən görünür ki, Əliyev Cahangir Tofiq oğlunun adında xx.xx.2006-cı il tarixdən “Opel Vectra” markalı, **-SV-*** və xx.xx.2007-ci il tarixdən “VAZ-21074” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Əliyev Cahangir Tofiq oğlunun adına ümumbirgə əsaslarla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-30 saylı sahədə yerləşən 0.1200 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydə alınmışdır. 1979-cu il təvəllüdlü Əliyev Cahangir Tofiq oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 18, mənzil 22 qeydiyyata alınmışdır. Əliyev Cahangir Tofiq oğlunun adına ünvan 7 ünvanı qeydiyyata alınmışdır. Əlavə olaraq bildirirlər ki, özəlləşdirilmiş mənzillərin 125 nömrəli qeydiyyat kitabının 18626 nömrəli səhifəsində olan məlumata əsasən Əliyev Cahangir Tofiq oğlunun adına ümumbirgə əsaslarla (arxiv əsaslarında vətəndaşın təvəllüdü aşkar edilməmişdir) ünvan 8 ünvanı və 415 nömrəli qeydiyyat kitabının 59940 nömrəli səhifəsində olan məlumatlara əsasən ünvan 9 ünvanının Əliyev Cahangir Tofiq oğlunun adına (arxiv əsaslarında vətəndaşın təvəllüdü aşkar edilməmişdir) qeydiyyata alınmasına dair qeydlər mövcuddur. İş üzrə "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətinə əsasən Əliyev Cahangir Tofiq oğlunun xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 41.353,96 manat əsas borcu, müqavilə müddətində ödənilməmiş 22.439,82 manat faiz borcu var. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin surətindən görünür ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış 5278 nömrəli xx.xx.2011ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Cahangir Tofiq oğluna illik 12 faiz olmaqla, 120 ay müddətinə, 100.000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin (reyestr nömrəsi **********69-05301-093001, qeydiyyat nömrəsi **********) ipotekaya qoyulması barədə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Əldə olunmuş məlumata görə borclu Əliyev Cahangir Tofiq oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və vərəsələrinin olmadığı müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər ödənilməmişdir. 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 41.353,96 manat əsas, 22.439,82 manat faiz borcu olmaqla ümumilikdə 63.793,78 manat borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirməsini xahiş edirlər. Qeyd olunanlara əsasən 5 gün müddətində öhdəlik yerinə yetirilməyəcəyi təqdirdə kredit müqaviləsi üzə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə borcalan Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 5278 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən C.Əliyevə 120 ay müddətinə, illik 12% dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin dəyəri 680.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, borcalan Əliyev Cahangir Tofiq oğlu kredit razılaşması üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, borcalan Əliyev Cahangir Tofiq oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bank tərəfindən xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə digər borclularla birlikdə müraciət edilmiş və məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, Əliyev Cahangir Tofiq oğlu vəfat etmişdir. Səbail rayon Məhkəməsinin icraatında olan mülki iş xx.xx.2022-ci il tarixli qərardadı ilə kredit borcunun Əliyev Cahangir Tofiq oğlundan tutulması hissəsində mülki iş ayrıca icraata ayrılmış və hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Uzun müddət keçməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından “Vərəsəlik işlərinin açılıbaçılmaması barədə Məlumatın verilməsi” üzrə elektron xidmətlərdən alınan məlumat əsasında Əliyev Cahangir Tofiq oğlunun hüquqi varisi müəyyən edilmədiyindən icraat təzələnmiş və Səbail rayon Məhkəməsində 2(009)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmişdir. Daha sonra apellyasiya və kassasiya şikayətləri verilmiş, yekun olaraq Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1969/2024 saylı qərarı ilə mülki iş baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılmağın əsası kimi prosessual hüquq varislərinin iştirakçılarının təmin edilməsi üçün ailə tərkibinə hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi və pretenziya qaydalarına riayət olunmadığı qeyd olunmuşdur. Həmçinin MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu Ali Məhkəmə tərəfindən qərarda qeyd olunmuşdur. Bank tərəfindən AR Ədliyyə Nazirliyi yanında X1 Reyestri Xidmətinə Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri haqqında məlumatın istənilməsinə dair vəkil sorğusu göndərilmiş, lakin ailə üzvləri haqqında informasiya fərdi məlumatlar kateqoriyasına aid olduğundan qeyd olunan məlumat təqdim edilməmişdir. Bundan əlavə olaraq bank tərəfindən Ədliyyə Nazirliyi yanında Ədliyyə sahəsində Xidmətlər baş İdarəsinə Əliyev Cahangir Tofiq oğlunun vərəsələrinin olubolmaması ilə bağlı vəkil sorğusu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından “Vərəsəlik işlərinin açılıbaçılmaması barədə Məlumatın verilməsi” üzrə elektron xidmətlər göstərilir. Qeyd olunan portalda axtarış verilərkən Əliyev Cahangir Tofiq oğluna dair vərəsəlik işinin açılması ilə bağlı məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətindən hər hansı tədbir görülməmişdir. Bu səbəbdən hesab edirlər ki, Əliyev Cahangir Tofiq oğlunun borcu borcun təminatı kimi çıxış edən ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Əliyev Cahangir Tofiq oğlunun 41.353,96 manat əsas, 11.070,36 manat faiz, müqavilə müddəti bitdikdən sonra 5%-lə 7.575,82 manat faiz olmaqla, ümumilikdə 60.000,13 manat borcun, borcun təminatı kimi çıxış edən Cavabdeh1 məxsus Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 51 manat dövlət rüsumu və 1,48 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Bül- Bül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilin açıq həracdan çatılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunaraq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ödənilmiş 281,38 manat dövlət rüsumunun və 0,42 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin 460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. İpotekanın xitamı əsasları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Bu həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 427.1 və 427.3-cü maddələrinə uyğun olaraq, öhdəliyin icra günü borclunun onu icra etməməsi öhdəliyin pozulmasına səbəb olur. Məhz bu gündən (əsas müqavilə üzrə öhdəliyin pozulduğu gündən) etibarən kreditorun tutmanın ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürməsi mümkündür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də, həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin ipoteka münasibətləri sahəsində xüsusi qanunvericilik aktı olan “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə müvafiq olaraq, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: · əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; · ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; · bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, əsas öhdəliyin tamamilə və ya onun bir hissəsinin icrasının 90 təqvim günü ərzində icra edilməməsi ilə kreditor ipoteka saxlayan olaraq tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmaq hüququ əldə edir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranan borcun öhdəliyin təminatı kimi çıxış edən ipoteka predmetinə yönəldilməsi barədə kredit təşkilatının məhkəmədə iddia qaldırması əsaslı hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022ci il tarixli rəyi borcalanın kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixə olan əsas borcu 44.098,83 manat, faiz borcu 7.452,71 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 41.353,96 manat, faiz borcu kimi 11.070,36 manat məbləğində pul tələb olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspertiza rəyi ilə borcalanın kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borc iddia ərizəsində qeyd edilən 41.353,96 manat məbləğindədir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcunun iddia ərizəsində göstərilən həddə deyil, ekspert rəyi ilə müəyyən edilən 7.452,71 manat həddində olması qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, öhdəliyin müqavilə müddəti bitdikdən sonra yaranmış faiz borcu, yəni gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 7.575,82 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi Əliyev Cahangir Tofiq oğlu ilə bağlanılmış kredit müqaviləsi üzrə yaranmış borcun, borcun təminatı kimi çıxış edən Cavabdeh1 məxsus mənzilə yönəldilməsi hissəsində əsaslı hesab edilməli, yaranmış borcun ümumi həcmi hissəsində qismən (əsas borc 41.353,96 manat, faiz borcu 7.452,71 manat, müqavilə müddəti bitdikdən sonra 5% ilə faiz borcu 7.575,82 manat) əsaslı hesab edilməlidir. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Əliyev Cahangir Tofiq oğlunun kredit müqaviləsi üzrə yaranmış borcu ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə qeyd edir, ipoteka ilə yüklü edilmiş ipoteka predmeti “X6 Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş əmlakın qiymətləndirmə rəyinə əsasən 473.600 manat bazar dəyərində, 426.000 manat likvid dəyərində qiymətləndirilmişdir. Məhkəmə ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən qiymətlə (680.000 manat) deyil, qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymət ilə satışa çıxarılmasını əsaslı hesab edir. Belə ki, qiymətləndirmə rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilin bazar dəyəri 473.600 manat, likvid dəyəri 426.000 manat qiymətləndirilmişdir. Məhkəmə ipoteka müqaviləsindəki ipoteka predmetinin qiymətinin müqavilə bağlanan vaxtı “Vneşekspertservis” konsaltinq şirkəti tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş QF 178 saylı ekspert rəyi ilə qoyulmasını, həmin vaxtdan kifayət qədər vaxt keçməsini, qiymətləndirmə rəyi ilə müəyyən olunan məbləğin daha mötəbər olmasını nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti, qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymət – 426.000 manat (likvid dəyər) nəzərə alınmaqla hərraca çıxarılmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı, əks təqdirdə cavabdehlər məcburi qaydada mənzildən çıxarılmalıdırlar. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, şəxsin yaşayış sahəsi üzrə istifadə hüququnun itirilməsi barədə tələb irəli sürmək hüququ daşınmaz əmlakın mülkiyyətçisinə mənsubdur və iddiaçı kredit münasibətlərinin tərəfi kimi belə bir tələblə çıxış etməkdə subyektiv hüquqa malik deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissələrdə tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərci ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 259,15 manat və xidmət haqqı kimi ödənilmiş 0,42 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 51 manat və xidmət haqqı kimi ödənilmiş 1,48 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 5278 saylı kredit müqaviləsi üzrə yaranmış 41.353,96 manat əsas borc, 7.452,71 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 7.575,82 manat faiz borcu, cəmi 56.382,49 (əlli altı min üç yüz səksən iki manat, qırx doqquz qəpik) manat borc, borcun təminatı kimi çıxış edən Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilə yönəldilsin, həmin daşınmaz əmlak ilkin satış qiyməti (likvid dəyəri) 426.000 (dörd yüz iyirmi altı min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və "xxxx" ASC-nin tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılsınlar. Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 259,15 manat və xidmət haqqı kimi ödənilmiş 0,42 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 51 manat və xidmət haqqı kimi ödənilmiş 1,48 manat, cəmi 312,05 (üç yüz on iki manat, beş qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-346/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-346/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver