Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-351/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB-nin (ləğv prosesində) Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB (ləğv prosesində) Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 09 dekabr 2014-cü il tarixli 1xx/xx/2844/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1146 manat məbləğində əsas borc, 401.46 manat müqavilə müddəti üçün hesablanmış faiz, 551.60 manat cərimə borcu, 337.28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2436.34 manat məbləğində pulun, 44.37 manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 09 dekabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/2844/14 saylı müqavilə bağlanmış və cavabdehə illik 15 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Banka 1146 manat məbləğində əsas borc, 401.46 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 551.60 manat cərimə borcu, 337.28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2436.34 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehin kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(004)-7869/2019 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar geri qaytarılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər Bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdeh müddətin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1xx/xx/2844/14 nömrəli Kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh mənzilin təmiri məqsədilə 24 ay müddətinə, illik 15 faiz olmaqla 5000 manat məbləğində kredit vermiş, borclu isə həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e- 2(004)-7869/2019 saylı qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********347 nömrəli maliyyə cədvəlindən görünür ki, müqavilə üzrə əsas borc 1146 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 401.46 manat, cərimə 551.60 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 337.28 manat, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 2436.34 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh kreditin vaxtı 5 ildən artıq keçdiyinə görə iddianın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, 09 dekabr 2014-cü il tarixli, 1xx/xx/2844/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə ödənilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, hazırkı tələbə iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi 09 dekabr 2014-cü il tarixdə bağlanılmaqla, müqavilənin müddəti 24 ay müəyyən edilmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə ödənilmiş və bundan 3 ildən sonra ilk dəfə xx.xx.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsində, 6 ildən sonar isə xx.xx.2022-ci il tarixdə iddiaçı borcun tutulması tələbinə dair iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası MM-nin 372.3-cü maddəsi ilə müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddəti 3 il müəyyənləşdirilmişdir. Göründüyü kimi, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB-nin (ləğv prosesində) tərəfindən Cavabdeh kredit verilməsi ilə bağlı 09 dekabr 2014-cü il tarixli, 1xx/xx/2844/14 saylı kredit müqaviləsinin müddətinin xx.xx.2016-cı il tarixdə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsinə və bununla da iddia müddətinin axımının başlamasına baxmayaraq, iddiaçı Bank cavabdehin yaranmış borcunun ödənilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində iddia qaldırmamış və bununlada hazırkı iddia ilə məhkəməyə müraciət etməklə, əsas tələb üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********** saylı qəbz üzrə 44.37 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-351/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-351/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver