Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-389/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi, borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi, borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 saylı, xx.xx.2016-cı il tarixli Qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş, iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2. və 72.1.3. maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulmuş iflas proseduru çərçivəsində irəli sürülür. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və MKR-dən borcun silinməsi” tələbinə dair iddia ərizəsi əsassızdır, QSC “Bank Standard” KB ləğv prosesində olduğuna görə ona qarşı iddia qaldırıla bilmədiyindən iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB-nin müflis elan olunması və bankın ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilməsini nəzərə alaraq, cavabdehin əsl cavabdehlə əvəz edilərək Əmanətlərin Sığortalanması Fondunun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə vəsatət verərək, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Bülbül prospekti 40 olduğundan, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətlə razı olduğunu və mülki işin aidiyyəti üzrə baxılması üçün cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün göndərilməsi barədə vəsatət təmin edilməlidir. Vergi ödəyicilərin məlumatları elektron arayışdan görünür ki, Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verilir. Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24-26, 35, 44.2.2, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi, borcun silinməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-389/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-389/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver