Məhkəmə qərarları › İş №e-2(009)-411/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-411/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-411/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2(009)-1311/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 11 noyabr 2011-ci il tarixdə Səbail rayon qeydiyyat şöbəsində 509 saylı nikah aktı bağlanılmışdır. Nikah dövründə bir övladları: xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur. Tez-tez yaranan ailədaxili münaqişələr və söz-söhbət nəticəsində bir ailə kimi birgə yaşamağımız qeyrimümkün olmuş və bu sbəbdən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2(009)-1311/2013 saylı qətnaməsi ilə nikah aktı ləğv olunmuşdur. Həmin qərarla Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, təyin olunmuş 93 manat aliment uşağın minimum ehtiyaclarını ödəmir və hesab edir ki, bu məbləğ olduqca azdır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən olunmuş və həmin qanun xx.xx.2024-cü il tarixdən qüvvəyə minir. Bu səbəbdən hesab edir ki, aliment tutularaq minimum 235 manat olmalıdır. Göründüyü kimi uşağın saxlanılması üçün ödənilməli olan 93 manat aliment məbləği, uşağın dövlət tərəfindən müəyyən olunmuş ehtiyac meyarından çox-çox aşağıdır. Odur ki, bu xüsus nəzərə alınmalı və uşağın mənafeyi nəzərə alınaraq aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili Vəkiliddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən aydın olur ki, Babayeva (Ağayeva) Ülviyyə Ələkbər qızı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhərinin Səbail rayon qeydiyyat şöbəsində bağlanılaraq 509 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikahın pozulması, 10 may 2012-ci il tarixdə anadan olmuş X1 Babayeva (Ağayeva) Ülviyyə Ələkbər qızının himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Cavabdeh xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 93 manat alınaraq Babayeva (Ağayeva) Ülviyyə Ələkbər qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 758387 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 10 may 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 194629 nömrəli, 17 sentyabr 2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2014 ilin sentyabr ayının 17 günündə 148 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşagı X2 iddiaçının himayəsindədir və uşagın saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-1311/2013 saylı 12 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 10 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar