Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-428/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3813,57 manat əsas, 0.01 manat faiz borcu olmaqla 3813,58 manat borc, xx.xx.2020-ci il tarixli X6 müqaviləsi üzrə 319,53 manat əsas, 95,76 manat faiz borcu olmaqla, 415,29 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 62,33 manat dövlət rüsumunun və 0,8 manat xidmət haqqı tutulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli BPM**********61 nömrəli Kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli V PM**********24 nömrəli X6 müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X3 illik 16 %-lə, 48 ay müddətinə 9500 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh vərəsəlik işi açılmışdır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2019-cu il tarixli VPM**********61 nömrəli Kredit müqaviləsi üzrə X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 3813,57 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, 3813,58 manat borc, Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən,xx.xx.2020-ci il tarixli VPM**********24 nömrəli X6 müqaviləsi üzrə xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 319,53 manat əsas borc, 95,76 manat faiz borcu olmaqla, 415,29 manat borcu qalmışdır. Eyni zamanda bank tərəfidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 62.33 AZN dövlət rüsumu və 0,80 AZN bank xidmət aqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-27399/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, xarici ölkədə yaşaması ilə əlaqədar məhkəmə iclasının may ayına təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********61 nömrəli Kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli V PM**********24 nömrəli X6 müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X3 illik 16 %-lə, 48 ay müddətinə 9500 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2020-ci il tarixdən başlayıb, hər ay 269,3 manat, sonuncu ay 264.88 manat ödəməklə xx.xx.2023-cü il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan Elektron informasiya sistemindən çıxarışdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin Azərbaycan Beynəlxalq Bankı Problemli kreditlərlə iş departamentinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum X2 miras əmlakına dair ünvan 1 ünvanda qeydiyyatda olan vərəsəsi Cavabdeh müraciəti əsasında xx.xx.2022-ci il tarixində 291 saylı vərəsəlik işi açılmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X2 vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə əsas borcu 3813,57 manat, vəfat etdiyi tarixə faiz borcu 0,01 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə əsas borcu 319,53 manat, faiz borcu 95,76 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının manafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli BPM**********61 nömrəli Kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli V PM**********24 nömrəli X6 müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X3 illik 16 %-lə, 48 ay müddətinə 9500 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh vərəsəlik işi açılmışdır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2019-cu il tarixli VPM**********61 nömrəli Kredit müqaviləsi üzrə X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 3813.57 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, 3813.58 manat borc, Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən,xx.xx.2020-ci il tarixli VPM**********24 nömrəli X6 müqaviləsi üzrə xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 319.53 manat əsas borc, 95.76 manat faiz borcu olmaqla, 415.29 manat borcu qalmışdır. X2 vərəsəsi Cavabdeh tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 62.33 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3813,57 (üç min səkkiz yüz on üç manat əlli yeddi qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla 3813,58 (üç min səkkiz yüz on üç manat əlli səkkiz qəpik) manat borc, xx.xx.2020-ci il tarixli X6 müqaviləsi üzrə 319.53 (üç yüz on doqquz manat əlli üç qəpik) manat əsas, 95,76 (doxsan beş manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, 415.29 (dörd yüz on beş manat iyirmi doqquz qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 62.33 (altmış iki manat otuz üç qəpik) manat dövlət rüsumunun və 0,8 (səkkiz qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-428/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-428/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver