Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-439/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - birgə borclular Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 əsas borc 2725.74 manat, faiz borcu 872.08 manat, cəmi borcu 3597.82 manat borcun və ödənilmiş 55.97 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdehlər - birgə boclular Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı arasında bağlanmış 07 aprel 2014-cü il tarixli 70 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə illik 27 faizlə 3100 (üç min bir yüz) manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağa öz öhdələrinə götürmüşlər. Birgə borclular ilə bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 374.26 manat, faiz borcundan isə 437.74 manat ödəniş olmuşdur. Birgə borcluların Kredit Təşkilatına olan əsas borcu 2725.74 manat, faiz borcu 872.08 manat, cəmi borcu 3597.82 (üç min beş yüz doxsan yeddi manat, 82 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi cavabdehlərə birgə borclulara dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Hesab edirlər ki, birgə borclular onlarla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqları üçün 3597.82 manat onlar tərəfindən Kredit Təşkilatına ödənilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirmiş və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC BOKT ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 70 saylı birgə borclularla kredit müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 24 ay, illik 27 faiz dərəcəsi ilə 3100 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı QSC BOKT-a 2725.74 AZN əsas, 872.08 AZN faiz, cəmi 3597.82 AZN borcu yaranmışdır. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı QSC BOKT cavabdehlərə kredit borcları üzrə tam borc məbləğini ödəməsinə dair xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı QSC BOKT ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli birgə borclularla kredit müqaviləsinə əsasən onlara illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 3100 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalanlar öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı QSC BOKT-a xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2725.74 AZN əsas, 872.08 AZN faiz, cəmi 3597.82 AZN borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. - 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Məhkəmə hesab edir ki, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC BOKT-un xeyrinə 2725.74 (iki min yeddi yüz iyirmi beş manat yetmiş dörd qəpik) AZN əsas, 872.08 (səkkiz yüz yetmiş iki manat səkkiz qəpik) AZN faiz, cəmi 3597.82 (üç min beş yüz doxsan yeddi manat səksən iki qəpik) AZN borc və 55.97 (əlli beş manat doxsan yeddi qəpik) AZN ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC BOKT-un xeyrinə 2725.74 (iki min yeddi yüz iyirmi beş manat yetmiş dörd qəpik) AZN əsas, 872.08 (səkkiz yüz yetmiş iki manat səkkiz qəpik) AZN faiz, cəmi 3597.82 (üç min beş yüz doxsan yeddi manat səksən iki qəpik) AZN borc və 55.97 (əlli beş manat doxsan yeddi qəpik) AZN ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-439/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-439/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver