Məhkəmə qərarları › İş №e-2(009)-440/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-440/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-440/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 99.120 manat əsas borc, 3097.5 manat cərimə borcu olmaqla, 102.217.50 manat borcun və 393 manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 1 ünvanında yerləşən 33 saylı mağazanın ikinciyə icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Bu müqavilə əsasında aylıq icarə haqqı 7080 manat, icarə müddəti isə xx.xx.2033-cü il tarixinədək müəyyən edilmişdir. Belə ki, həmin müqaviləyə əsasən 2023-cü ilin yanvar ayından etibarən ona hər ay üçün 7080 manat olmaqla, indityədək 24 tam ayın haqqı tam ödənilməli idi. Lakin ona 9 tam ay və bir yarım ayın pulu ödənilmişdir, digər 14 tam ay və bir yarım ayın icarə haqqı isə ödənilməmişdir. Belə olan halda, "xxxx" MMC İddiaçı 14 ayın icarə haqqı olaraq 99.120 manat əsas borc, 3097.5 manat cərim borcu olmaqla, 102.217,50 manat ödənilməlidir. Hal-hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, "xxxx" MMC tərəfindən ona dəymiş maddi zərərin əvəzi ödənilməlidir. xx.xx.2025-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə və xx.xx.2022-ci il tarixli müqaviləyə düşəlişə dair müqaviləyə əsasən yaranmış 115.104 manat əsas borcun, 136 ay üçün 4080 manat əldən çıxmış fayda olmaqla, 119.184 manat borcun və ödənilmiş 393 manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsinə dəiqləşdirmədə səhvən “cərimə borcu” əvəzinə “əldən çıxmış fayda” ifadəsi qeyd edilmişdir. Həmin ifadənin “cərimə borcu” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ddia tələblərini müdafiə edərək, təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə cərimə ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan 03 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 1 ünvanında yerləşən 33 saylı mağazanın ikinciyə icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Bu müqavilə əsasında aylıq icarə haqqı 7080 manat, icarə müddəti isə xx.xx.2033-cü il tarixinədək müəyyən edilmişdir. İş materiallarında olan Müqaviləyə düzəlişə dair 21 dekabr 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 1 ünvanında yerləşən 33 saylı mağazanın ikinciyə icarəyə verilməsi barədə 03 dekabr 2022ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən icarə obyektindən istifadəyə görə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqı vergilər daxil olmaqla 6 976.75 manat təşkil edir. Qeyd olunan məbləğdən gəlir vergisinin tutularaq dövlət büdcəsinə ödənilməsi icarəçi tərəfindən həyata keçirilir. Müvafiq gəlir vergisi tutulduqdan sonra icarəyə verənə net şəkildə ödəniləcək məbləğ 6000 manat təşkil edəcəkdir. İş materiallarında olan AZE seriyalı, 07630315 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. Bakı şəhəri, Sarayev küçəsi, ev 13A, mənzil 43-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmadığından, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Zərərvuran təqsirli şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkərti qanunsuz olduğundan, cavabdehdən İddiaçı xeyrinə 115,104 (yüz on beş min yüz dörd) manat əsas borc tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cəriməyə görə cavabdehdən onun xeyrinə 3097.5 manat tutulması barədə tələb irəli sürsə də, aralarında bağlanmış müqaviləyə əsasən cərimənin tutulması tərtib olunmuş müqavilədə göstərilməmişdir. Bununla əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 115,104 (yüz on beş min yüz dörd) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 393 (üç yüz doxsan üç) manat dövlət rüsumu tutulmalıdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 115,104 (yüz on beş min yüz dörd) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 393 (üç yüz doxsan üç) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar