Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-462/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli, 304511-1- 35799 saylı “Kredit Təşkilatlarında Öhdəliklərin Yenidən Maliyyələşdirilməsi üzrə Kredit müqaviləsi”nə əsasən istehlak məqsədilə illik 21 % şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 3.000 (üç min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh arasında bağlanmış 22 sentybar 2020-ci il tarixli, 304511-1- 36071 saylı “Kredit Təşkilatlarında Öhdəliklərin Yenidən Maliyyələşdirilməsi üzrə Kredit müqaviləsi”nə əsasən istehlak məqsədilə illik 28 % şərti ilə 36 (otuz altı) ay müddətinə 600 (altı yüz) manat məbləğində kredit verilmişdir. 16 sentyabr 2020-ci il tarixli, 304511-1-35799 saylı “Kredit Təşkilatlarında Öhdəliklərin Yenidən Maliyyələşdirilməsi üzrə Kredit müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh xx.xx.2022 üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1931,28 manat məbləğində əsas borc, 115,81 manat məbləğində faiz borcu, 92,20 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2139,29 manat manat məbləğində borcu qalmışdır. 22 sentyabr 2020-ci il tarixli 304511-1-36071 saylı “Kredit müqaviləsi” üzrə xx.xx.2022ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə Banka 558,39 manat əsas borc, 65,14 manat faiz borcu, ümumilikdə 623, 53 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2020-ci i il tarixli, 304511-1-35799 saylı Kredit Təşkilatlarında Öhdəliklərin Yenidən Maliyyələşdirilməsi üzrə Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 1931,28 manat məbləğində əsas borc, 115,81 manat məbləğində faiz borcu, 92,20 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2139,29 manat məbləğində pulun və 22 sentyabr 2020-ci il tarixli, 304511-1-36071 saylı “Kredit müqaviləsi” üzrə xx.xx.2022-ci tarixə Banka borclu olduğu 558,39 AZN əsas borc, 65,14 manat faiz borcu, ümumilikdə 623, 53 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,39 (yetmiş bir manat otuz doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2020-ci i il tarixli, 304511-1-35799 saylı “Kredit Təşkilatlarında Öhdəliklərin Yenidən Maliyyələşdirilməsi üzrə Kredit müqaviləsi”nin kserosurətindən görünür ki, Bank Cavabdeh illik 21% faiz hesablanması şərti ilə 48 ay müddətinə 3.000 manat məbləğində istehlak məqsədi ilə kredit vermişdir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2020-ci i il tarixli, 304511-1-36071 saylı “Kredit müqaviləsi”nin kserosurətindən görünür ki, Bank Cavabdeh illik 28% faiz hesablanması şərti ilə 36 ay müddətinə 600 manat məbləğində istehlak məqsədi ilə kredit vermişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə banka 1931,28 AZN məbləğində əsas borc, 115,81 manat məbləğində faiz borcu, 92,20 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2139,29 (iki min yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat borcu yaranmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə banka 558,39 AZN əsas borc, 65,14 manat faiz borcu, ümumilikdə 623,53 (altı yüz iyirmi üç manat, əlli üç qəpik) manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 16 sentyabr 2020-ci il tarixli, 304511-1-35799 saylı “Kredit Təşkilatlarında Öhdəliklərin Yenidən Maliyyələşdirilməsi üzrə Kredit müqaviləsi” üzrə ödənilməmiş qalmış 1931,28 AZN məbləğində əsas borc, 115,81 manat məbləğində faiz borcu, 92,20 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2139,29 manat məbləğində və 22 sentyabr 2020-ci il tarixli 304511-1-36071 saylı “Kredit müqaviləsi” üzrə ödənilməmiş 558,39 manat əsas borc, 65,14 manat faiz borcu, ümumilikdə 623,53 (altı yüz iyirmi üç manat, əlli üç qəpik) manat pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 71,39 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16 sentyabr 2020-ci il tarixli, 304511-1-35799 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 1931,28 AZN məbləğində əsas borc, 115,81 manat məbləğində faiz borcu, 92,20 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2139,29 (iki min yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat pulun və 22 sentyabr 2020-ci il tarixli 304511-1-36071 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 558,39 manat əsas borc, 65,14 manat faiz borcu, ümumilikdə 623,53 (altı yüz iyirmi üç manat, əlli üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71,39 manat, cəmi 2834,21 (iki min səkkiz yüz otuz dörd manat iyirmi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-462/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-462/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver