Məhkəmə qərarları › İş №e-2(009)-473/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-473/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-473/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 030A********** saylı ərizəyə əsasən, Bankın internet səzifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,75% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1608.49 manat ödəniş etmiş və onun iddiaçıya 8391,51 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizinin kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixdə 128 gün üçün hesablanmış faiz borcu 750,08 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu kredit və kredit faizi vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 128 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 225,88 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 030KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 300 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq xx.xx.2024-cü il tarixə 180 gün üçün hesablanmış faiz borcu 103.56 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Kredit müqaviləsinin 4.1.2-ci bəqdinə əsasən kredit alan müvaviq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağladığı 030A********** saylı müqaviləyə əsasən 8391,51 manat məbləğiində kredit borxu, 750,008 manat məbləğində faiz borcu və 225,88 manat məbləğində cərimə olmaqla, cəmi 9367,47 manat, xx.xx.2023-cü il tarixli 030KK**********01 saylı müqaviləyə əsasən 300 manat məbləğində kredit borcu,103.56 manat məbləğində faiz borcu və 2 manat məbləğində cərimə olmaqla, cəmi 405,56 manat, ümumilikdə cəmi 9773,03 manat məbləğində borcun və ödənilmiş 117,73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna danışığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,75% olmaqla 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 030KK**********01 saylı kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə, 300 manat məbləğində kredit limiti açılmışdır. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 030A********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə 8391,51 manat əsas, 750,08 manat faiz, 225,88 manat cərimə, cəmi 9367,47 manat borcu var. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 030KK**********01 saylı kart kredit müqaviləsi (Visa OK Credit Card) üzrə xx.xx.2024-cü il tarixə 300 manat əsas, 103,56 manat faiz, 2 manat cərimə, cəmi 405,56 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2023-cü il tarixli, 030A********** saylı kredit müqaviləsinə (cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna danışığını öz imzası ilə təsdiq etmişdir) əsasən bank tərəfindən cavabdeh E.Hüseynliyə 48 ay müddətinə, aylıq 1,75%-lə 10.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2023-cü il tarixli, 030KK**********01 saylı kredit kart müqaviləsinə (“Visa OK Credit Cards” növlü kart hesabı açılmışdır) əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, 300 manat məbləğində kredit limiti açılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka xx.xx.2023-cü il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 8391,51 manat əsas, 750,08 manat faiz, 225,88 manat cərimə, xx.xx.2023-cü il tarixli, 030KK**********01 saylı kart kredit müqaviləsi (Visa OK Credit Card) üzrə 300 manat əsas, 103,56 manat faiz, 2 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqavilələri üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2023-cü il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 8391,51 manat əsas, 750,08 manat faiz, 225,88 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 030KK**********01 saylı kart kredit müqaviləsi (Visa OK Credit Card) üzrə 300 manat əsas, 103,56 manat faiz, 2 manat cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 117,73 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 8391,51 manat əsas borc, 750,08 manat faiz borcu, 225,88 manat cərimə, xx.xx.2023-cü il tarixli, 030KK**********01 saylı kart kredit müqaviləsi (Visa OK Credit Card) üzrə xx.xx.2024-cü il tarixə yaranmış 300 manat əsas borc, 103,56 manat faiz borcu, 2 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117,73 manat, cəmi 9890,76 (doqquz min səkkiz yüz doxsan manat, yetmiş altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar