Məhkəmə qərarları › İş №e-2(009)-480/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-480/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-480/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı “X1 Azərbaycan” QSC-nin - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc 628.58 AZN (altı yüz iyirmi səkkiz manat əlli səkkiz qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 67.25 AZN (altmış yeddi manat iyirmi beş qəpik) cərimə borcu 39.48 AZN (otuz doqquz manat qırx səkkiz qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 27.00 AZN (iyirmi yeddi manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1.80 AZN (bir manat səksən qəpik) cəmi borc 764.11 AZN (yeddi yüz altmış dörd manat on bir qəpik) məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 600 (altı yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSCyə оlan bоrcu: əsas məbləğ üzrə borc 628.58 AZN (altı yüz iyirmi səkkiz manat əlli səkkiz qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 67.25 AZN (altmış yeddi manat iyirmi beş qəpik) cərimə borcu 39.48 AZN (otuz doqquz manat qırx səkkiz qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 27.00 AZN (iyirmi yeddi manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1.80 AZN (bir manat səksən qəpik) cəmi borc 764.11 AZN (yeddi yüz altmış dörd manat on bir qəpik) məbləğində təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 600 (altı yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu əsas məbləğ üzrə borc 628.58 AZN (altı yüz iyirmi səkkiz manat əlli səkkiz qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 67.25 AZN (altmış yeddi manat iyirmi beş qəpik) cərimə borcu 39.48 AZN (otuz doqquz manat qırx səkkiz qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 27.00 AZN (iyirmi yeddi manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1.80 AZN (bir manat səksən qəpik) cəmi borc 764.11 AZN (yeddi yüz altmış dörd manat on bir qəpik) təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən “X1 Azərbaycan” QSC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı “X1 Azərbaycan” QSC-nin məhkəmə qaydasında Cavabdeh əsas məbləğ üzrə borc 628.58 AZN (altı yüz iyirmi səkkiz manat əlli səkkiz qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 67.25 AZN (altmış yeddi manat iyirmi beş qəpik), cərimə borcu 39.48 AZN (otuz doqquz manat qırx səkkiz qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 27.00 AZN (iyirmi yeddi manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1.80 AZN (bir manat səksən qəpik), cəmi borc 764.11 AZN (yeddi yüz altmış dörd manat on bir qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə borc 628.58 AZN (altı yüz iyirmi səkkiz manat əlli səkkiz qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 67.25 AZN (altmış yeddi manat iyirmi beş qəpik), cərimə borcu 39.48 AZN (otuz doqquz manat qırx səkkiz qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 27.00 AZN (iyirmi yeddi manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1.80 AZN (bir manat səksən qəpik), cəmi borc 764.11 AZN (yeddi yüz altmış dörd manat on bir qəpik) manat məbləğində müqavilə üzrə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284- 1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc 628.58 AZN (altı yüz iyirmi səkkiz manat əlli səkkiz qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 67.25 AZN (altmış yeddi manat iyirmi beş qəpik), cərimə borcu 39.48 AZN (otuz doqquz manat qırx səkkiz qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 27.00 AZN (iyirmi yeddi manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1.80 AZN (bir manat səksən qəpik), cəmi borc 764.11 AZN (yeddi yüz altmış dörd manat on bir qəpik) manat məbləğində müqavilə üzrə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar