Məhkəmə qərarları › İş №e-2(009)-482/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-482/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-482/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, kreditin əsas borcu üzrə 1050.36 (bir min əlli manat 36 qəpik) manat, faiz borcu üzrə 469.16 (dörd yüz altımış doqquz manat 16 qəpik) manat, cərimə borcu üzrə isə 102.1 (bir yüz iki manat 10 qəpik) manat; olmaqla, ümumilikdə 1621.63 (bir min altı yüz iyirmi bir manat 62 qəpik) manat məbləğində və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 37 (otuz yeddi) manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 avqust 2019-cu il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 08/016 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı tərəfindən şəxsi məqsədlərə istifadə üçün 5656 (beş min altı yüz əlli altı) manat məbləğində kredit ayrılmışdır. O, 24 (iyirimi dörd) ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. Cavabdeh xx.xx.2021-ci il tarixdə yazılı müraciət edərək pondemiya zamanı maddi durumunun zəif olmasını bildirmiş və kreditinin qalıq borcunu restrukturizasiya olunmasını və öhdəliyini gecikdirdiyi müddətdə 1566.16 (min beş yüzaltımış altımanat 16 qəpik) manat məbləğində hesablanmış dəbbə borcunun silinməsini xahiş etmişdir. Müraciət qəbul olunmuş qalıq borc 1 saylı raşılaşma ilə 3661 (üç min altı yüz altımış bir) manat məbləğini 28% olmaqla 24 aylıq ödəniş qafiki hazırlanmış tərəflər arasında imzalanmışdır. Lakin cavabdeh kredit öhdəliyini yenidən yerinə yetirməmiş və maliyyə durumunun zəifləməsi ilə əlaqədar xx.xx.2022- cü il tarixdə müraciət edərək qalıq 2243 (iki min iki yüz qırx üç) manat məbləğini illik 30% olmaqla 24 aylıq restrukturizasiya olunmasını və öhdəliyini gecikdirdiyi müddətdə hesablanmış 2478.57 (iki min dörd yüz yetmiş səkkiz manat 57 qəpik) manat məbləğində dəbbə borcunun silinməsini xahiş etmişdir. Müraciət qəbul olunmuş kredit restrukturizasiya olunmuşdur. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit məbləğini Cavabdeh oğluna ödəmişdir. Lakin,cavabdeh kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuşdur. Cavahdehin xx.xx.2025-ci il tarixə iddiaçıya əsas borc üzrə 1050.36 ( bir min əlli manat 36 qəpik) manat, faiz borcu üzrə 469.16 (dörd yüz altımış doqquz manat 16 qəpik) manat, cərimə borcu üzrə isə 102.1 (bir yüz iki manat 10 qəpik) manat olmaqla, ümumilikdə 1621.63 (bir min altı yüz iyirmi bir manat 62 qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 14 avqust 2019-cu il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 08/016 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı tərəfindən şəxsi məqsədlərə istifadə üçün 5656 (beş min altı yüz əlli altı) manat məbləğində kredit ayrılmışdır. O, 24 (iyirimi dörd) ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. Cavabdeh xx.xx.2021-ci il tarixdə yazılı müraciət edərək pondemiya zamanı maddi durumunun zəif olmasını bildirmiş və kreditinin qalıq borcunu restrukturizasiya olunmasını və öhdəliyini gecikdirdiyi müddətdə 1566.16 (min beş yüzaltımış altımanat 16 qəpik) manat məbləğində hesablanmış dəbbə borcunun silinməsini xahiş etmişdir. Müraciət qəbul olunmuş qalıq borc 1 saylı raşılaşma ilə 3661 (üç min altı yüz altımış bir) manat məbləğini 28% olmaqla 24 aylıq ödəniş qafiki hazırlanmış tərəflər arasında imzalanmışdır. Lakin cavabdeh kredit öhdəliyini yenidən yerinə yetirməmiş və maliyyə durumunun zəifləməsi ilə əlaqədar xx.xx.2022- cü il tarixdə müraciət edərək qalıq 2243 (iki min iki yüz qırx üç) manat məbləğini illik 30% olmaqla 24 aylıq restrukturizasiya olunmasını və öhdəliyini gecikdirdiyi müddətdə hesablanmış 2478.57 (iki min dörd yüz yetmiş səkkiz manat 57 qəpik) manat məbləğində dəbbə borcunun silinməsini xahiş etmişdir. Müraciət qəbul olunmuş kredit restrukturizasiya olunmuşdur. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit məbləğini Cavabdeh oğluna ödəmişdir. Lakin,cavabdeh kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuşdur. Cavahdehin xx.xx.2025-ci il tarixə iddiaçıya əsas borc üzrə 1050.36 (bir min əlli manat 36 qəpik) manat, faiz borcu üzrə 469.16 (dörd yüz altımış doqquz manat 16 qəpik) manat, cərimə borcu üzrə isə 102.1 (bir yüz iki manat 10 qəpik) manat olmaqla, ümumilikdə 1621.63 (bir min altı yüz iyirmi bir manat 62 qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında 14 avqust 2019-cu il tarixli, 08/016 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən BOKT "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı hazırda BOKT "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh 1050.36 (bir min əlli manat otuz altı qəpik ) manat əsas, 469.16 (dörd yüz altımış doqquz manat on altı qəpik) manat faiz borcununun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “102.1 (bir yüz iki manat on qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, BOKT "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, 08/016 nömrəli kredit müqaviləsinə əsasən 1050.36 (bir min əlli manat otuz altı qəpik) manat əsas, 469.16 (dörd yüz altımış doqquz manat on altı qəpik) manat faiz borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “102.1 (bir yüz iki manat on qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında başlanmış 14 avqust 2019-cu il tarixli, 08/016 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1050.36 (bir min əlli manat otuz altı qəpik) manat əsas, 469.16 (dörd yüz altımış doqquz manat on altı qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1539.52 (bir min beş yüz otuz doqquz manat əlli iki qəpik) manat borcun və ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun 35.40 (otuz beş manat qırx qəpik) manat hissəsi iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1050.36 (bir min əlli manat otuz altı qəpik ) manat əsas, 469.16 (dörd yüz altımış doqquz manat on altı qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1539.52 (bir min beş yüz otuz doqquz manat əlli iki qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun 35.40 (otuz beş manat qırx qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar