Məhkəmə qərarları › İş №e-2(009)-483/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-483/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-483/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 11 may 2012-ci il tarixli 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 9694,71 manat məbləğində əsas borc, 402,85 manat məbləğində faiz borcu, 457,56 manat məbləğində cərimə borcu, 2825,55 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 13380,67 manat məbləğində pulun, 130,14 (yüz otuz manat, 14 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standard" Kommersiya Bankının xeyrinə tutulmasına, tutmanın QSC "xxxx" Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş “X1” markalı, 2013-cü il buraxılışlı, qara met rəngli (mühərrik 1GRA771672, ban JTMHU09JXD4079310 olan ** SU *** dövlət nömrə nişanlı) avtomobilə yönəldilməsinə və avtomobilin açıq hərracdan satılmasına; ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 16 yanvar 2014-cüil tarixində kredit verilməsi haqqında 1xx/xx/14088/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 15 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 48750 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “X1” markalı, 2013-cü il buraxılışlı, qara met rəngli, mühərrik 1GRA771672, ban JTMHU09JXD4079310 olan ** SU *** dövlət nömrə nişanlı avtomobili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 9694,71 manat məbləğində əsas borc, 402,85 manat məbləğində faiz borcu, 457,56 manat məbləğində cərimə borcu, 2825,55 manat məbləğində gecikdirilmiş vaxt üçun hesablanan faiz borcu, ümumilikdə isə 13380,67 manat məbləğində borcu qalmışdır. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış, ödəniş cədvəli, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş, tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasına dair ərizə və digər sənədlərdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən iazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/14088/14 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. 13 fevral 2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhv olaraq “QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 11 may 2012-ci il tarixli 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə” cümləsində müqavilənin tarixi və seriya nömrəsi yalnış qeyd edilmişdir. Ona görə də, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2014-cü il tarixli 1xx/xx/14088/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 9694,71 manat məbləğində əsas borc, 402,85 manat məbləğində faiz borcu, 457,56 manat məbləğində cərimə borcu, 2825,55 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 13380,67 manat məbləğində pulun, 130,14 manat dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, tutmanın QSC "xxxx" Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş “X1” markalı, 2013-cü il buraxılışlı, qara met rəngli (mühərrik 1GRA771672, ban JTMHU09JXD4079310 olan ** SU *** dövlət nömrə nişanlı) avtomobilə yönəldilməsinə və avtomobilin açıq hərracdan satılmasına, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, iş üzrə iddia müddəti keçdiyindən işə baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2014-cü il tarixli, 1xx/xx/14088/14 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə illik 15 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 48750 (qırx səkkiz min yeddi yüz əlli) manat məbləğində kredit verilmişdir. İş materiallarıda olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2014cü il tarixli 1xx/xx/14088/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “X1” markalı, 2013-cü il buraxılışlı, qara met rəngli, mühərrik 1GRA771672, ban JTMHU09JXD4079310 olan ** SU *** dövlət nömrə nişanlı avtomobili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 1xx/xx/14088/14 saylı kredit ödəmə cədvəlindən görünür ki, Cavabdeh borcun ödənilməsinə xx.xx.2014-cü il tarixdən başlamalı, hər ay 1,689.94 manat ödəməklə borcu xx.xx.2017-ci il tarixdə bitməli idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 22/********** saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə 9694,71 manat məbləğində əsas borc, 402,85 manat məbləğində faiz borcu, 457,56 manat məbləğində cərimə borcu, 2825,55 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 13380,67 manat məbləğində kredit borcu təşkil edir. Təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-852/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 152/2018 saylı iş üzrə 02 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Qeyd olunan qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası Fərmanla müəyyən edildiyindən və hazırki işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 16 yanvar 2014-cüil tarixində kredit verilməsi haqqında 1xx/xx/14088/14 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 15 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 48750 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “X1” markalı, 2013-cü il buraxılışlı, qara met rəngli, mühərrik 1GRA771672, ban JTMHU09JXD4079310 olan ** SU *** dövlət nömrə nişanlı avtomobili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda borclu vaxtında ödəniş etməmiş, bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-852/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-152/2018 saylı iş üzrə 02 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası Fərmanla müəyyən edilmiş və hazırki işdə qaydalara riayət etmək imkanları itirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən olundu ki, borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün mülki məsuliyyət daşımaqla cavabdehdir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olundu ki, Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında 16 yanvar 2014-cü il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanılmış, müqavilənin müddəti 16 yanvar 2017-ci il tarixdə bitmişdir. Müqavilənin bitdiyi tarixdən altı ildən artıq vaxt keçmişdir. Cavabdeh müqavilə öhdəliyi üzrə iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 03 iyun 2013-cü il tarixli qərarında izah etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddəslərinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərarında göstərmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsı ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafıəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.S.Həkimovun şikayəti üzrə” 03 noyabr 2008-ci il tarixli qərarında izah etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafıə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz huququnun pozulduğunu bildiyi və ya bilməli olduğü gündən başlanır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı bank öz hüquqlarının Cavabdeh tərəfindən pozulduğunu sonuncu ödənişin ödənildiyi vaxtdan bildiyi halda və ya bilməli olduğu halda, onun cavabdehdən yaranmış borc məbləğini xx.xx.2017-ci ilə qədər tələb etmək hüqüqu olmuş, lakin iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və nəticədə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən və cavabdeh tərəfındən iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edildiyindən iddia tələbi rədd edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbi iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar