Məhkəmə qərarları › İş №e-2(009)-512/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-512/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-512/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, borclu Cavabdeh ilə 13 sentyabr 2022-ci il tarixində B/2194 saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə cavabdeh 12 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. Müqavilə bağlanan andan Cavabdeh üzərinə götürdüyü öhdəliyin məsuliyyəti ona izah edilmişdir. Məsuliyyətin izah edilməsinə baxmayaraq borclu krediti götürdüyü tarixdən etibarən aylıq verməli olduğu kredit borcunda müəyyən gecikmələr olmuşdur. "xxxx" MMC tərəfindən borclu ilə əlaqə saxlanılmasına baxmayaraq bu günə qədər borclu tərəfindən kredit borcu ödənilməmişdir. Borclunun "xxxx" MMC-yə cari dövrdə kredit müqaviləsi öhdəlikləri üzrə əsas borcu 1314,67 manat, kredit müqaviləsinin 3.2 bəndinə görə bu tarixə hesablanmış kredit faizi 425,21 manat, müqavilənin 5.4.2-ci maddəsinə görə cərimə olaraq 397,52 manat hesablanmışdır. Borclunun tam borcu 2137,40 manat təşkil edir. Azərbaycan Respublikasının qanunverciliyinə görə müqavilə şərtləri bu müqaviləni bağlayan tərəflər üçün icrası məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Lakin, xx.xx.2022-ci il tarixli, B/2194 saylı kredit müqaviləsinin 5.1.1-ci bəndinə əsasən borcluların ödəniş planı üzrə ödənişi vaxtında və lazımi qaydada etmədiyinə görə, ödəniş planı üzrə ödənilməli məbləği nəzərdə tutulmuş qaydalara əsasən ondan tələb etmək məqsədə uyğundur.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli B/2194 saylı kredit müqaviləsi üzrə 1314,67 manat əsas borcu, 425,21 manat faiz borcunun, 397,52 manat gecikdirilmiş hər günə görə cərimə borcu olmaqla, cəmi 2137,4 manat pulun və ödənilmiş 42 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «Borcverən» qismində "xxxx" MMC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli B/2194 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, 2000 manat məbləğində kredit verilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 1314,67 manat, 425,21 manat faiz borcu, 397,52 manat cərimə borcu olmaqla, cəmi 2137,40 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, 2000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun bank qarşısında ödənilməyən borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas borcunun (1314,67 manat) və faizinin (425,21 manat) tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 397,52 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış borcunun miqdarını, həmçinin tələb olunan cərimə həmin məbləğə və ödənilməli olan faiz borcuna münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq cərimə borcunun (dəbbə borcu) miqdarı 60,12 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, B/2194 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 1314,67 manat əsas, 425,52 manat faiz, 60,12 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 manat, cəmi 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar