Məhkəmə qərarları › İş №e-2(009)-581/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-581/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-581/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə 17 mart 2025-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4243,22 manat zərərin, 62,43 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçındə sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla Cəmiyyət arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi, və o cümlədən X2 haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2024cü il tarixədək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək İddiaçı MMC-də çalışmışdır. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş, və o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş, nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixində 595 nömrəli marşurut xətti üzrə xidmətdə olan zaman yol-nəqliyyat hadisələri törətmişdir. Hadisənin baş verdiyi yerə sığorta şirkətinin nümayəndəsi və DYP əməkdaşı gəlib araşdırma aparmış, Cavabdeh təqsirli olduğu müəyyən edilmiş və DYP-nin inspektorunun arşadırması nəticəsində Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP5983318 nömrəli İnzibati xəta haqqında protokol və ardınca da TP6241315 saylı İnzibati tənbeh vermə haqqında Qərar verilibdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 20 (iyirmi) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 11118 nömrəli Zərər Aktına əsasən hadisənin baş verdiyi vaxt cavabdehin idarə etdiyi “NEOPLAN CİTYLİNER AVTOBUS” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobu4s2a43,22 (dörd min iki yüz qırx üç manat 22 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı ilə bağlamış olduğu X2 haqqında Müqavilənin məzmunundan xəbəri olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli Xidməti məlumatda qeyd edilir ki, Cavabdeh müəssisəyə dəvət olunmuş və izahatı alınmışdır. Sürücü Cavabdeh xx.xx.2024-cü il tarixdə 595 saylı xətt üzrə ** JH *** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olduğu zaman Bakı-Quba- Rusiya yolunda saat 20:25 radələrində ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi baş vermişdir. Sürücü monitora və 102 xidmətinə müraciət etmişdir. Hadisə yerinə gəlmiş DYP əməkdaşı sürücü Cavabdeh təqsirli olduğuna görə inzibati xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Neoplan Cityliner markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsinə görə təqsirli bilinmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında X2 haqqında Müqavilə bağlanmışdır. Müqavilənin 4-cü bəndinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəf qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Cavabdeh AR Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndi ilə işdən azad edilmişdir. Cavabdeh tərəfindən verilmiş izahatda cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtobusa dəymiş zərəri etiraf etmiş və özünün həmin zərərə görə məsuliyyət daşıdığını bildirmişdir. 11118 nörməli zərər aktının surətindən görünür ki, Neoplan Cityliner markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərərin aradan qaldırılması üçün 4243,22 manat məbləğində vəsait tələb olunur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı MMC-də işə qəbul olunmuşdur. İşlədiyi dövrdə yol-nəqliyyat hadisəsi törətmiş və hadisənin törədilməsində təqsirli bilinmişdir. Tərəflər arasında bağlanmış X2 haqqında müqaviləyə əsasən tərəflər öz üzərlərinə öhdəlik götürmüşdürlər ki, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəf qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurmuş olduğu zərəri ödəmədiyindən, 4243,22 manat pul vəsaiti cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4243,22 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı ödənilmiş 62,43 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar