Məhkəmə qərarları › İş №e-2(009)-582/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-582/2023

17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-582/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 17 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4,400 manat məbləğində maddi zərərin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qonşusudur. Cavabdeh iddiaçıya məxsus 9A mənzilində sərbəst olaraq mətbəxdən, sanitar qovşağından və sudan, qazdan istifadə etməyi məhdudlaşdırır. Cavabdeh iddiaçını məhkəməyə vermiş və Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Lakin cavabdeh prosesi tezləşdirir və texniki sənədlərdə göstəriulən 2-ci mərtəbədə yerləşən mənzildəki 1,8 kv metr sanitar qovşağının sökülməsində israr edir. Səbail rayon Məhkəməsinin qətnaməsi ilə sökülməsi qət olunan sanitar qovşağından başqa fəaliyyətdə olan sanitar qovşağı yoxdur. Yeni sanitar qovşağın sıfırdan düzəldilməsi üçün təmirə xüsusi icazə və minimum 4,400 manat maddi vəsait lazımdır. Həmin vəsait isə iddiaçıda yoxdur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, ilk insident hələ xx.xx.2016-cı il tarixində, iddiaçı Tərəfin 9a saylı mənzildə qanunsuz olaraq təmir-tikinti işləri apararkən yaranmış və onun bu kimi hərəkətlərə son qoyulması tələbi, eləcə də müvafiq ərizəsi və qoruq idarəsinin qadağanedici hərəkətləri, nəticə olaraq onun polisə müraciət etməsi ilə davam etdirilmiş, barəsində polisə şər-böhtan dolu yalan məlumatlar verməsi ilə əlaqədar polisdə araşdırma aparılmaqla qərar qəbul edilmişdir ( xx.xx.2016-cı il tarixli polis qərarının surəti əlavə edilir. Qoşma 1). Eyni zamanda, polisin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görürük ki, tərəfə hüquqları izah edilmiş və sonuncu, qərarı mübahisələndirməmişdir. Yəni onun barəaində polisə dediyi şər-böhtan sübut olunmamış, bununla da iddiaçı tərəfin ona qarşı qərəzli və şər-böhtan xarakterli əməlləri hələ yuxarıda göstərilən tarixdən başlamaqla, günümüzə qədər ona təzyiq vasitəsi kimi davam etməkdədir. Beləliklə, məlum qərarın təsviri hissəsini oxuyarkən və gəlinmiş nəticə onu deməyə əsas verir ki, cavabdeh, yalan, böhtan və s. bu kimi hərəkətlərlə həm o dövr üçün, həmçinin indiki halda iddia ərizəsi verməklə, öz qanunsuz əməllərini ört basdır etmək və mövcud vəziyyəti saxlamaq kimi, subyektiv məqsəd güdür ki, bu da onun dediklərinin sübutudur. 9a saylı mənzilin əvvəlki mülkiyyətçisi qanunsuz söküntü və tikinti apardığına görə, 7 metr uzunluğu 0,90 metr eni olan və abidənin tərkib hissəsi olan daşıyıcı divarın sökülməsi, faktı sonuncuya bu hərəkətlər qadağan edilmiş və mənzildə təmir-tikinti işləri dayandırılmışdır. 2016-cı ilin avqust ayında cavabdeh, 9a saylı mənzili, təmirsiz olmaqla, alqı-satqı yolu ilə almış və sözügedən mənzildə təmir işlərinə başlamışdır. Nəticədə, Dövlət Tarix--Memarlıq Qoruğu İdarəsinin, Mənzil-kommunal və Təmir Xidməti, 9a saylı mənzildə ranunsuz tikilmiş bir arakəsmə divarı və mənzilin giriş hissəsi olan daş divarı sökmüş və aşayış sahəsini əvvəlki vəziyyətinə qaytarılmaqla, təmir işlərinə icazə vermiş, həmçinin daxili təmir işlərini də texniki pasporta uyğun aparılmasını tövsiyyə etmişdir. Lakin cavabdeh, sonradan giriş hissədəki daş divarı taxta şüşəbənd ilə əvəzləsə də, mənzilin daxilində, qapalı şəraitdə özbaşına, qanunsuz olaraq, texniki pasportda olmadığı, nəmçinin, binanın arxiv sxem sənədlərində göstərilməyən, 1 kv. metr sahəni əhatə etməklə sanitar qovşaq və mənzilin digər hissəsində də əlavə kommunikasiya xətləri quraşdırmışdır. Nəticədə son 7 ildir ki, iddiaçıya məxsus 9a saylı mənzildən onun yaşadığı 14 saylı mənzilə mütəmadi olaraq çirkab və içməli su tökülməsi baş verməkdədir ki, bununda yeganə səbəbi qanunsuz quraşdırılmış sanitar qovşaq və komunikasiya xətlərinin normativlərə cavab verməməsidir. Bununla əlaqədar tərəfindən məhkəməyə müraciət edilmiş və nəhayət xx.xx.2021-ci il Qətnaməsi qəbul edilmiş və Qətnamə qüvvəyə mindiyindən, icraya yönəldilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarından olan: Səbail rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(009)-720/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi və zərər” tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdeh tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən göründüyü kimi 17 sentyabr 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Mirzə Mənsur küçəsi 94 saylı evin 9 a saylı mənzilində texniki sənədlərdə öz əksini tapmayan tikilmiş bir ədəd sanitar qovşaq aşkar edilmdir və həmin mənzilin sanitar qovşağının xətlərinin çəkilişi texniki normalara cavab vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir İddiaçı Bakı şəhəri, Mirzə Mənsur küçəsi 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikili olan sanitar qovşaq inşa etmişdir. Bundan sonra Cavabdeh həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə sözügedən tikilinin qanunsuz tikili olması səbəbi ilə sökülməsi qət edilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, tələbinin əsası kimi ona ziyan dəyməsini göstərsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmır. Belə ki, sözügedən tikili cavabdehin razılığı olmadan iddiaçı tərəfindən özbaşına tikilmişdir. Cavabdeh isə bundan xəbərdar olub məhkəməyə müraciət etmişdir. Həmin tikilinin Cavabdeh iddiasına əsasən məhkəmə qətnaməsi ilə sökülməsi hazırki iş üzrə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi anlamına gələ bilməz. Belə ki, bundan öncə Cavabdeh hüquqlarının pozulduğunu bildikdən sonra hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş və məhkəmənin yekun aktı ilə tərəflər arasında olan qanunsuz tikili (sanitar qovşağı) ilə bağlı mübahisə həll edilmişdir. Hazırda sözügedən məhkəmə aktının icra olunması iddiaçının cavabdehin təqsiri ucbatından zərər görməsinə əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsi faktı təsdiq edilmədiyindən və mülki hüquq pozuntusu arasında səbəbli əlaqənin mövcud olmaması səbəbindən iddia tələbi təmin edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı «zərər» barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar