Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-586/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: "xxxx" ASC ilə X4 arasında xx.xx.2022-ci il tarixli BPM**********57 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X3 illik 24% ilə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 251399 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 28 saylı Notariat ofisi tərəfindən verilmiş 634 nömrəli məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixində 2V-61 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək kredit üzrə Banka ödənilməmiş 227.38 manat əsas borcu, ödənilməmiş 33.13 manat faiz borcu olmaqla, cəmi 260.51 manat borcu qalmışdır. Cavabdehinmərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 35143/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixinə "xxxx" ASC-yə 227,38 manat əsas, 33,13 manat faiz borcu olmaqla, cəmi 260,51 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 227,38 manat əsas, 33,13 manat faiz borcu olmaqla, cəmi 260,51 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, cavabdeh tərəfindən kredit götürən X2 dünyasını vaxtsız dəyişdiyinə görə ailə üzvlərinin gəlir mənbəyi olmadığından borcun dövlət tərəfindən qarşılanması və silinməsini xahiş etməsinə dair ərizəsi məhkəməyə təqdim edilsə də, məhkəmə cavabdehin həmin müraciətini iddiaya qarşı əsaslandırılmış etiraz kimi qəbul etməyərək və iş üzrə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamasını da nəzərə alaraq mülki işin kiçik iddialara dair sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********57 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X3 36 ay kredit müddəti olmaqla, illik 24% dərəcəsi olmaq şərti ilə, 500 manat məbləğində kredit xətti açılmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024.2023-cü il tarixli maliyyə arayışına əsasən borclu X2 xx.xx.2024-cü il tarixə banka əsas borc üzrə 227,38 manat əsas, 33,13 manat faiz borcu olmaqla, cəmi 260,51 manat borcu yaranmışdır. İş üzrə Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 193 nömrə ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş, X2 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı - Cavabdehdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Məhkəmə hazırki tələb üzrə kredit alan N.İsayevin vərəsəsi Cavabdehlik daşımasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə borclu X4 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən N.İsayev 36 ay müddətinə, illik 24% olmaq şərti ilə kredit xətti açılmış, kreditin ilkin limiti 500 manat müəyyən edilmişdir. İş materiallarından eyni zamanda müəyyən edilmişdir ki, borclu N.İsayev kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun həmin müqavilə üzrə 227,38 manat əsas və 33,13 manat faiz borcu olmaqla, cəmi 260,51 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, kredit alan Nizami İsayev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra Cavabdeh miras qoyan – N.İsayevin əmlakına dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. AR Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146 ,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cavabdeh kredit alan və mərhum Nizami İsayevin vərəsəsi kimi ondan miras qalmış əmlakı (Changan EADO markalı minik avtomobili) qəbul etdiyi üçün və həmin əmlakın dəyəri mərhumun bank qarşısında olan öhdəliyin həcmindən kifayət qədər böyük olduğu üçün, Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan şəxsdir. Bu səbəbdən də iddiaçı hazırki tələblə Cavabdeh qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Beləliklə Cavabdeh kredit müqaviləsi üzrə borclu olan N.İsayevin öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcu cavabdehdən tələb etməkdə tam haqlı olduğun üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab ediməli və təmin edilməlidir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göstərlən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 227,38 manat əsas və 33,13 manat faiz borcu olmaqla, cəmi 260,51 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 30,40 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 227,38 manat əsas, 33,13 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 290,91 (iki yüz doxsan manat doxsan bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-586/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-586/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver