Məhkəmə qərarları › İş №e-2(009)-588/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-588/2024

15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-588/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC, Suraxanı Rayon MKTB və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC, Suraxanı Rayon MKTB və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin N 054 nömrəli videomüşahidə kameralarına dəymiş ziyan - 2239 manat məbləğində pulun cavabdehlər Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Cavabdeh3 və Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq AR Daxili işlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Mənzİl-Kommunal Təsərrüfatı Birliyində sürücü vəzifəsində çalışan Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi “İsuzu FTR” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Heydər Əliyev prospektində Mərdəkan qəsəbəsinə tərəf istiqamətdə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında nasaz vəziyyətdə dayanmış vətəndaş X3 məxsus VAZ 21099 markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Toqquşma nəticəsində VAZ 21099 markalı avtomobil yolun kənarında dirəyə çırpılmışdır. Tərəflər barışdığı üçün Sabunçu RPİ tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh3 barəsində yol-hərəkətı qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. Hadisə nəticəsində Daxili İşlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin 054 nömrəli videomüşahidə kameralarının quraşdırıldığı dirək zədələnmişdir. "xxxx" MMC tərəfindən vıdeomüşahidə nöqtəsinə dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən akta əsasən maddi zərər aşağıdakı kimi müəyyən edilmişdir: 1(bir) İP qutu - 970 manat; 1 (bir) ədəd UPS 1 kva - 791 manat; 20 (iyirmi) ədəd Ethernet cabel - 27 manat; 2 (iki) ədəd optic patchcord - 20 manat ; 1 (bir) ədəd uzadıcı - 14 manat; 4 metr elektrik kabel - 10 manat; Dirəyin təmir edilməsi üçün sökülməsi, təkrar quraşdırılması və nəqliyyat xərcləri - 407 azn. Ümumilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərər məbləği 2239 manat təşkil etmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin əmlakına zərər vurulması mübahisəsizdir və yol-nəqliyyat hadisəsi zamanı video müşahidə nöqtəsinə ciddi zədələrin vurulması iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə də aşkar müəyyən olunur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil Nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Cavabdeh Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sürücüsü Cavabdeh3 tərəfindən mülki hüquq pozuntusu (delikt) törədildiyindən, işəgötürən Suraxanı Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi, Cavabdeh3 və Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 2239 azn məbləğində maddi zərər cavabdehdən tutularaq DİN-nin hesabına köçürülməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının Cavabdeh1 Sığorta Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddiası əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əsasən, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh1 Sığorta Şirkətində sığortalı olan, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə məxsus, həmin Birlikdə sürücü vəzifəsində çalışan Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi Vaz 21099 markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində sonuncu ağır bədən xəsarəti almışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə DYP tərəfindən tərtib edilən arayışda (forma 4) yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli kimi Cavabdeh3 olduğu müəyyən edilmişdir. Hadisənin baş verməsində təqsirli Cavabdeh1 Sığorta Şirkətində sığorta olunan avtomobil olduğundan Şirkət tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinə və hadisə nəticəsində bədən xəsarəti almış X4 6220.00 Azn sığorta ödənişi ödənilmişdir. Yol-nəqliyyat hadisəsində zərərçəkən qismində müəyyən edilən iştirakçılara və zərər vurulan əmlaka dəyən zərər səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmiş arayışda qeyd olunanlara əsasən müəyyən edilir və ödənilir. AR Mülki Məcəlləsinin 933.1.1, 933.1.2-ci maddəsinə əsasən, sığorta ödənişi dövlət orqanının hadisə ilə bağlı təqdim etdiyi sənəd və sığorta tələbi əsasında həyata keçirilir. Sabunçu rayon DYPŞ tərəfindən təçtib edilən arayışda isə yalnız Vaz 21099 markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyi, həmin avtomobili idarə edən X2 isə bədən xəsarəti alması qeyd edilib. Belə ki, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (forma 4) təqdim edilməlidir. “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-ci maddəsinə əsasən Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər siyahısında “sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış” göstərilmişdir. Bundan əlavə iddiaçının bu iş üzrə Sığorta şirkətinə hər hansı sığorta tələbi də olmamışdır. İddia ərizəsində qeyd edilən DİN-ə məxsus TŞX 054 nömrəli videomüşahidə kamerasının quraşdırıldığı dirəyə zərər dəydiyi qeyd olunsa da, DYPŞ tərəfindən tərtib edilən arayışda, eləcə də digər materiallarda (izahat və sxemlər və.s) əmlaka dəyən zərər hissəsində yalnız avtonəqliyyat vasitəsinə dəyən zərər göstərilmişdir. Baxılan halda qeyd olunan obyektə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmasına dair heç bir sübut yoxdur. Buna görə də, Sığorta Şirkətinin sığorta ödənişi həyata keçirmək öhdəliyi yaranmır. Göstərilənləri nəzərə alaraq iddiaçının Sığorta Şirkətinə qarşı iddia tələbini əsassız hesab edir. Digər tərəfdən, hadisənin baş verməsində təqsirli Cavabdeh1 SŞ-də sığorta olunan avtomobil olduğundan tərəflərindən, X4 5000 (beş min) manat sığorta ödənişi ödənilmişdir. İcbari sığortalar haqqında Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. AR Mülki Məcəllənin 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Göründüyü kimi sığorta şirkəti İcbari sığorta qanunlarında nəzərdə tutulduğu qaydada sığorta hadisəsinə görə sığorta məbləği həddində, yəni 5000 (beş min) manat sığorta ödənişini həyata keçirərək öhdəliyini icra etmiş və sığorta hadisəsi üzrə əlavə sığorta ödənişi etmək öhdəliyi yoxdur. Ona görə də, Cavabdeh1 Sığorta Şirkətini cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 16 yanvar 2023-cü il tarixdə, saat təqrbən 10-20 radələrində idarə etdiyi İsuzu FTR Yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu H.Əliyev prospekti ilə iki istiqamətli 4 zolaqlı yolun ikinci zolağı ilə saatda 50-60 km sürətlə üzü Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edərkən gözləmədyi halda qarşısında eyni istiqamətdə hərəkət edən Vaz 21099 markalı ** CU *** dövlət qeydiyyat nişanlı avttomobil dayandı. O dərhal əyləcdən istifadə etsə də, idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin arxa hissəsinə çırpıldı. Zərbə nəticəsində o, idarə etməni itirdi onun avtomobili qarşısındakı Vaz-21099 markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili sürüyərək beton hissədən əks yola çıxartdı. Daha sonra o, avtomobildən düşüb həmin avtomobilin sürücüsünə yaxınlaşaraq ona ilk tibbi yardım göstərib, onu X11 apardı. Hadisə baş verdikdə və ondan sonra hadisə yerində şəhər kamerasının sınmış hissələrini görməmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, “Bakı şəhərində Protokol yolunda yerləşən N-054 TŞ-nöqtəsi xx.xx.2023-cü il tarixində yol nəqliyyat hadisəsi zamanı zərər görmüşdür. Hadisə zamanı TŞ nöqtəsinə dəyən ziyan aşağıdakı kimidir: Dirəyin təmin edilməsi üçün sökülməsi, təkrar quraşdırılması və nəqliyyat xərci - 2,239,00 manat. Ümumilikdə hadisə zamanı TŞ nöqtəsinə dəyən maddi zərərin məbləği - 2.239.00 manat təşkil edir. İş materiallarında olan Sabunçu RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X6 16 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Mənzİl-Kommunal Təsərrüfatı Birliyində sürücü vəzifəsində çalışan Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi “İsuzu FTR” markalı **-JD- *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Heydər Əliyev prospektində Mərdəkan qəsəbəsinə tərəf istiqamətdə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında nasaz vəziyyətdə dayanmış vətəndaş X3 məxsus VAZ 21099 markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Toqquşma nəticəsində VAZ 21099 markalı avtomobil yolun kənarında dirəyə çırpılmışdır. Tərəflər barışdığı üçün Sabunçu RPİ tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi, “İsuzu FTR” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sabunçu RPİ DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 16 yanvar 2023-cü il tarixdə, saat 10:20 radələrində, Cavabdeh3 idarə etdiyi İsuzu FTR Yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli, 122045 nömrəli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ümumi məbləği 6220.00 manat müəyyən olunmuşdur. İş materiallarında olan 01 mart 2023-cü il tarixli, PRP**********257 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən 5000 (beş min) manat məbləğində X5 ödəniş olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2023cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Mənzİl-Kommunal Təsərrüfatı Birliyində sürücü vəzifəsində çalışan Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi “İsuzu FTR” markalı **- JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Heydər Əliyev prospektində Mərdəkan qəsəbəsinə tərəf istiqamətdə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında nasaz vəziyyətdə dayanmış vətəndaş X3 məxsus VAZ 21099 markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Toqquşma nəticəsində VAZ 21099 markalı avtomobil yolun kənarında dirəyə çırpılmışdır.Cavabdeh3 barəsində yol-hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində Daxili işlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin N 054 nömrəli videomüşahidə kameralarının quraşdırıldığı dirək zədələnmişdir. "xxxx" MMC tərəfindən vıdeomüşahidə nöqtəsinə dəyən maddi zərər 2239 manat müəyyən edilir. Məhkəmə iclasında eləcə müəyyən olunmuşdur ki, 01 mart 2023-cü il tarixli, PRP**********257 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən X5 5000 (beş min) manat məbləğində ödəniş olunmuşdur. İcbari sığortalar haqqında Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Mülki Məcəllənin 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Beləliklə, məhkəmə hesab edir ki, dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli, cavabdehlər Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən və Cavabdeh3 dəymiş ziyana görə 2239 (iki min iki yüz otuz doqquz) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən və Cavabdeh3 dəymiş ziyana görə 2239 (iki min iki yüz otuz doqquz) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar