Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-591/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "dəymiş ziyanın ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “**-CE-***” dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı minik avtomobilinə vurulmuş 8268,89 (səkkiz min iki yüz altmış səkkiz manat səksən doqquz qəpik) manat maddi ziyana görə, ödənilmiş 115 ( bir yüz on beş) manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 250 ( iki yüz əlli) manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və cavabdeh Əsgərov X1 Sazişini məhkəməyə təqdim edib, Azərbaycan Respublikası MPM-nın 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişinin predmeti Bir tərəfdən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, digər tərəfdən ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan “Kia Optima” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı iddia tələbinə dair aşağıdakı şərtlərlə Barışıq sazişini bağladılar: 1.İddiaçı 2.000 (iki min) manat pulu Cavabdeh2 alaraq və eyni zamanda 2.000 (iki min) manat pulun da 6 (altı) ay ərzində Cavabdeh2 tərəfindən onun təqdim edəcəyi hesaba ödənilməsini qəbul edərək, 8633,89 (səkkiz min altı yüz otuz üç manat səksən doqquz qəpik) manat məbləğində dəymiş ziyana dair iddia tələbindən imtina edir; 2.Cavabdeh2 2.000 (iki min) manat pulu Barışıq sazişi təsdiq edilən anda İddiaçı verməyi, eyni zamanda 2.000 (iki min) manat pulun da 6 (altı) ay ərzində, hər ay 333,33 (üç yüz otuz üç manat otuz üç qəpik) manat olmaqla İddiaçı təqdim etdiyi hesaba ödəməyi öhdəsinə götürür; 3.İddiaçı razılaşır ki, bu sazişlə müəyyən olunmuş cəmi 4000 (dörd min) manat pul məbləğini Cavabdeh2 aldığı andan onun, “Kia Optima” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı bütün tələb hüquqlarına xitam verilir; 4.Cavabdeh2 bu sazişlə müəyyən olunmuş pul məbləğini tam ödəmədiyi halda, İddiaçı 8633,89 (səkkiz min altı yüz otuz üç manat səksən doqquz qəpik) manat məbləğində iddia tələbinin 6633,89 (altı min altı yüz otuz üç manat səksən doqquz qəpik) manat məbləğini qəbul edərək, həmin məbləğin tutulmasına dair müvafiq icra vərəqəsinin verilməsi ilə razılaşır; 5.Tərəflər bu sazişi imzalamaqla bu tələb üzrə bir-birilərinə qarşı gələcəkdə hər hansı bir pul tələbi etməyəcəklərini öhdələrinə götürürlər. 6.Barışıq sazişi 3 nüsxədə tərtib olunub, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh2 saxlanmaqla, 3-cü nüsxəsi isə Səbail rayon Məhkəməsinə təqdim edilir. 7.Bu saziş Səbail rayon məhkəməsinə təqdim edilərək tərəflər iş üzrə icraatın xitam verilməsini xahiş edirlər. Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, Az. Resp. MPM-nın 191.1 maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191.2 261.0, 261.0.5, 262, 263-264.266-268 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh2 arasında bağlanmış 16.03.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin: İ. Barışıq sazişinin predmeti Bir tərəfdən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, digər tərəfdən ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan “Kia Optima” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı iddia tələbinə dair aşağıdakı şərtlərlə Barışıq sazişini bağladılar: 1.İddiaçı 2.000 (iki min) manat pulu Cavabdeh2 alaraq və eyni zamanda 2.000 (iki min) manat pulun da 6 (altı) ay ərzində Cavabdeh2 tərəfindən onun təqdim edəcəyi hesaba ödənilməsini qəbul edərək, 8633,89 (səkkiz min altı yüz otuz üç manat səksən doqquz qəpik) manat məbləğində dəymiş ziyana dair iddia tələbindən imtina edir; 2.Cavabdeh2 2.000 (iki min) manat pulu Barışıq sazişi təsdiq edilən anda İddiaçı verməyi, eyni zamanda 2.000 (iki min) manat pulun da 6 (altı) ay ərzində, hər ay 333,33 (üç yüz otuz üç manat otuz üç qəpik) manat olmaqla İddiaçı təqdim etdiyi hesaba ödəməyi öhdəsinə götürür; 3.İddiaçı razılaşır ki, bu sazişlə müəyyən olunmuş cəmi 4000 (dörd min) manat pul məbləğini Cavabdeh2 aldığı andan onun, “Kia Optima” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı bütün tələb hüquqlarına xitam verilir; 4.Cavabdeh2 bu sazişlə müəyyən olunmuş pul məbləğini tam ödəmədiyi halda, İddiaçı 8633,89 (səkkiz min altı yüz otuz üç manat səksən doqquz qəpik) manat məbləğində iddia tələbinin 6633,89 (altı min altı yüz otuz üç manat səksən doqquz qəpik) manat məbləğini qəbul edərək, həmin məbləğin tutulmasına dair müvafiq icra vərəqəsinin verilməsi ilə razılaşır; 5.Tərəflər bu sazişi imzalamaqla bu tələb üzrə bir-birilərinə qarşı gələcəkdə hər hansı bir pul tələbi etməyəcəklərini öhdələrinə götürürlər. 6.Barışıq sazişi 3 nüsxədə tərtib olunub, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh2 saxlanmaqla, 3-cü nüsxəsi isə Səbail rayon Məhkəməsinə təqdim edilir. 7.Bu saziş Səbail rayon məhkəməsinə təqdim edilərək tərəflər iş üzrə icraatın xitam verilməsini xahiş edirlər. İİ.İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "dəymiş ziyanın ödənilməsi" barədə iddia ərizəsi üzrə 2(009)-591/2022 saylı mülki işin icraatına xitam verilsin. İİİ.Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-591/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-591/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver