Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-614/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29 sentyabr 2021-ci il tarixli, NZNPU-05757/1 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 15667,78 manat əsas, 679,64 manat faiz borcu, 537,7 manat dəbbə borcu olmaqla, cəmi 16885,12 manat məbləğində borcun və həmçinin ödənilmiş 140,66 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, NZNPU-05757/1 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. 29 sentyabr 2021-ci il tarixli, NZNPU-05757/1 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, NZNPU-05757/1 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 29-dan gec olmayaraq hər ay 693,31 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 29 sentyabr 2021-ci il tarixli, NZNPU-05757/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 15667,78 manat əsas, 679,64 manat faiz borcu, 537,7 manat dəbbə borcu olmaqla, cəmi 16885,12 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş 29 sentyabr 2021-ci il tarixli, NZNPU- 05757/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, NZNPU-05757/1 saylı kredit müqaviləsinə əsasən ona illik 15% dərəcəsi olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AA******* 3VV2YVUQ nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə anadan olmuşdur. İş materiallarında olan iş yerinə dair arayışdan görünür ki, Cavabdeh Sumqayıt Texnilogiyalar Parkı Məhdəd Məsuliyyətli Cəmiyyətində işləyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Baş Kredit Müqavilənin (kredit müqaviləsinin) müddətinin uzadılması haqqında əlavə razılaşmadan görünür ki, tərəflər razılıq əldə etdilər ki, xx.xx.2021-ci il tarixli, NZNPU №-li kredit müqaviləsi üzrə mövcud şərtlər saxlanılmaqla 6 ay (iyul-dekabr) güzəşt verilərək aylıq ödənişini 350 manat salınması və iyun ayı da daxil olmaqla qalıq məbləğləri müddətin sonuna əlavə olunsun. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Rabitəbank ASC, Nizami filialı tərəfindən Cavabdeh 19697 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ödəməni başlamalı, hər ay 693.31 manat, sonuncu ay isə 693.75 manat ödəməklə xx.xx.2024-cü il tarixdə bitməli idi. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh qız ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NZNPU- 05757/1 saylı müqaviləsi üzrə 13 fevral 2023-cü il tarixinə olan borcu 15667,78 manat əsas, 679,64 manat faiz, 537,7 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən cavabdehə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh borcunu ödəməmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 15667,78 manat məbləğində əsas borcun, 679,64 manat faiz borcun və 537,7 manat cərimə borcunun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən ümumilikdə 140.66 (yüz qırz manat altmış altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29 sentyabr 2021-ci il tarixli, NZNPU-05757/1 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 15667,78 (on beş min altı yüz altmış yeddi manat yetmiş səkkiz qəpik ) manat əsas, 679,64 (altı yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat faiz borcu, 537,7 (beş yüz otuz yeddi manat yetmiş qəpik) dəbbə borcu olmaqla, cəmi 16885,12 (on altı min səkkiz yüz səksən beş manat on iki qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140.66 (yüz qırx manat altmış altı qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-614/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-614/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver