Məhkəmə qərarları › İş №e-2(009)-650/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-650/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-650/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "X2 FZE" Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Səlı̇ mov Azər Nazı̇ m oğlunun cavabdeh "X2 FZE" Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındaki Filialına qarşı "tender paketinin hazırlanmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səlı̇ mov Azər Nazı̇ m oğlu cavabdeh "X2 FZE" Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Filialına qarşı "tender paketinin hazırlanmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X2 FZE şirkətinin Azərbaycan Respublikasındakı filialına GL “X1” MMC-nin elan etdiyi tenderdə iştirak məqsədilə tender paketinin hazırlanması üzrə 09 yanvar 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixinədək göstərdiyi kompleks xidmətə görə real xidmət bazarında xidmət haqqı olaraq müəyyən edilən 25.000 (iyirmi beş min) manat məbləğin, habelə həmin məbləğin gecikdirlməsi üçün (06 fevral 2023-cü il tarixdən keçən müddət üzrə) qanunvericilikdə nəzərdə tutulan faiz məbləğinin, həmçinin vəkil tərəfindən göstərilən hüquqi yardıma və iddia rüsumunun ödənilməsinə görə çəkdiyi xərclərin cavabdeh şirkətdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər “barışıq sazişinin təsdiq edilməsi və icraata xitam verilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, hal-hazırda tərəflər mövcud mübahisə üzrə razılıq əldə ediblər və nəticədə, onlar arasında yazılı barışıq sazişi bağlanıb (həmin sazişin əsli ərizəyə əlavə edilir). Tərəflər həmin Barışıq Sazişinin şərtləri ilə tam razıdırlar və o şərtləri tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürüblər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri tərəflərə məlumdur. Belə olan halda, Səbail Rayon Məhkəməsinin icraatında olan e- 2(009)-650/2024 saylı mülki iş üzrə icraata tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməklə xitam verilməsi zərurəti yaranıb. Bu ərizəyə əlavə edilmiş Barışıq Sazişinin şərtlərini təsdiq etməklə məhkəmənin icraatında e-2(009)650/2024 saylı saylı mülki iş üzrə icraata xitam verilməsi barədə Qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) Vəkil bildirmişlər ki, cavabdehlə aralarında yazılı barışıq sazişi bağlanmışdır, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "X2 FZE" Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Filialının nümayəndəsi Nümayəndə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı ("İcraçı") və "X2 FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ("Sifarişçi") arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, "X2 FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ("Sifarişçi") eks təchizat şöbəsinin meneceri olmuş Zəka Muradov və Təchizat şöbəsinin menecerinin müavini olmuş Rəşad Kazımovun sifarişi əsasında, 09 yanvar 2023-cü il tarixində şifahi tapşırıq müqaviləsinə əsasən tender paketinin hazırlanması xidməti fiziki şəxs İddiaçı ("İcraçı") həvalə edilmişdir. Göstərilmiş xidmətlərə görə İcraçı tərəfindən xidmət haqqını 10.000 (on min) manat olaraq müəyyən edilməsi Sifarişçi tərəfindən qəbul edilməmişdir - Yuxarıda göstərilən səbəbə görə tərəflər arasında anlaşılmazlıq yaranmış və xidmətin haqqının ödənilməsində gecikmə yaranmışdır. Hal-hazırda bir tərəfdən İddiaçı ("İcraçı"), digər tərəfdən cavabdeh "X2 FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ("Sifarişçi") Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, mübahisənin barışıq sazişi bağlamaq yolu ilə həll edilməsi barədə razılığa gələrək, aşağıdakı şərtlərlə Barışıq Sazişi (bundan sonra mətndə Saziş adlandırılacaq) imzalayırlar.

1. İddiaçı - İddiaçı ("İcraçı") bu sazişin 2-ci bəndində nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi müqabilində iddia tələbindən tamamilə imtina edir.

2. Cavabdeh - "X2 FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ("Sifarişçi") bu sazişin imzalandıqdan dərhal sonra göstərilmiş xidmətlərə görə 5.000 (beş min) manat, həmçinin məhkəmə və digər hüquqi yardım xərclərinə görə 1.500 (bir min beş yüz) manat olmaqla, cəmi 6.500 (altı min beş yüz) manat vəsaitini İddiaçı - İddiaçı ("İcraçı") aşağıdakı bank hesabına köçürür: İddiaçı VÖEN: ********** H/H: AZ92İBAZ******************** Bankın adı: ABB Bank VÖEN:********** Kodu:805562 M\H: AZ03NABZ******************** SWİFT: İBAZAZ2X

3. Tərəflər öz öhdəsinə götürürlər ki, bu sazişi imzaladıqdan dərhal sonra müvafiq ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edilərək, məhkəmənin icraatında olan e-2(009)-650/2024 saylı saylı mülki işə xitam verilməsi tələb edəcəklər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

I. İddiaçı ilə cavabdeh "X2 FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:

1. İddiaçı -İddiaçı ("İcraçı") bu sazişin 2-ci bəndində nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi müqabilində iddia tələbindən tamamilə imtina edir.

2. Cavabdeh-"X2 FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ("Sifarişçi") bu sazişin imzalandıqdan dərhal sonra göstərilmiş xidmətlərə görə 5.000 (beş min) manat, həmçinin məhkəmə və digər hüquqi yardım xərclərinə görə 1.500 (bir min beş yüz) manat olmaqla, cəmi 6.500 (altı min beş yüz) manat vəsaitini İddiaçı -İddiaçı ("İcraçı") aşağıdakı bank hesabına köçürür: İddiaçı VÖEN: ********** H/H: AZ92İBAZ******************** Bankın adı: ABB Bank VÖEN:********** Kodu:805562 M\H: AZ03NABZ******************** SWİFT: İBAZAZ2X

3. Tərəflər öz öhdəsinə götürürlər ki, bu sazişi imzaladıqdan dərhal sonra müvafiq ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edilərək, məhkəmənin icraatında olan e-2(009)-650/2024 saylı saylı mülki işə xitam verilməsi tələb edəcəklər.

İİ. İddiaçı Səlı̇ mov Azər Nazı̇ m oğlunun cavabdeh "X2 FZE" Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındaki Filialına qarşı "tender paketinin hazırlanmasına dair xidmət haqqının ödənilməsi” tələbinə dair 2(009)-650/2024 saylı mülki işin icraatına xitam verilsin. III. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. IV.Məhkəməyə müraciət etmək üçün iddiaçı Səlı̇ mov Azər Nazı̇ m oğlu tərəfindən ödənilmiş 165 (bir yüz altmış beş) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli **********93 saylı qəbz) ona geri qaytarılsın. V. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar