Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-651/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Ş.Ş.Həşimlinin iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin “Mətbuat” filialı ilə Cavabdeh arasında 20.08.2021-ci il tarixində LB/21/027/000012 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə, illik 24% hesablanmaqla 5050 manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC-nin “Mətbuat” filialı ilə Cavabdeh arasında G-LB/21/027/000012 girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 99,1 qr olan qızıl zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin 20 avqust 2021-ci il tarixdə LB/21/027/000012 saylı kredit müqaviləsinin şərtləri pozularaq öhdəliklər icra edilmir. Belə ki, MAT- 066/22 saylı 07.02.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 3698,17 manat, faiz borcu üzrə 39,60 manat, dəbbə pulu 81,72 manat, cəmi 3819,49 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh əsas borc üzrə 3698,17 manat, faiz borcu üzrə 39,60 manat, dəbbə pulu 81,72 manat, cəmi 3819,49 manat və ödənilmiş 58 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 99,1 qr olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə 3819,49 manat borcun və 58 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə «Borc verən» qismində İddiaçı ASC-nin “Mətbuat” filialı ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh arasında bağlanmış 20.08.2021-ci il tarixli LB/21/027/000012 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 24%-lə, 5050 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC-nin “Mətbuat” filialı ilə Cavabdeh arasında bağlanılmış 20.08.2021-ci il tarixli, G-LB/21/027/000012 saylı girov müqaviləsinə əsasən borcalan Cavabdeh bankla bağlanılmış 20.08.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, dəyəri 7928 manat məbləğində müəyyən edilmiş qızıl-zinət əşyalarını bank qarşısında girovla yüklü etmişdir. İş üzrə İddiaçı ASC-nin “Mətbuat” filialına girov qoyulmuş qiymətlilərin dəyərlilərinin qiymətləndirmə və 20.08.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 20.08.2021-ci il tarixli kreditinin təminatı olaraq girov qoyduğu 1 ədəd sep, 1 ədəd qolbağ –çəkisi – 40,2 qr, əyarı – 583, 4 ədəd üzük, 2 cüt sırğa – çəkisi – 48,1 qr, əyarı – 583, 1 ədəd üzük, 1 cüt sırğa – çəkisi – 7,8 qr, əyarı – 583, 1 cüt sırğa BBT (ağda) (2 qaş) – çəkisi – 3 qr, əyarı – 583, cəmi 99,1 qr. qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakı ilə banka təhvil vermişdir. Qızıl-zinət əşyalarının dəyəri 7928 manat təşkil etmişdir. İş üzrə Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 20.08.2021-ci il tarixli ərizəyə əsasən o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinin tələblərinə və İddiaçı ASC ilə aralarında bağlanmış 20.08.2021-ci il tarixli G- LB/21/027/000012 saylı girov müqaviləsinin şərtlərinə uyğun olaraq 20.08.2021-ci il tarixli LB/21/027/000012 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi, eləcə də öhdəliyin icrası üçün bank tərəfindən göndərilmiş bildirişdə göstərilən əlavə müddət ərzində icra etmədiyi təqdirdə kreditin təminatı olaraq girov qoyduğu əşyalara tutmanın yönəldilməsinə, şəxsən onun imzası və iştirakı olmadan məhkəmədən kənar satılaraq bankın tələblərinin ödənilməsinə, İddiaçı ASC-nin kredit müqaviləsi üzrə tələb hüquqlarının və bununla bağlı ona aid bank sirri təşkil edən məlumatların istənilən üçüncü şəxslərə (digər bank və ya kredit təşkilatına, kollektor şirkətinə) ötürülməsinə, İddiaçı ASC və üçüncü şəxslər (digər bank və ya kredit təşkilatı, kollektor şirkəti) tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq qrafik üzrə aylıq ödəniş məbləğinin (əsas borc, hesablanmış faiz və cərimə borcunun) onun İddiaçı ASC-də və üçüncü şəxslərdə olan bütün hesablarından (əmək haqqı, təqaüd, plastik kart, yardım, depozit və digər hesablarda) akseptsiz qaydada silinməsinə öz razılığını bildirmişdir. Bununla əlaqədar gələcəkdə yaranacaq hər hansı problemə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 07.02.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC-nin “Mətbuat” filialı ilə Cavabdeh arasında bağlanılmış 20.08.2021-ci il tarixli LB/21/027/000012 saylı kredit müqaviləsinə əsasən illik 24% dərəcəsi ilə 12 ay müddətinə 5050 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə cəmi 1800 manat ödəniş aparılmışdır. Cavabdeh 20.08.2021-ci il tarixli kredit müqaviləsi üzrə 07.02.2022-ci il tarixə əsas borcu 3698,17 manat, faiz borcu 39,60 manat faiz, dəbbə borcu 81,72 manat, cəmi 3819,49 manat borcu var. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 20 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 24%-lə, 12 ay müddətinə 5050 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında girov müqaviləsi bağlanılmış və dəyəri tərəflər arasında 7928 manat məbləğində müəyyən edilmiş 99,1 qram qızıl-zinət əşyalarını bank qarşısında girovla yüklü etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 3698,17 manat əsas, 39,60 manat faiz, 81,72 manat dəbbə, cəmi 3819,49 manatın tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi 3698,17 manat əsas, 39,60 manat faiz, 81,72 manat dəbbə borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutumalı olan borcun girov əşyalarına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. AR Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər.Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, iddaçı ilə cavabdeh arasında bağlanılmış girov müqaviləsinə əsasən cəmi 99,1 qr. olan qızıl-zinət əşyaları (1 ədəd sep, 1 ədəd qolbağ –çəkisi – 40,2 qr, əyarı – 583, 4 ədəd üzük, 2 cüt sırğa – çəkisi – 48,1 qr, əyarı – 583, 1 ədəd üzük, 1 cüt sırğa – çəkisi – 7,8 qr, əyarı – 583, 1 cüt sırğa BBT (ağda) (2 qaş) – çəkisi – 3 qr, əyarı – 583) kredit müqaviləsinin təminatı kimi bank qarşısında girovla yüklü edildiyindən, cavabdehdən tutulmalı olan pul məbləği girov əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı və bankın kredit tələbi satılmış əmlakların dəyərindən ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 58 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə LB/21/027/000012 saylı, 20.08.2021-ci il tarixli kredit müqaviləsi üzrə 07.02.2022-ci il tarixə yaranmış 3698,17 manat əsas, 39,60 manat faiz, 81,72 manat dəbbə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 manat, cəmi 3877,49 (üç min səkkiz yüz yetmiş yeddi manat, qırx doqquz qəpik) manat məbləğində pul tutulsun. Həmin tutma Cavabdeh tərəfindən 20.08.2021-ci il tarixli G-LB/21/027/000012 saylı girov müqaviləsinə əsasən girova qoyulmuş cəmi 99,1 qram olan qızıl-zinət (qırıntı lom – 2 ədəd, çəkisi – 2,6 qr, əyarı – 750, üzük – 2 ədəd, çəkisi – 17,3 qr, əyarı – 750, qolbaq – 1 ədəd, çəkisi – 32 qr, əyarı – 750, qol saatı – 1 ədəd, çəkisi – 16 qr, əyarı – 750) əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-651/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-651/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver