Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-687/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nın Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nın Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/34338/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 14998,82 manat məbləğində əsas borc, 2287,22 manat məbləğində faiz borcu, 10086,41 manat məbləğində cərimə borcu, 2244,32 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 29616,77 manat məbləğində pulun, 178,85 manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standart” KBnın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək bildirdi ki, iddiaçı və cavabdeh mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, tərəflər mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada xx.xx.2023-cü il tarixdə tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli həmin barışıq sazişinin şərtlərinə görə: 1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 14 iyun 2013-cü il tarixli, 1xx/xx/34338/13 saylı kredit müqaviləsi üzrə 14998.82 manat məbləğində əsas borc, 2287.22 manat məbləğində faiz borcu, 10086.41 manat məbləğində cərimə borcu, 2244.32 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 29616.77 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən ümumilikdə 15 000 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 3. Bu Sazişin 2.2-ci bəndində göstərilən 15 000 manat məbləğinin 36 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 417 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda, bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 29616.77 manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. 6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə təqdim edilmiş tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nın Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 14 iyun 2013-cü il tarixli, 1xx/xx/34338/13 saylı kredit müqaviləsi üzrə 14998.82 manat məbləğində əsas borc, 2287.22 manat məbləğində faiz borcu, 10086.41 manat məbləğində cərimə borcu, 2244.32 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 29616.77 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur.
2. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən ümumilikdə 15 000 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir.
3. Bu Sazişin 2.2-ci bəndində göstərilən 15 000 manat məbləğinin 36 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 417 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.
4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.
5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda, bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 29616.77 manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir.
6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mədinə Bağırova