Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-690/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş kirayə haqqının ödənilməsi, mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş kirayə haqqının ödənilməsi, mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m. yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m.olan 3 otaqlı mənzil Cavabdeh icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərdən birinin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu bənddə və qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunaraq, xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m. yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin boşaldılaraq təhvil verilməsi xahiş olunsa da, cavabdeh bu öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır. Həmçinin 2024-cü ilin dekabr ayından bəri hər ay üçün 600 manat məbləğində olmaqla 3 aylıq kirayə haqqı da cavabdeh tərəfindən ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin Cavabdeh icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən ödənilməmiş 3 aylıq kirayə haqqının, cəmi olaraq 1800 manat və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi, Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, icarə müqaviləsinin şərti pozulub, oktyabr ayından sonra ödəniş olmayıb. Onlar bu barədə bildiriş də göndərmişlər, nəticəsi olmamışdır. İcarə haqları noyabr, dekabr, yanvar ayları ödənilməyib. Oktyabr ayında ödənilən məbləğ sentyabr ayına aiddir. 7200 manatla bağlı onun məlumatı yoxdur. Görüntüdə də həmin məbləğin verilməsini təsdiq edən hal müəyyən edilmir. İcarəyə verənin 1 ay qabaqdan xəbərdar etməklə müqavilənin birtərəfli qaydada ləğv etmək hüququ var. Bu hüquqdan istifadə olunmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixdə Elvira və Namiqin iştirakı ilə iddiaçıya 7200 manat məbləğində ödəniş edib. Sonra 3600 manat ödəniş olub. Pretenziya məktubunda müqavilənin ləğvinin səbəbi göstərilməyib. Yalnız müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi göstərilib. Onlar hesab edirlər ki, ödənişi etmişlər. Ödənişlər əvvəldən ödənilməli idi. Sonradan ödənilən məbləğ sonrakı aylara aiddir. Tərəflər şifahi razılaşıblar ki, 7200 manat ödənilsin. Sonradan müqavilə bağlanılıb. 7200 manat depozit ödənişidir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, CD-diskə baxış keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 3/5 nömrəli, 59,17 kv.m. ümumi, 53,87 kv.m. yaşayış, 5,3 kv.m. yardımçı sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil tam mülkiyyəti hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə «İcarəyə verən» qismində İddiaçı ilə «İcarəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən «İcarəyə verən» İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzili «İcarəçi» Cavabdeh xx.xx.2029-cu il tarixədək icarəyə vermiş və onun bitməsinə 1 ay qalmış tərəflərlər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir, aylıq icarə haqqı 600 manat təşkil etmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş üzrə bank ödəniş qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 1.100 manat məbləğində ödəniş edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli İcarə Müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzili Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin 7-ci bəndinə uyğun olaraq bildirir ki, müqavilə xx.xx.2025-ci il tarixindən ləğv ediləcəkdir. Qanunvericiliyə və bağlanmış müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilmiş əmlakı xx.xx.2025-ci il tarixdə təhvil verilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 3/5 saylı evin, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 1 saylı mənzili cavabdehə aylıq icarə haqqı 600 manat olmaqla, 5 il müddətinə icarəyə vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək müəyyən edilmiş, cavabdeh tərəfindən 2024-cü ilin noyabr, dekabr, 2025-ci ilin yanvar ayları üçün tam icarə haqqı ödənilməmiş, hazırki vaxtadək ödənişlər həyata keçirilməmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək müqavilənin 7-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixdən müqavilənin ləğv edilməsi və həmin tarixdə mənzilin təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin həmin xəbərdarlıq ərizəsində müqavilənin ləğv edilməsinin səbəbləri göstərilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərdən birinin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu bənddə və qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunaraq, xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m. yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin boşaldılaraq təhvil verilməsi xahiş olunsa da, cavabdeh bu öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır. Həmçinin 2024-cü ilin dekabr ayından bəri hər ay üçün 600 manat məbləğində olmaqla 3 aylıq kirayə haqqı da cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddiaçı onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən ödənilməmiş 3 aylıq kirayə haqqının, cəmi olaraq 1800 manat və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericilik icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin hüquqi əsaslarla müəyyən edir. Bu cür əsaslar icarəyə götürən şəxsin üzərinə götürdüyü öhdəliklərin icra etmədiyi və ya lazımi qaydada icra etməməsi ilə əlaqədar olur ki, belə halda icarəyə verən həmin qanunsuzluqların aradan qaldırılması haqqında ona xəbərdar edir və bunun üçün ağlabatan müddət təyin edir. Lakin qanunda elə hallar da mövcuddur ki, bir sıra pozuntuya görə icarəyə verən xəbərdarlıq müddəti gözləmədən icarə müqaviləsinin ləğv edə bilər. Belə hallardan biri icarədarın iki ardıcıl müddət üçün icarə haqqının gecikdirilməsidir (MM-nin 185-ci maddə). Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdeh tərəfindən onlayn ödəniş yolu ilə 2024cü ilin oktyabr və noyabr aylarında müxtəlif məbləğlərdə pul vəsaitinin ödənilməsini etiraf etsə də, həmin məbləğlərin əvvəlki aylar üzrə ödənilməyən icarə haqqı əvəzi olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, iddia ərizəsində ümumiyyətlə cavabdeh tərəfindən mübahisələndirilən aylar üzrə hər hansı ödənişlərin edilməməsi qeyd edilmiş, eyni zamanda müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair xəbərdarlıq məktubunda icarə haqqının ödənilməməsi səbəbi ilə müqavilənin ləğv ediləcəyi barədə məlumat qeyd edilməmişdir. Ona görə də məhkəmə iddiaçının həmin dəlillərini məntiqli hesab etmir. Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin əmlak icarəyə götürülən vaxt 7200 manat ilkin ödənişin edilməsi barədə dəlillərini də əsaslı hesab etmir. Belə ki, 600 manat icarə haqqı təşkil etdiyi halda ödənilən 7200 manat 1 ilin icarə haqqı təşkil etdiyi halda 2024-cü ilin oktyabr və noyabr aylarında cəmi 850 manat ödənişin edilməsini məhkəmə məntiqli hesab etmir. Lakin məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 2024-cü ilin noyabr-dekabr ayları üzrə natamam və 2025-ci ilin yanvar ayı üzrə isə ümumiyyətlə icarə haqqı tam ödənilmədiyindən və iddia tələbi həmin 3 ay üzrə cəmi 1800 manat icarə haqqının tutulması ilə bağlı olduğundan, həmin hissədə tələb qismən təmin edilməli, 2024-cü ilin noyabr-dekabr ayları üzrə 850 manat ödənişin edilib 350 manat kəsirin olmasını nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə ödənilməyən 3 ay üzrə cəmi 950 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 398.1-ci maddəsindən görünür ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Qeyd edilən Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin icarə müqavilənin ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, iddiaçı müqavilənin ləğvi əsası kimi icarə haqlarının ödənilməməsini qeyd etsə də, məhkəmə iclasında ödəniş edilməyən və iddiaçı tərəfindən istinad edilən aylar üzrə ödənişlərin həyata keçirilməsi mötəbər sübutlarla təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə müddəti bitmədən müqavilənin iddia ərizəsində göstərilən əsasla ləğv edilməli olmasına dair iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi icarə müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehin mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi üzrə hesab edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflər arasında bağlanılmış icarə müqaviləsinin ləğv edilməsinə dair iddiaçının dəlilləri əsassız olduğu üçün qəbul edilmədiyindən, icarə müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları məhkəmə tərəfindən müəyyən edilmədiyindən və müqavilənin ləğvi ilə bağlı iddia əsassız hesab edildiyindən, iddia tələbi cavabdehin mənzildən çıxarılaraq, həmin mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi hissəsində də əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə təmin edilmiş tələbə mütənasib olaraq dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilməmiş icarə haqqının əvəzi kimi 950 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-690/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-690/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver