Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-703/2025 12.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08.00 radələrində o, idarə etdiyi “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna qəsəbəsində Bakı şəhərinə istiqamətdə saatda 70-80 km/sürətlə hərəkət edirdi. Hava yağışlı olduğundan o, idarəetməni itirmiş və yol kənarında olan dəmir arakəsməyə, daha sonra isə arxada hərəkətdə olan “Jeep” markalı avtomobillə toqquşmuşdur. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40.673 manat dəymiş zərər, 300 manat vəkil pulu olmaqla ümumilikdə 40.973 manat pulun və 213 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş qüsur aktı və qiymətləndirmə hesabından görünür ki, iddiaçıya məxsus “X7” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 35.789 manat ehtiyat hissələrinin alınması və işçilik toplama 35.789 manat təşkil etmişdir. Bununla yanaşı yol nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş ziyana əsasən əmtəə dəyəri itkisi 9780 manat müəyyən olunmuşdur. Cavabdehin avtomobilini sığortaçı tərəfindən 4896 manat hissəsini sığorta şirkəti (icbari sığorta) qarşılanması işin mübahisəsiz halıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli 9/4499 saylı ekspert rəyi ilə iddiaçıya məxsus avtomobilə dəymiş ümumi zərər 33.200 manat olaraq qiymətləndirilmişdir. Tərəflərindən ekspertiza keçirilən zaman yol keçirilən prosessual pozuntuları əsas tutaraq təkrar ekspertizanın keçirilməsi üçün vəsatət qaldırılmışdır. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Rəhim Allahverdiyev tərəfindən işə baxılmış və yolnəqliyyat hadisə faktına dair toplanmış təhqiqat materiallarına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumatlar barəsində aparılan araşdırmalar nəticəsində əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Həmçinin iş materiallarından da göründüyü kimi cinayət işinin açılması üçün səbəb və əsas olmadığından təhqiqatçı polis mayoru Rəhim Allahverdiyev CPM-nin 86, 39.1.2, 212 maddələrini rəhbər tutaraq toplanmış materiallar üzrə cinayət işinin başlanmasını rədd etmişdir. İşin faktiki hallarına əsasən qeyd edir ki, X5 məhdudiyyətli görmə şəraitini yəni, yağışlı havanı və yol şəraitini nəzərə alaraq həmin yolda hərəkət etməli olduğu surətdən daha az sürətdə hərəkət etməli və avtomobillər arasındakı ara məsafəni və distansiyanı saxlamalı və hava şəraiti səbəbindən baş verə biləcək yol nəqliyyat hadisələrini qabaqcadan fikirləşməli, tədbirlər həyata keçirməli olduğu halda bunları etməmiş və “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunduğu kimi nəqliyyat hadisəsini gördüyü anda avtomobilini kənara çəkməmişdən əvvəl ilk növbədə surət həddini 0-a qədər endirməli və digər tədbirləri görməli idi. Hava şəraitindən dolayı yollarda sürət hədləri müvafiq icra hakimiyyəti orqan tərəfindən dəyişdirilir. Həmin gündə yağışlı hava olduğundan surət həddi avtomagistral yolda normal sürət həddindən aşağı salınmışdır və o, həmin gün 70-80 km surətlə hərəkət etdiyini bildirmişdir və bu da sürücünün sürət həddinə diqqət etməyərək və hava şəraitini nəzərə almayaraq yol hərəkəti qaydalarını pozduğu nəticəsinə gəlir. Sözügedən nəqliyyat hadisəsi nəticəsində “Nissan” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X7” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22.300 manat dəyərində ziyan dəymişdir. Hal-hazırda eksprt rəyi məhkəməyə daxil olduqdan sonra və Xəzər rayon Prokurorluğunda mövcud olan sözügedən iş ilə bağlı materiallarla tanış olması nəticəsində təqsirin “X7” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 hesab edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 22.300 manat dəyərində ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Nissan Altima” markalı **-VZ-*** dövlət nömrə avtomobilinin sürücüsü İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü İddiaçı barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin X8 Şöbəsinə göndərilmişdir. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 vəsatəti təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair 2(003)-116/2025 saylı mülki iş üzrə icraat Xəzər rayon Məhkəməsinin icraatında olan 3(003)-75/2025 saylı inzibati iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-75/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadıın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olmadığından xx.xx.2024-cü il tarixdə İXP6188647 saylı elektron qaydada informasiya sisteminə ötürülməklə tərtib olunan protokol əsasında qəbul edilmiş müvafiq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmiş, Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP6188647 saylı protokol əsasında qəbul edilmiş həmin tarixli TP ******* saylı qərarından verilmiş şikayət ərizəsi əsasında toplanmış 3(003)-75/2025 saylı inzibati iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-703/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın tutulması tələbinə dair mülki işin icraatı Xəzər rayon Məhkəməsinin icraatında olan 3(003)-75/2025 saylı inzibati iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-75/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-116/2025 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı 28.210,53 manat miqdarında dəymiş zərər, 300 manat hüquqi yardım haqqı olmaqla, cəmi 28510,53 manat və ödənilmiş dövlət rüsumuna görə 175 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4499 saylı rəyinə əsasən “X7” markalı, 10GG975 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 33200 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, avtoservis qiymətləndirmə apararkən, yalnız yeni ehtiyat hissələrinin qiymətinə istinad etmişdir. Nəzərə almaq lazımdır ki, ziyan dəymiş avtomobil 2014-cü il buraxılışlı olmaqla xeyli müddətdə istifadə edildiyindən müvafiq olaraq aşınmaya və köhnəlməyə məruz qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılan qiymətləndirmə zamanı isə dəyişilməli hissələrin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığından daha mötəbər sübut kimi qəbul olunmalıdır. Bu halda dəymiş maddi ziyan 33200 manat qəbul edilməlidir. Həmin məbləğdən 4989,47 manat pul Cavabdeh sığorta şirkəti tərəfindən ödənilməsi nəzərə alınaraq tutulmalı məbləğ 28210,53 (33200-4989,47=28210,53) manat müəyyən edilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində iddiaçı idarə etdiyi “Nissan Altima” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında olan arakəsmələrə, daha sonra arxada hərəkətdə olan X4 idarə etdiyi “X7” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Nissan Altima” markalı **- VZ-*** dövlət nömrə avtomobilinin sürücüsü İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü İddiaçı barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin X8 Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-75/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Xəzər rayon DYPŞnin xx.xx.2024-cü il tarixli İXP6188647 saylı protokol əsasında qəbul edilmiş həmin tarixli TP ******* saylı qərarından verilmiş şikayət ərizəsi əsasında toplanmış 3(003)-75/2025 saylı inzibati iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)- 75/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)x-3458/2025 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İddiaçı müdafiəçisi Vəkil1 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e- 2(003)-116/2025 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 28.210,53 manat miqdarında dəymiş zərər, 300 manat hüquqi yardım haqqı olmaqla, cəmi 28510,53 manat və ödənilmiş dövlət rüsumuna görə 175 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08.00 radələrində o, idarə etdiyi “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna qəsəbəsində Bakı şəhərinə istiqamətdə saatda 70-80 km/sürətlə hərəkət edirdi. Hava yağışlı olduğundan o, idarəetməni itirmiş və yol kənarında olan dəmir arakəsməyə, daha sonra isə arxada hərəkətdə olan “Jeep” markalı avtomobillə toqquşmuşdur. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40.673 manat dəymiş zərər, 300 manat vəkil pulu olmaqla ümumilikdə 40.973 manat pulun və 213 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş qüsur aktı və qiymətləndirmə hesabından görünür ki, iddiaçıya məxsus “X7” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 35.789 manat ehtiyat hissələrinin alınması və işçilik toplama 35.789 manat təşkil etmişdir. Bununla yanaşı yol nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş ziyana əsasən əmtəə dəyəri itkisi 9780 manat müəyyən olunmuşdur. Cavabdehin avtomobilini sığortaçı tərəfindən 4896 manat hissəsini sığorta şirkəti (icbari sığorta) qarşılanması işin mübahisəsiz halıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli 9/4499 saylı ekspert rəyi ilə iddiaçıya məxsus avtomobilə dəymiş ümumi zərər 33.200 manat olaraq qiymətləndirilmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Rəhim Allahverdiyev tərəfindən işə baxılmış və yol-nəqliyyat hadisə faktına dair toplanmış təhqiqat materiallarına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumatlar barəsində aparılan araşdırmalar nəticəsində əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Həmçinin iş materiallarından da göründüyü kimi cinayət işinin açılması üçün səbəb və əsas olmadığından təhqiqatçı polis mayoru Rəhim Allahverdiyev CPM-nin 86, 39.1.2, 212 maddələrini rəhbər tutaraq toplanmış materiallar üzrə cinayət işinin başlanmasını rədd etmişdir. X5 məhdudiyyətli görmə şəraitini yəni, yağışlı havanı və yol şəraitini nəzərə alaraq həmin yolda hərəkət etməli olduğu surətdən daha az sürətdə hərəkət etməli və avtomobillər arasındakı ara məsafəni və distansiyanı saxlamalı və hava şəraiti səbəbindən baş verə biləcək yol nəqliyyat hadisələrini qabaqcadan fikirləşməli, tədbirlər həyata keçirməli olduğu halda bunları etməmiş və “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunduğu kimi nəqliyyat hadisəsini gördüyü anda avtomobilini kənara çəkməmişdən əvvəl ilk növbədə surət həddini 0-a qədər endirməli və digər tədbirləri görməli idi. Hava şəraitindən dolayı yollarda sürət hədləri müvafiq icra hakimiyyəti orqan tərəfindən dəyişdirilir. Həmin gündə yağışlı hava olduğundan surət həddi avtomagistral yolda normal sürət həddindən aşağı salınmışdır və o, həmin gün 70-80 km surətlə hərəkət etdiyini bildirmişdir və bu da sürücünün sürət həddinə diqqət etməyərək və hava şəraitini nəzərə almayaraq yol hərəkəti qaydalarını pozduğu nəticəsinə gəlir. Sözügedən nəqliyyat hadisəsi nəticəsində “Nissan” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X7” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22.300 manat dəyərində ziyan dəymişdir. Hal-hazırda ekspert rəyi məhkəməyə daxil olduqdan sonra və Xəzər rayon Prokurorluğunda mövcud olan sözügedən iş ilə bağlı materiallarla tanış olması nəticəsində təqsirin “X7” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 hesab edir. Bu səbəbdən iddiaçı Cavabdeh “Nissan” markalı, **- VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 22.300 manat dəyərində ziyanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından , 386.1-cı maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyyatsızlıq) və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki işin materialları ilə baş verən yol-nəqliyyat hadisəsində məhz İddiaçı təqsirli olması müəyyən edildiyindən, bununla da hadisənin baş verməsində təqsirli olmaması, bu səbəbdən onun avtomaşınına vurulmuş ziyanın cavabdehdən tutulmalı olmasına dair iddiaçının dəlillərini məhkəmə əsaslı hesab etmir. Başqa sözlə iş materialları ilə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində yetirilməsi təsdiq olunmur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğu üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 22.300 (iyirmi iki min üç yüz) manat dəyərində ziyanın tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-703/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-703/2025
12.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver