Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-717/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin – Cavabdeh qarşı “Kredit limiti müqaviləsinin ləğvi, əsas kredit borcunun, faiz borcunun və cərimənin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı ASC-nin – Cavabdeh qarşı “Kredit limiti müqaviləsinin ləğvi, əsas kredit borcunun, faiz borcunun və cərimənin ödənilməsi " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 19251***- *******02L saylı xx.xx.2021-ci il tarixli əsas ktredit limiti razılaşmasının ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7762.77 AZN əsas kredit borcu, 405.41 AZN kreditdən istifadəyə görə faiz borcu və 22.35 AZN cərimə olmaqla, cəmi 8190.53 AZN və iddianın verilməsi üçün ödənilmiş 101.91 AZN pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 19251***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2031-ci il tarixədək 50000.00 AZN məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2024-cü il tarixədək qaytarmaq və illik 19.00 % ödəmək şərti ilə aldığı 10000.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 25-dək ayda 366.65 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği a) əsas borc üzrə 7762.77 AZN; b) faizlər üzrə 405.41 AZN; c) cərimə borc üzrə 22.35 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib.Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı “Kredit limiti müqaviləsinin ləğvi, əsas kredit borcunun, faiz borcunun və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Həmin iddia ərizəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu 7762.77 AZN əsas kredit borcu, 405.41 AZN kreditdən istifadəyə görə faiz borcu və 22.35 AZN cərimə olmaqla, cəmi 8190.53 AZN və iddianın verilməsi üçün ödənilmiş 101.91 AZN dövlət rüsumu təşkil edir. Hal-hazırda xx.xx.2023-cü il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi edilən ödənişi, hesablanan faiz və cərimə borclarını nəzərə alsaq, 7762.77 AZN əsas kredit borcu, 245.94 AZN kreditdən istifadəyə görə faiz borcu və 6.87 AZN cərimə olmaqla, cəmi 8015.58 AZN və iddianın verilməsi üçün ödənilmiş 101.91 AZN dövlət rüsumu təşkil edir. MPM-nin 53-cü maddəsinə əsasən qətnamə çıxarılarkən yuxarıda göstərilən dəyişikliyin nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş, maddi imkanı zəif olduğunu, hər ay qismən də olsa ödəniş etdiyini bildirmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli, 19251***-*******02L nömrəli əsas kredit limiti razılaşmasından görünür ki, borcluya 120 ay müddətinə, illik 19.00 % faiz hesablanmaqla, istehlak məqsədli 50000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh Banka olan borcu ödəməyəcəyi təqdirdə müqavilənin ləğv ediləcəyi və məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 25 oktyabr 2021-ci il tarixli, 19251***- *******02L nömrəli əsas kredit limiti razılaşmasına əsasən 7762.77 manat əsas borc, 405.41 manat faiz borcu, 22.35 manat cərimə borcu, ümumilikdə 8190.53 manat məbləğində borcu vardır. Əsaslandırıcı hissə: İş materialları ilə müəyyən olunur ki, 19251***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2031-ci il tarixədək 50000.00 AZN məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2024-cü il tarixədək qaytarmaq və illik 19.00 % ödəmək şərti ilə aldığı 10000.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissəhissə (hər ayın 25-dək ayda 366.65 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Borclu Cavabdeh 25 oktyabr 2021ci il tarixli, 19251***-*******02L nömrəli əsas kredit limiti razılaşmasına əsasən 7762.77 (yeddi min yeddi yüz altmış iki manat yetmiş yeddi qəpik) manat əsas borc, 245.94 (iki yüz qırx beş manat doxsan dörd qəpik) manat faiz borcu, 6.87 (altı manat səksən yeddi qəpik) manat cərimə borcu, ümumilikdə 8015.58 (səkkiz min on beş manat, əlli səkkiz qəpik) manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Cavabdeh İddiaçı ASC ilə kredit limiti razılaşması bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh müştərək qaydada əsas və faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsasən, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış və iddiaçının cavabdehə bu barədə iradə ifadəsini bildirməklə ləğv edilmiş 19251***-*******02L saylı xx.xx.2021-ci il tarixli kredit limiti razılaşması üzrə olan 7762.77 (yeddi min yeddi yüz altmış iki manat yetmiş yeddi qəpik) manat əsas borc, 245.94 (iki yüz qırx beş manat doxsan dörd qəpik) manat faiz borcu, 6.87 (altı manat səksən yeddi qəpik) manat cərimə borcu, ümumilikdə 8015.58 (səkkiz min on beş manat, əlli səkkiz qəpik) manat borc və ödənilmiş 101.91 (bir yüz bir manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış və ləğv edilmiş 19251***-*******02L saylı xx.xx.2021-ci il tarixli kredit limiti razılaşması üzrə olan 7762.77 (yeddi min yeddi yüz altmış iki manat yetmiş yeddi qəpik) manat əsas borc, 245.94 (iki yüz qırx beş manat doxsan dörd qəpik) manat faiz borcu, 6.87 (altı manat səksən yeddi qəpik) manat cərimə borcu, ümumilikdə 8015.58 (səkkiz min on beş manat, əlli səkkiz qəpik) manat borc və ödənilmiş 101.91 (bir yüz bir manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova