Məhkəmə qərarları › İş №e-2(009)-741/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-741/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-741/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01 №-li Kredit Müqaviləsi üzrə kreditin əsas borcu üzrə 40129.97 manat məbləğində qalıq, ona hesablanmış 3210.24 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3599.20 manat məbləğində dəbbə pulu, cəmi 46939.41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 231 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150C-yə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 86000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 40129.97 manat məbləğində qalıq, ona hesablanmış 3210.24 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3599.20 manat məbləğində dəbbə pulu, cəmi 46939.41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 231 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması; tərəflər arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01 №-li Kredit Müqaviləsi üzrə 16 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 141749 manat məbləğində qalıq, ona hesablanmış 11339.52 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12473.91 manat məbləğində dəbbə pulu, cəmi 165562.43 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 456 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150A-ya yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 630 000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 141749 manat məbləğində qalıq, ona hesablanmış 11339.52 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12473.91 manat məbləğində dəbbə pulu, cəmi 165562.43 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 456 manat məbləğində pulun İddiaçı BOKT ASCyə ödənilməsi ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 40 900 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150C-ni (DƏDR-dən çıxarış № **********40-10301, qeydiyyat № **********, tarix 22.08.2017) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 27.10.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (DƏDR-dən çıxarış, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri “X1” MMC tərəfindən 86000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 142800 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150A-nı (DƏDR-dən çıxarış reyestr № **********49-10301, qeydiyyat № **********, tarix 13.11.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 26.10.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (DƏDR-dən çıxarış, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri “X1” MMC tərəfindən 630000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01 №-li Kredit Müqaviləsi üzrə 16 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 40129.97 manat məbləğində qalıq, ona hesablanmış 3210.24 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3599.20 manat məbləğində dəbbə pulu, cəmi 46939.41 manat məbləğində borc yaranmışdır. 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01 №-li Kredit Müqaviləsi üzrə 16 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 141749 manabməbləğində qalıq, ona hesablanmış 11339.52 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12473.91 manat məbləğində dəbbə pulu, cəmi 165 562.43 manat məbləğində borc yaranmışdır. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 40 900 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01İP №-li Sonrakı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01 №-li Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150A bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 142 800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01İP №-li Sonrakı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01 №-li Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150C bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26.10.2021-ci il tarixli, **********49-10301 nömrəli çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 2290-cı məhəllə, 150A saylı fərdi yaşayış evi "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 01.02.2022-ci il tarixli, **********74 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 2290-cı məhəllə, 150A saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan 01.02.2022-ci il tarixli, **********75 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 2290-cı məhəllə, 150C saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan 17.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Bank olmayan kredit Təşkilatı ASC-nə 2021/00256-01 №-li Kredit Müqaviləsi üzrə 16.02.2022-ci il tarixə 40129,97 manat əsas borcu, 3 210,24 manat faiz borcu, 3 599,20 manat cərimə borcu, cəmi 46 939,41 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27.10.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 2290-cı məhəllə, 150C saylı fərdi yaşayış evi "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 17.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Bank olmayan kredit Təşkilatı ASC-ə 16.02.2022-ci il tarixə 2021/00257-01 №-li Kredit Müqaviləsi üzrə 141 749,00 manat əsas borcu, 11 339,52 manat faiz borcu, 12 473,91 manat cərimə borcu, cəmi 165 562,43 manat məbləğində kredit borcu vardır. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən iddiaçı cavabdehə qarşı iddia ərizəsində göstərilən borcunun ödənilməsi tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 40 900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150C-ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-cu il tarixli, 2021/00257-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 142 800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150A-nı ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu barədə 06 oktyabr 2021-cu il tarixli, 2021/00256-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin banka 20.10.2021-ci il tarixli 2021/00256-01 saylı istehlak kredit müqaviləsi üzrə 16.02.2022-ci il tarixə 40129,97 manat əsas borcu, 3 210,24 manat faiz borcu, 20.10.2021-ci il tarixli 2021/00257-01 saylı istehlak kredit müqaviləsi üzrə 16.02.2022-ci il tarixə 141 749,00 manat əsas borcu, 11 339,52 manat faiz borcu yaranmışdır ki, həmin borc ondan iddiaçının xeyrinə tutulmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, kredit müəyyən müddətə borc verilən pul vəsaitidir. Yəni kredit müqaviləsi müddətlidir və müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozulması hesab olunmalıdır. Çunki hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən, bu hərəkətin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. Müqavilədə müddət öz əksini Azərbaycan Respublikası MM-nin müddətlər haqqında müddəalarına (AR Mülki Məcəlləsinin 367.2, 367.3-cü mad.) uyğun olaraq tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdehdən 20.10.2021-ci il tarixli 2021/00256-01 saylı istehlak kredit müqaviləsi üzrə 3 599,20 manat və 20.10.2021-ci il tarixli 2021/00257-01 saylı istehlak kredit müqaviləsi üzrə 12,473,91 manat məbləğində cərimə məbləğlərinin tutulmasına gəldikdə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin 20.10.2021-ci il tarixli 2021/00256-01 saylı kredit müqaviləsi üzrə 2809 manat və 20.10.2021-ci il tarixli 2021/00257-01 saylı istehlak kredit müqaviləsi üzrə 9922 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınça icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 2290-cı məhəllə, 150 C və 150 A nömrəli fərdi yaşayış evlərinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin Cavabdeh 20.10.2021-ci il tarixli 2021/00256-01 saylı və 20.10.2021-ci il tarixli 2021/00257-01 saylı istehlak kredit müqavilələri üzrə “Finiko” BOKT Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması barədə tələbləri əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaları hissəsində əsassızıdr və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, bank iddiaçı kimi orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaları predmeti üzrə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltdilməsi aid ola bilər. Nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» Qanunda bankın cavabdehə və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaları predmeti ilə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06.10.2021-ci il tarixli, 2021/00256-01 №-li kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 06.10.2021-ci il tarixli, 2021/00256-01 №-li kredit müqaviləsi üzrə 40129,97 manat əsas, 3210,24 manat faiz, 2809 manat dəbbə borcu olmaqla, cəmi 46149,21 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 231 manat dövlət rüsumu "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, 150 «C» saylı evə yönəldilsin, həmin əmlakın likvid dəyəri 86000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına cəmi 46149,21 manat borc və 231 manat dövlət rüsumunun əvəzi ödənilməlidir. Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150 C hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalıdır. "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06.10.2021-ci il tarixli, 2021/00257-01 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 06.10.2021-ci il tarixli, 2021/00257-01 №-li kredit müqaviləsi üzrə 141749 manat əsas, 11339,52 manat faiz, 9922 manat dəbbə borcu olmaqla, cəmi 163010,52 manat borc və ödənilmiş 456 manat dövlət rüsumu İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150 A-ya yönəldilsin, həmin əmlakın likvid dəyəri 630.000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına cəmi 163010,52 manat borc və 456 manat dövlət rüsumunun əvəzi ödənilməlidir. Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150 A hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalı, qalan hissədə iddia təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 231 və 456 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehlərə aid edilməli. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06.10.2021-ci il tarixli, 2021/00256-01 №-li kredit müqaviləsi ləğv edilsin Cavabdeh 06.10.2021-ci il tarixli, 2021/00256-01 №-li kredit müqaviləsi üzrə 40129,97 manat əsas, 3210,24 manat faiz, 2809 manat dəbbə borcu olmaqla, cəmi 46149,21 (qırx altı min yüz qırx doqquz manat iyirmi bir qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 231 (iki yüz otuz bir) manat dövlət rüsumu "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, 150 «C» saylı evə yönəldilsin, həmin əmlakın likvid dəyəri 86000 (səksən altı min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına cəmi 46149,21 manat borc və 231 manat dövlət rüsumunun əvəzi ödənilsin. Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150 C hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06.10.2021-ci il tarixli, 2021/00257-01 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 06.10.2021-ci il tarixli, 2021/00257-01 №-li kredit müqaviləsi üzrə 141749 manat əsas, 11339,52 manat faiz, 9922 manat dəbbə borcu olmaqla, cəmi 163010,52 (yüz altmış üç min on manat əlli iki qəpik) manat borc və ödənilmiş 456 (dördyüz əlli altı) manat dövlət rüsumu İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150 A-ya yönəldilsin, həmin əmlakın likvid dəyəri 630.000 (altı yüz otuz min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına cəmi 163010,52 manat borc və 456 manat dövlət rüsumunun əvəzi ödənilsin. Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə, ev 150 A hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. Qalan huissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar