Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-759/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC 06.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 14.02.2022-ci il tarixinə yaranmış borcu 734.5 manat əsas, 110.1 manat cərimə, cəmi 855.6 manat, 13.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 439.7 manat əsas, 65.9 manat cərimə, cəmi 505.6 manat, ümumilikdə 1350.2 manat borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 33.55 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, cavabdeh həmin məktubu 09.03.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 06.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Apple” markalı elektron qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 84 manat olmaqla cəmi 1500.59 manat, 13.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “İphone 7” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə 56 manat olmaqla cəmi 990.7 manat, ümumilikdə iki müqavilə üzrə 2491.29 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 06.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə sonuncu dəfə 10.11.2021-ci il tarixdə 94 manat, 13.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 10.11.2021-ci il tarixdə 56 manat ödəniş etmiş və hər iki müqavilə üzrə qalıq qalmış 1174.2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqavəsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytardığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1760 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1760 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i, yəni 176 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 14.02.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu 06.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 735.5 manat əsas, 110.1 manat cərimə, cəmi 844.6 manat, 13.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 439.7 manat əsas, 65.9 manat cərimə, cəmi 505.6 manat, hər iki müqavilə üzrə olan borcu 1174.2 manat əsas, 176 manat cərimə olmaqla, cəmi 1350.2 manat təşkil etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Cavabdeh "xxxx" MMC ilə 06.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Apple” markalı elektron qol saatı, 13.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “İphone 7” markalı mobil telefon almış və nəticədə 2491.29 manat borc yaranmışdır. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh 06.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cəmi 734.5 manat əsas borc, 1101 manat cərimə borcu, cəmi 1835.5 manat, 13.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 439.7 manat əsas borc, 659 manat cərimə borcu, cəmi 1098.7 manat təşkil edir. İş materiallarında olan 06.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğində cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanması və Alıcı tərəfindən satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan 13.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğində cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanması və Alıcı tərəfindən satıcıya ödənilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən olunur ki, 06.09.2020-ci il tarixli və 13.09.2020-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1760 manat təşkil etdiyi halda, iddiaçı iddia ərizəsində humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-ni güzəşt edərək cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i, yəni 176 manat "xxxx" MMC-yə ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 06.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Apple” markalı elektron qol saatı üçün 734.5 manat ödənilməmiş hissə, 110.1 manat miqdarında cərimə; 13.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “İphone 7” markalı mobil telefon üçün 439.7 manat ödənilməmiş hissə, 65.9 manat miqdarında cərimə borcu yaranmışdır, ümumilikdə 1350.2 manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 33.55 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 06.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Apple” markalı elektron qol saatı üçün 734.5 (yeddi yüz otuz dörd manat əlli qəpik) manat ödənilməmiş hissə, 110.1 (yüz on manat on qəpik) manat miqdarında cərimə; 13.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “İphone 7” markalı mobil telefon üçün 439.7 (dörd yüz otuz doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 65.9 (altmış beş manat doxsan qəpik) manat miqdarında cərimə borcu, ümumilikdə 1350.2 (bir min üç yüz əlli manat iyirmi qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 33.55 (otuz üç manat əlli beş qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-759/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-759/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver