Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-759/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə borcalan X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 102804-111761/11 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 15,5% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 102804-111761/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 102892-PC********** nömrəli istehlak kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 500 manat məbləğində kredit xətti ayrılmışdır. X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X4 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X5 dair Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı şəhəri 28 saylı notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X4 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh “Changan Eado” markalı 99BY284 dövlət nömrə nişanlı qeydiyyat vasitəsindən tam hissəyə pay almışdır. Bundan sonra X4 vərəsəsi olaraq kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. Bundan sonra X4 vərəsəsi olaraq kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. xx.xx.2024-cü il tarixə cavabdehin xx.xx.2022-ci il tarixli, 102804- 111761/11 nömrəli kredit müqaviləsi üzrə 5.883,36 manat məbləğində əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 5.883,36 manat məbləğində kredit borcu yaranmışdır. xx.xx.2024-cü il tarixə cavabdehin xx.xx.2020-ci il tarixli, 102804-111761/10 nömrəli kredit müqaviləsi üzrə 1.427,92 manat məbləğində əsas borc və 2,62 manat faiz borcu olmaqla, cəmi 1.430,54 manat məbləğində kredit borcu yaranmışdır. xx.xx.2024-cü il tarixə cavabdehin xx.xx.2020-ci il tarixli, 102892- PC********** kredit xətti müqaviləsi üzrə 228,12 manat məbləğində əsasə borc və 0 manat cərimə borcu olmaqla, cəmi 228,12 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqavilələrinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xxidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəllərində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Qanunvericiliyə əsasən vərəsə borcununkreditoorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə tam ödəməyə borcludur. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı X2 xx.xx.2022-ci il tarixli, 102804-111761/11 nömrəli kredit müqaviləsi üzrə 5.883,36 manat məbləğində əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 5.883,36 manat borcun, xx.xx.2020-ci il tarixli, 102804-111761/10 nömrəli kredit müqaviləsi üzrə 1.427,92 manat məbləğində əsas borc və 2,62 manat faiz borcu olmaqla, cəmi 1.430,54 manat borcu, xx.xx.2020-ci il tarixli, 102892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 228,12 manat məbləğində əsas borc və 0 manat cərimə borcu olmaqla, cəmi 228,12 manat borcun, hər 3 müqavilə üzrə ümumilikdə 7.542,02 manat borcun və 95,42 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, iddia tələbinin tam təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, mərhum həyat yoldaşı Nizami İsayev İddiaçı ASC-dən krediti qızlarının ailə həyatı qurmaq məqsədi ilə toy üçün götürmüşdür. Bankdan əlavə Nizami başqa şəxslərdən də borc almışdır. Nizami bədbəxt hadisə nəticəsində vəfat etmiş, onun adına olan avtomaşını vərəsəlik qaydasında adına keçirmiş, sonra həmin avtomaşını sataraq satış pulunu Nizaminin borc götürdüyü şəxslərə vermişdir. Nizaminin banka olan borcunu ödəməyə onun hazırda maddi imkanı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Bank» qismində kredit təşkilatı olan İddiaçı ASC ilə «Borc alan» qismində X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 102892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən bank şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC ilə hüquqi varis olduğu X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 102892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən ona kredit xətti ayrılmışdır. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hal-hazırda N.X1 vərəsəsi kimi çıxış edir. X4 vəfat etməsi səbəbindən onun kredit üzrə borcu ödənilməmişdir. Odur ki, borclu olduğu 228,12 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 228,12 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməsini tələb edirlər. Bununla əlaqədar 228,12 manat borc ödənilmədiyi təqdirdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Cavabdeh məhkəmə vasitəsi ilə tələb ediləcək. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 102892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 0 faiz dərəcəsilə, 30 ay müddətinə kredit xətti ayrılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixə borcalanın banka 228,12 manat əsas borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 228,12 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 412 gün təşkil edir. İş üzrə «Bank» qismində kredit təşkilatı olan İddiaçı ASC ilə «Borc alan» qismində X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 102804-111761/10 saylı kredit müqaviləsinə əsasən bank şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik faiz dərəcəsi 16,5% olmaqla 10.000 manat məbləğində kredit vermiş, borcalan isə kreditin vaxtında, tamamilə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC ilə hüquqi varis olduğu X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 102804-111761/10 nömrəli kredit müqaviləsinə əsasən 10.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hal-hazırda N.X1 vərəsəsi kimi çıxış edir. X4 vəfat etməsi səbəbindən onun kredit üzrə borcu ödənilməmişdir. Odur ki, borclu olduğu 1427,92 manat əsas borc və 2,62 manat faiz borcu olmaqla, cəmi 1430,54 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməsini tələb edirlər. Bununla əlaqədar 1430,54 manat borc ödənilmədiyi təqdirdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Cavabdeh məhkəmə vasitəsi ilə tələb ediləcək. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 102804-111761/10 nömrəli kredit müqaviləsinə əsasən illik 16,5% dərəcəsilə, 36 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixə borcalanın banka 1427,92 manat əsas borcu, 2,62 manat faiz borcu olmaqla, cəmi 1430,54 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 402 gün təşkil edir. İş üzrə «Bank» qismində kredit təşkilatı olan İddiaçı ASC ilə «Borc alan» qismində X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 102804-111761/11 saylı kredit müqaviləsinə əsasən bank şəxsi istehlak məqsədi üçün 24 ay müddətinə, illik faiz dərəcəsi 15,5% olmaqla 10.000 manat məbləğində kredit vermiş, borcalan isə kreditin vaxtında, tamamilə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC ilə hüquqi varis olduğu X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 102804-111761/11 nömrəli kredit müqaviləsinə əsasən 10.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hal-hazırda N.X1 vərəsəsi kimi çıxış edir. X4 vəfat etməsi səbəbindən onun kredit üzrə borcu ödənilməmişdir. Odur ki, borclu olduğu 5883,36 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 5883,36 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməsini tələb edirlər. Bununla əlaqədar 5883,36 manat borc ödənilmədiyi təqdirdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Cavabdeh məhkəmə vasitəsi ilə tələb ediləcək. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 102804-111761/11 nömrəli kredit müqaviləsinə əsasən illik 15,5% dərəcəsilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixə borcalanın banka 5883,36 manat əsas borcu, 0 manat faiz borcu olmaqla, cəmi 5883,36 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 410 gün təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixdə kredit xətti müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə N.İsayevə 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə bank N.İsayevə 36 ay müddətinə, illik 16,5% dərəcəsi qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə bank N.İsayevə 24 ay müddətinə, illik 15,5% dərəcəsi qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş 228,12 manat əsas borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1427,92 manat əsas borcu, 2,62 manat faiz borcu olmaqla, cəmi 1430,54 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5883,36 manat əsas borc öhdəliyi qalmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, kredit müqavilələri üzrə borclu Nizami İsayev xx.xx.2022-ci ildə vəfat etmişdir. X4 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X5 dair Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı şəhəri 28 saylı notariat ofisinə verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, X4 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh “Changan Eado” markalı 99BY284 dövlət nömrə nişanlı avtomaşına dair tam hissədə pay almışdır. Bundan sonra Nizami İsayevin vərəsəsi olaraq kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. İddiaçı hesab edir ki, Cavabdeh borclunun vərəsəsi kimi ondan miras qalmış əmlakı qəbul etdiyi üçün, kredit müqavilələri üzrə öhdəliklər də onun tərəfindən icra olunmalıdır. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdehdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyana məxsus olan 2013-cü ildə buraxılış, 99BY284 qeydiyyat nişanlı “Changan Eado” markalı avtomobildən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146 ,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh kredit alan və mərhum X4 vərəsəsi kimi miras əmlakı qəbul etməyə öz iradəsini şəksiz nümayiş etdiyi üçün, bu hal onun Nizami İsayevin öhdəliklərinin də qəbul edilməsini göstərir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə borclunun öhdəliklərinə görə cavabdehlik daşıyan şəxsdir və iddiaçı hazırki tələblə Cavabdeh qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Beləliklə cavabdeh İsayeva İradə Rəvandar qızının kredit müqavilələri üzrə borclu olan X4 öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcu cavabdehdən tələb etməkdə tam haqlı olduğu üçün, irəli sürülmüş iddia tələbləri əsaslı hesab ediməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95,42 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, 102892-PC********** saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 228,12 manat əsas borcu, xx.xx.2020-ci il tarixli, 102804-111761/10 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 1427,92 manat əsas borcu, 2,62 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, 102804-111761/11 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 5883,36 manat əsas borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95,42 manat, cəmi 7637,44 (yeddi min altı yüz otuz yeddi manat, qırx dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-759/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-759/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver