Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-763/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh tərəfindən idarə olunan ** HM *** dövlət qeydiyyat nişanlı BMW 530 markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** MX *** dövlət qeydiyyat nişanlı Mitsubishi Outlander markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** MX *** dövlət qeydiyyat nişanlı Mitsubishi Outlander markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** MX *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1180,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 1180,00 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkəti tərəfindən sığortalandığından 838,07 manat məbləğində sığorta ödənişinin ödənildiyini nəzərə alaraq, xx.xx.2022-ci il tarixində 341,93 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində qalıq məbləğ 341,93 manat məbləğində vəsaitin 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş fiziki şəxslərə təqdim edilən avtomobild nəqliyyatı vasitələrinin İ-MİC-3177/22 saylı tam sığorta şəhadətnaməsinin surətinə əsasən Yusifov Nihad Şahin oğluna məxsus «Mitsubishi Outlander» markalı ** MX *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmış, sığorta məbləği 20.000 manat, sığorta haqqı 738 manat, şərtsiz azad olma məbləği 100 manat müəyyən edilmişdir. İş üzrə İ-MİC-3177/22 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamənin ayrılmaz hissəsi sayılan 2 saylı Əlavəsinə əsasən "xxxx" ASC tərəfindən keçirilən “Yaya Kaskolu avtomobil ilə başla!” kampaniyası çərçivəsində 738 manat sığorta haqqı ilə İ-MİC-3177/22 nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta haqqına ikinci ödənişdən etibarən 100 manat endirim edilərək ümumi sığorta haqqı 638 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə Bakı şəhəri Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 161798 nömrəli hesabatına əsasən “Mitsubishi Outlander” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri, ehtiyyat hissələrinin dəyişdirilməsi və zəhmət haqqı üçün 1180 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, CM-3269/2022 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Yusifov Nihad Şahin oğluna məxsus “Mitsubishi Outlander” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşına 1180 manat məbləğində ziyan dəymiş və bununla bağlı 1180 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən CM-3269/2022 nömrəli sığorta aktına əsasən 1180 manat məbləğində pul vəsaitini Yusifov Nihad Şahin oğluna sığorta ödənişini ödənilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən "xxxx" şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış 10HM530 dövlət qeydiyyat nişanlı “BMW 530” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsinin tam sığortası” növü üzrə sığortalanmış 90MX046 dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 1180 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq yaranan subroqasiya tələbi hüququna əsasən 1180 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına köçürülməsinə göstəriş verilməsini xahiş edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ** HM *** dövlət qeydiyyat nişanlı “BMW 530” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** MX *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 1180 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. Cavabdeh mülki məsuliyyəti "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 838,07 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 341,93 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yusifov Nihad Şahid oğluna məxsus olan “Mitsubishi Outlander” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC-də sığortalanmışdır. Sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığortalı “Mitsubishi Outlander” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi və "xxxx" şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “BMW” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən baş vermiş yol-nəqilyyat hadisəsi zamanı ziyan yetirilmiş və tərtib edilmiş ziyan aktına əsasən həmin ziyan məbləği 1180 manat məbləğində müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı sığorta təşkilatı tərəfindən “Mitsubishi Outlander” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Yusifov Nihad Şahin oğluna 1180 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli blinərək 40 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 1180 manat məbləğində ziyan təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkəti tərəfindən sığortalandığından 838,07 manat məbləğində sığorta ödənişi "xxxx" Şirkəti tərəfindən ödənilmişdir. Qalan 341,93 manat məbləğində pulun təqsirli Cavabdeh tərəfindən ödənilməmişdir.Bu səbəbdən iddiaçı Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində qalıq məbləğ 341,93 manat məbləğində vəsaitin 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçı ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarla təsdiq edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsi isə sığortaçının subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilməyini nəzərdə tutur. AR Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Beləliklə məhkəmə hesab edir ki, vurulmuş ziyan (1180 manat) iddiaçı təşkilat tərəfindən sığortalıya ödənildiyindən, həmçinin təqsirli tərəfin icbari sığorta şirkəti tərəfindən vurulmuş ziyanın 838,07 manat məbləğində hissəsi sığorta ödənişi kimi ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanın ödənilməmiş hissəsinə dair subroqasiya qaydasında tələb etmək hüququ yarandığından və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 341,93 manat məbləğində sığorta ödənişinin əvəzi tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 341,93 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 372,33 (üç yüz yetmiş iki manat, otuz üç qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-763/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-763/2024
18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver