Məhkəmə qərarları › İş №e-2(009)-776/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-776/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-776/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTKR 1227046B299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 25% faiz dərəcəsi ilə 6535 manat verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6970256A299 saylı kredit müqaviləsinə əsasən illik 25% faiz dərəcəsi ilə 2000 manat onun kartına mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2023-cü il tarixli GTKR1227046B299 saylı kredit müqaviləsinə əsasən 6008,55 manat əsas, 637,45 manat faiz, cəmi 6646 manat borcu, xx.xx.2022-ci il tarixli BRCB6970256A299 saylı kredit müqaviləsinə əsasən 1762,08 manat, 397,53 manat faiz, cəmi 2159,61 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə sifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli GTKR1227046B299 saylı kredit müqaviləsinə əsasən 6008,55 manat əsas, 637,45 manat faiz, cəmi 6646 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli BRCB6970256A299 saylı kredit müqaviləsinə əsasən 1762,08 manat əsas, 397,53 manat faiz, cəmi 2159,61 manat borcun və ödənilmiş 108,06 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin tam təmin edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6970256A299 saylı birbank cashback kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixədək, illik faiz dərəcəsi 25% ödənilməsi şərti ilə 2000 manat məbləğində kredit cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTKR1227046B299 kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 35 ay müddətinə, illik 25%-lə 6535 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh Alllahverdi oğluna ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə 2000 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 1762,08 manat, faiz borc məbləği 397,53 manat olmaqla, 2159,61 manat məbləğində ümumi borcu, gecikmə günü 130 gün olmqla 695,53 manat məbləğində gecikmə yaramışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 35 ay müddətinə, illik 25 faiz hesablanmaqla, 6535 manat məbləğində Gündəlik tələbat krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 6008,55 manat, faiz borc məbləği 637,45 manat olmaqla, 6646 manat məbləğində ümumi borcu, gecikmə günü 130 gün olmaqla 1350,76 manat məbləğində gecikmə yaranmışdır. Cavabdeh qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borccları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq 8805,61 manat tam borc məbləğinin ödənilməsini 3 təqvim günü ərzində təmin edilməsini tələb olunur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəkdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTKR1227046B299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay, illik 25% dərəcəsi ilə 6535 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6970256A299 saylı kredit müqaviləsinə əsasən ona illik 25% dərəcəsi ilə 2000 manat onun kartına mədaxil edilmişdir. Cavabdeh Alllahverdi oğlunun xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli GTKR1227046B299 saylı kredit müqaviləsinə əsasən 6008,55 manat əsas, 637,45 manat faiz, cəmi 6646 manat borcu, xx.xx.2022-ci il tarixli BRCB6970256A299 saylı kredit müqaviləsinə əsasən 1762,08 manat əsas, 397,53 manat faiz, cəmi 2159,61 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müvafiq müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimildən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 3.2ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixədək, illik faiz dərəcəsi 25% ödənilməsi şərti ilə 2000 manat məbləğində kredit cavabdehin kartına mədaxil edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 35 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilməsi şərti ilə 6535 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1762,08 manat əsas, 397,53 manat faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6008,55 manat əsas, 637,45 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqavilələri üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1762,08 manat əsas, 397,53 manat faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6008,55 manat əsas, 637,45 manat faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 108,06 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BRCB6970256A299 saylı birbank cashback kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 1762,08 manat əsas borc, 397,53 manat faiz borcu, xx.xx.2023-cü il tarixli GTKR1227046B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 6008,55 manat əsas borc, 637,45 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 108,06 manat, cəmi 8913,67 (səkkiz min doqquz yüz on üç manat, altmış yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar