Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-801/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********17 nömrəli, 05.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7320.68 (yeddi min üç yüz iyirmi manat altmış səkkiz qəpik) manat əsas borc və 1256.74 (min iki yüz əlli altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8577.42 (səkkiz min beş yüz yetmiş yeddi manat qırx iki qəpik) manat borcun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 105.77 (yüz beş manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********17 nömrəli, 05.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faizlə 48 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən BPM**********17 nömrəli 05.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 14.02.2022-ci il tarixinə cavabdehin 7320.68 (yeddi min üç yüz iyirmi manat altmış səkkiz qəpik) manat əsas borc və 1256.74 (min iki yüz əlli altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8577.42 (səkkiz min beş yüz yetmiş yeddi manat qırx iki qəpik) manat məbləğində borcu mövcuddur. Eyni zamanda Bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 105.77 (yüz beş manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 31.01.2022ci il tarixində 22-1288/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək "xxxx" ASC-yə borcunun olduğunu etiraf etmiş, faiz borcunun silinməsini, qalan borc məbləğini isə ayda 150 manat olmaqla hissə-hissə ödəniş etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********17 nömrəli, 05.11.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Bank borcluya 48 ay müddətinə, illik 20 faiz hesablanmaqla 10.000 (on min) manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BPM**********17 nömrəli, 05.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən banka 7320.68 (yeddi min üç yüz iyirmi manat altmış səkkiz qəpik) manat əsas borc və 1256.74 (min iki yüz əlli altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8577.42 (səkkiz min beş yüz yetmiş yeddi manat qırx iki qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 28.01.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin yerinə yetirilməsi xahiş olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********17 nömrəli, 05.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank borcluya 48 ay müddətinə, illik 20 faiz hesablanmaqla 10.000 (on min) manat məbləğində kredit vermiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə 14.02.2022-ci il tarixinə Cavabdeh BPM**********17 nömrəli, 05.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən banka 7320.68 (yeddi min üç yüz iyirmi manat altmış səkkiz qəpik) manat əsas borc və 1256.74 (min iki yüz əlli altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8577.42 (səkkiz min beş yüz yetmiş yeddi manat qırx iki qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM- 739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında kredit müqaviləsi ləğv edilməklə Cavabdeh 7320.68 (yeddi min üç yüz iyirmi manat altmış səkkiz qəpik) manat əsas borc və 1256.74 (min iki yüz əlli altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8577.42 (səkkiz min beş yüz yetmiş yeddi manat qırx iki qəpik) manat məbləğində borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 105.77 (yüz beş manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********17 nömrəli, 05.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 7320.68 (yeddi min üç yüz iyirmi manat altmış səkkiz qəpik) manat əsas borc və 1256.74 (bir min iki yüz əlli altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8577.42 (səkkiz min beş yüz yetmiş yeddi manat qırx iki qəpik) manat məbləğində borc və ödənilmiş 105.77 (bir yüz beş manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********17 nömrəli, 05.11.2019cu il tarixli kredit müqaviləsi üzrə 14.02.2022-ci il tarixinə hesablanmış 7320.68 (yeddi min üç yüz iyirmi manat altmış səkkiz qəpik) manat əsas borc və 1256.74 (bir min iki yüz əlli altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8577.42 (səkkiz min beş yüz yetmiş yeddi manat qırx iki qəpik) manat məbləğində borc və ödənilmiş 105.77 (bir yüz beş manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-801/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-801/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver