Məhkəmə qərarları › İş №e-2(009)-809/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-809/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-809/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4, cavabdehin nümayəndə və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3rşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 vərəsəsi X4 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********13 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 2308.95 manat əsas borcun, BPM********** nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 5834.19 manat əsas borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102.42 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı tutulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X10 arasında xx.xx.2020-ci il tarixli BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi və xx.xx.2020-ci il tarixli BPM**********13 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli ’№**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən X8 illik 18 %-lə, 48 ay müddətinə 6800 manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli VP№**********13 nömrəli kredit müqaviləsi əsasən X8 illik %-lə, 48 ay müddətinə 2700 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 139759 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2200 nömrəli məktubdan görünür ki, X7 mirası qəbul etmiş vərəsəsi Cavabdeh 3 saylı Bakı “ASAN Xidmət" mərkəzində Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində 2V-581 reyestr nömrəli və xx.xx.2021-ci ärixində 2V-716 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X7 xx.xx.2024-cü ilədək VP№**********13 nömrəli kredit müqaviləsi üzrə Banka ödənilməmiş 2308.95 manat əsas borcu qaİmişdir, Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X7 xx.xx.2024-cü ilədək BPM**********20 nömrəli kredit müqaviləsi üzrə Banka ödənilməmiş 5834.19 manat əsas borcu qalmişdir. Cavabdehin mərhum X2mış mirası qəbul etmələrinə baxmayaraq, ona çatan miras payı həçmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-1477/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 iddia tələbini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat vemiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək, məhkəməyə ərizə təqdim edərək məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməklə iddiadan imtina barərə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Səbail filialı ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli VP№**********13 nömrəli kredit müqaviləsi əsasən X8 illik 18%-lə, 48 ay müddətinə 2700 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X10 arasında xx.xx.2020-ci il tarixli BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən X8 illik 18%-lə, 48 ay müddətinə 6800 manat kredit verilmişdir. İş materiallarında olan AZE seriyalı 16340129 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1959-cu ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 139759 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020 ilin 12 ayının 04 günündə 549 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən "xxxx" ASC-nin Problemli kreditlərlə iş Departamentinin direktoru Nümayəndə2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2200 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X7 vərəsəsinə - X9 3 saylı Bakı Asan xidmət mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixli, 2V/581 və xx.xx.2021-ci il tarixli 2V/716 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X7 vərəsəsi X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə X5 xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X7 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli, BPM **********13 saylı kredit müqaviləsi üzrə 2308,95 (iki min üz yüz səkkiz manat doxsan beş qəpik) manat əsas borc, xx.xx.2020-ci il tarixli BPM**********20 saylı kredit müqaviləsi üzrə 5834,19 (beş min səkkiz yüz otuz dörd manat on doqquz qəpik) manat əsas borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəlləsinin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC ilə X10 arasında xx.xx.2020-ci il tarixli BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi və xx.xx.2020-ci il tarixli BPM**********13 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli ’№**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən X8 illik 18 %-lə, 48 ay müddətinə 6800 manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli VP№**********13 nömrəli kredit müqaviləsi əsasən X8 illik %-lə, 48 ay müddətinə 2700 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 139759 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2200 nömrəli məktubdan görünür ki, X7 mirası qəbul etmiş vərəsəsi Cavabdeh 3 saylı Bakı “ASAN Xidmət" mərkəzində Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində 2V-581 reyestr nömrəli və xx.xx.2021-ci ärixində 2V-716 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X7 xx.xx.2024-cü ilədək VP№**********13 nömrəli kredit müqaviləsi üzrə Banka ödənilməmiş 2308.95 manat əsas borcu qaİmişdir, Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X7 xx.xx.2024-cü ilədək BPM**********20 nömrəli kredit müqaviləsi üzrə Banka ödənilməmiş 5834.19 manat əsas borcu qalmişdir. İddia tələbinə iddia müddəti tətbiq edilməsi barədə cavabdehin ərizəsi ilə bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Cavabdeh X9ı vərəsə kimi müəyyən olunmasına baxmayaraq, iddiaçı "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçının göstərilən məbləğdə borcun borcalan X7 vərəsəsi X4 tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 108,18 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM **********13 saylı kredit müqaviləsi üzrə 2308,95 (iki min üz yüz səkkiz manat doxsan beş qəpik) manat əsas borc, xx.xx.2020-ci il tarixli BPM**********20 saylı kredit müqaviləsi üzrə 5834,19 (beş min səkkiz yüz otuz dörd manat on doqquz qəpik) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102,42 (yüz iki manat qırx iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar