Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-82/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə məxsus olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 8116.89 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 101.17 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dan müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Tələbini onunla əsaslandırmışdır ki, 16 yanvar 2023-cü il tarixdə saat 11:40 radələrində Cavabdeh2 idarə etdiyi, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus və etibarnamə əsasında Cavabdeh1 etibar edilmiş “Kia Optima” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu ərazisində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə maddi ziyan vurmuşdur. Qeyd edilən hadisə ilə bağlı sürücü barəsində YP ******* saylı X8 Haqqında Qərar qəbul edilmişdir. İddiaçı MMC Servis Mərkəzi tərəfindən tərtib olunmuş “Qüsr Aktı”na əsasən “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13116.89 manat məbəğində maddi ziyan dəymişdir. “Kia Optima” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalayan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-nə dəymiş ziyana görə 5000 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsait “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Buna görə də qeyd olunan avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün 8116.89 manat məbləğində pulu vəsaiti İddiaçı MMC-yə ödənilməlidir. Buna görə də hesab edirik ki, İddiaçı MMC-yə məxsus olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün 8116.89 manat pulu və iddia qaldırılması üçün ödənilmiş 101.17 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək ekspert rəyi ilə razı olmadıqlarını, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsində qeyd edilmişdir ki, avtomobili Cavabdeh2 idarə etmişdir və X8 qərarıda ona tətbiq edilmişdir. Başqasının vurduğu ziyana görə onun cavabdehlik daşımağı qanunsuzdur. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsində qeyd edilmişdir ki, avtomobili Cavabdeh2 idarə etmişdir və X8 qərarıda ona tətbiq edilmişdir. Başqasının vurduğu ziyana görə onun cavabdehlik daşımağı qanunsuzdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə BB 215827 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, 2022-ci il buraxılışlı ağ rəngli BAN NVAW01HHFNE440491 “Khazar SD” minik markalı avtomobil İddiaçı MMC-yə məxsusdur. İş üzrə İddiaçı MMC-nin direktoru X4 ilə X5 arasında xx.xx.2022-ci tarixli, MAS-4899 saylı daxili lizing müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Khazar SD” minik markalı ağ rəngli BAN NVAW01HHFNE440491 avtomobil X2 istifadəsinə verilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 12:20-də Beyləqan rayonu ərazisində Cavabdeh2 idarə etdiyi “Kia-Optima” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində Azərmaş” MMC –yə məxsus “Khazar SD” minik markalı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan Cavabdeh2 məxsus BD 905271 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2022-xx.xx.2032-ci il tarixədək etibarlıdır. İş üzrə xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin qüsur aktından görünür ki, “Khazar SD minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 116.89 manat ziyan dəymişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə “Kia Optima” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalayan "xxxx" ASC tərəfindən Azərmaş” MMC-yə dəymiş ziyana görə 5000 manat məbləğində pul ödənilmişdir. İş üzrə TP ******* saylı xx.xx.2023-cü il tarixdə inzibati tenbeh vermə haqqında qərara əsasən, Kərimova X6 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat cərimə olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 9/7348 nömrəli rəyindən görünür ki, 2022-ci il buraxılışlı “Khazar SD minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 11191 manat müəyyən edilir. (ekspertizanın dəyəri-50 (əlli) manat təşkil edir) Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan sedan tipli, 2022-ci il buraxılışlı ağ rəngli BAN NVAW01HHFNE440491 “Khazar SD” minik markalı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən idarə etdiyi “Kia Optima” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən maddi ziyan vurulmuşdur. İddiaçı MMC tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 8116.89 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin ziyanın 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmiş və qalan ziyanın, eyni zamanda məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tərəfindən müəyyən olunmuş işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1115 və 1118-ci maddələri çıxış edir. Həmin normaların təhlilindən o nəticə hasil olur ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür; 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Yalnız bu üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər. İddiaçı vurulan zərərin əvəzinin ödənilməsini tələb etməsi üçün həmin şərtlər mövcuddur. İşin mübahisəli halı vurulmuş zərərin məbləği və zərərin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksəktəhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Hazırkı işdə Cavabdeh2 qanuni əsasla (sürücülük vəsiqəsi olmaqla) idarə etdiyi yüksək təhlükə mənbəyi olan “Kia Optima” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Khazar SD minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Belə olan halda, iddiaçının digər cavabdehlərə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı vurulmuş maddi ziyanın məbləğinin 13116.89 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 9/7348 nömrəli rəyindən görünür ki, 2022-ci il buraxılışlı “Khazar SD minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 11191 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmir-bərpa xərci təxminən 11191 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğin 5000 manatı "xxxx" ASC tərəfindən ödənildiyindən qalan məbləğ 6191 manat Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1% məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********** saylı qəbz üzrə iddiaçı tərəfindən 101.17 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 81.91 (səksən bir manat, doxsan bir qəpik) manatı Cavabdeh2 aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -50 (əlli) manatın 10 (on) manatı İddiaçı MMC-dən, 40 (qırx) manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə sağlamlığa vurulmuş zərərə görə 6191 (altı min yüz doxsan bir) manat və dövlət rüsumu olaraq 81.91 (səksən bir manat, doxsan bir qəpik) manat məbləğində pul tutulsun. Keçirilmiş keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -50 (əlli) manatın 10 (on) manatı İddiaçı MMC-dən, 40 (qırx) manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-82/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-82/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver