Məhkəmə qərarları › İş №e-2(009)-829/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-829/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-829/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı – Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icarə haqqı, peniya məbləği və digər xərclərin ödənilməsi, icarə obyektinin boşaldılaraq geri qaytarılması” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icarə haqqı, peniya məbləği və digər xərclərin ödənilməsi, icarə obyektinin boşaldılaraq geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2019-cu il tarixli İcarə Müqaviləsinin ləğv edilmiş hesab ediməsi, 15 iyun 2019-cu il tarixli İcarə Müqaviləsi üzrə icarəyə verilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Nizami 58 ünvanında yerləşən, ümumi sahəsi 360,7 kvadrat metr ərazidən ibarət olan, ikimərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı geri qaytarılması, 05 iyun 2019-cu il tarixli İcarə Müqaviləsi üzrə 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə hər biri 7000 manat olmaqla ümumilikdə 21000 manat icarə haqqının, 4305 manat məbləğində peniya məbləğinin, 250 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının, 168 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icarə haqqı, peniya məbləği və digər xərclərin ödənilməsi, icarə obyektinin boşaldılaraq geri qaytarılması” tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 168 (yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar