Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-846/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh ilə arasında olan nikahın pozulması, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 onun himayəsində qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-801/2021 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq aylıq 175 manat müəyyən edilmişdir. Hal-hazırda cavabdeh uşağına lazımi səviyyədə qayğı göstərmir, ehtiyaclarını qarşılamır, müalicəsi ilə maraqlanmır. Həmçinin onlarla ünsiyyətdə olan zaman mübahisələr edir ki, bu da cavabdehin onlarla birgə yaşamasını imkansız edir. Uşaq onu görəndə qorxur, stress keçirir, pristupları olur. X10 psixonevroloji dispanserdə qeydiyyatdadır. “Diqqət çatışmamazlığı hiperaktiv pozuntusu”, “üzvü emosional labil astentik pozuntusu” diaqnoz və epilepsiyadan müalicə alır. Xüsusi qayğıya ehtiyacı olmasına baxmayaraq, cavabdeh ata kimi ona diqqət etmir. Onun müalicəsi üçün hər ay xeyli pul xərcləyir. Uşaq böyüdükcə onun tələbatları da artır. Verilən alimentlə uşağın saxlanılmasında çətinlik yaşayır. Uşağın bütün qayğısı ehtiyacını əsasən o, çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, habelə ölkə üzrə müəyyən edilən yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yaxşı olan maddi vəziyyətini nəzərə alaraq, alimentin miqdarının artırılaraq hazırda hər uşaq üçün aylıq 220 manat miqdarında tutulması məqsədəmüvafiqdir. Eyni zamanda uşağın müalicəsi üçün aylıq 300 manat pulun tutulması da labüddür. O, işləmir. Borc ilə uşağı müalicə etdirir. Alimentin artırılması məqsədilə cavabdehə mediasiya şurası vasitəsilə təklif göndərilmiş, ilkin mediasiya prosesində iştirak etsələr də, cavabdeh təklifinə razılıq verməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat, onun müalicəsi üçün əlavə xərc kimi 300 manat, cəmi aylıq 520 manat sabit pul məbləği və 13 saylı Mediasiya təşkilatına ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, uşaq xəstədir, müalicəyə ehtiyacı vardır. O, işləmir, xərclərin təkbaşına öhdəsindən gələ bilmir. Uşaq epilepsiya xəstəsidir, qıcolması olur, o, dərhal həkimə müraciət edir və müalicə ilə bağlı mütəmadi dərman preparatları qəbul edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o, hər ay alimenti ödəyir. Ödədiyi alimentin 220 manata artırılması ilə razıdır, lakin əlavə 300 manat uşağın guya xəstə olmasına görə ödəniş etmək imkanı yoxdur. Onun yeni ailəsi var, 2 uşağı vardır, işləmir, özü ürəyindən xəstədir, icbari tibbi sığorta üzrə pulsuz stend qoyulacaq, uşağı da dövlət müəssisəsində pulsuz tibbi xidmət ala bilər, iddiaçı onu özəl şirkətlərə aparır, 300 manat pulu özünün saxlanılması üçün istəyir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5734/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.1992-ci il tarixdə Səbail rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 210 No ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018ci il tarixdə 07 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-801/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1392/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 170 manat məbləğində alimentin həcmi artırılaraq 175 manat sabit pul məbləğində müəyyən edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 175 manat pul vəsaitinin bu qətnamə qanuni mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi, Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş üzrə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması və uşağın müalicəsi üçün aylıq pulun tutulması, birgə nikah dövründə alınmış mənzilə köçürülməsi, avtomobil və qarajdan istifadəyə maneənin aradan qaldırılması mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, saat 14.30-15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmiş, lakin İddiaçı və Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə “X11” tibb müəssisəsinin həkim-nevropatoloq tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Mikayıl Babayevin EEQ müayinəsi nəticəsində - EEQ-30 dəq. müddətində, oyaqkən, fotostimulyasiya və hiperventilyasiya testləri zamanı çəkilmiş, təməl ritm: 8-9 hz.alfa ritmdən təşkil olunmuşdur (60-70%, norma). Anormallıq: bütün çəki boyuncə periodik olaraq sOL oksipital zonaya lokalizə, zirvə-kəskin dalğa komplekslərinə rast gəlinmişdir (120-130 mkv). Yekun: bu EEQ – serebral elektrik aktivliyinin kortikal toxumalardan (sol oksipital) yaranan FOKAL tipli aktiv EPİLEPTİFORM FƏALİYYƏTİ ilə xarakterizədir. İş üzrə “X11” tibb müəssisəsinin həkim-nevropatoloq Talıb Talışınski tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müayinə vərəqəsinə əsasən X3 xx.xx.2022-ci il tarixdə tibbi mərkəzində həkim-nevropatoloq tərəfindən müayinə olunmuş, “Epileptik encefalopatiya” diaqnozu qoyulmuşdur. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən X3 “STEP İT” Kompüter Akademiyasında 3 aylıq tədris müddətinə görə 380 manat dəyərində məbləğin 300 manat dəyərində məbləği xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Tədrisin başlanma tarixinə kimi qalan 180 manat dəyərində məbləğ ödənilməlidir. İş üzrə 219 nömrəli evdə təhsil tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən X3 219 No-li evdə təhsil tam orta məktəbin 4 sinif şagirdidir. İş üzrə V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışına əsasən X3 V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində X4 Şöbəsinin gitara ixtisası üzrə 1-ci sinif şagirdidir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə tibbi mərkəzində tibb üzrə fəlsəfə dostoru Gülnarə Musabəyova tərəfindən müayinə olunmuş, müayinə diqqət çatmamazlığının hiperaktiv pozuntusu F90.1, üzvi emosional labil astenik pozuntusu F06.6 diaqnozu qoyulmuşdur. İş üzrə ödəniş qəbzlərindən görünür ki, Mikayıl Babayevin tibbi müayinələrdən keçməsi ilə əlaqədar müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə (25-181 manat arası) pul ödənişləri edilmişdir. İş üzrə “Public Edu” tədris mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixdən “Public Edu” tədris mərkəzində ödənişli ingilis kursuna gedir, aylıq (8 dərs-12 saat olmaqla) 50 manat ödəniş edir. İş üzrə Rusiya Federasiyasının Moskva şəhəri İzmaylovo VVAQ Təşkilatı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Moskva şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X1 göstərilmişdir. İş üzrə Rusiya Federasiyasının Moskva şəhəri 89 nömrəli VVAQ Orqanı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, ata qrafasında - boş yer, ana qrafasında X1 göstərilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X13nin 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır və adına əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Mikayıl adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün iddiaçının xeyrinə 175 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 175 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır. Uşaq psixonevroloji dispanserdə qeydiyyatdadır, “Diqqət çatışmamazığı hiperaktiv pozuntusu, üzvü emosional labil astenik pozuntusu” diaqnoz və epilepsiyadan müalicə alır, onun müalicəsi üçün hər ay xeyli pul xərcləyir. Bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləği şəklində alimentin, uşağın müalicəsi üçün əlavə xərc kimi 300 manat tutulmasını xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilkin olaraq iddia tələblərinin alimentin artırılması hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 175 manatdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, cavabdehin rəsmi işləyərək müntəzəm əmək haqqı alması barədə sübutların mövcud olmamasını, cavabdehin 2023-cü il üçün müəyyən edilmiş yaşayış minimum həddində alimentin artırılmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması hissəsində iddia tələbi təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 220 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə iddia tələbinin yetkinlik yaşına çatmamış Mikayılın xəstəliyi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb olunaraq hər ay ondan 300 manat pulun iddiaçının xeyrinə tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə azyaşlı uşaqda diqqət çatmamazlığının hiperaktiv pozuntusunu, üzvi emosional labil astenik pozuntusunu, həmçinin epilepsiya xəstəliyinin müəyyən olunmasını və uşağın davamlı olaraq müalicəsinə ehtiyacı olduğunu, bununla bağlı mütəmadi olaraq müəyyən miqdarda vəsait tələb olunmasını (müvafiq tibbi arayış və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan kassa mədaxil qəbzlərinə əsasən), iddiaçının işləməməsini, həmçinin cavabdehin uşağın xəstəliyi ilə əlaqədar onun müalicəsində iddiaçıya hər hansı bir maddi köməklik göstərməməsini nəzərə alaraq hesab edir ki, cavabdeh uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb edilməli və cavabdehdən bununla bağlı hər ay 50 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2640 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 46,40 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-801/2021 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 220 (iki yüz iyirmi) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərə cəlb olunsun və ondan hər ay İddiaçı xeyrinə 50 (əlli) manat məbləğində pul tutulsun. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev