Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-869/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Samsung A315» markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 55 manat olmaqla cəmi 653.7 manat, 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 2 (iki) ədəd “Samsung A31” markalı telefon aksesuarları görə 12 ay ödəniş cədvəli üzrə hər ay 3 manat olmaqla cəmi 41.4 manat, 20.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Kenvood» markalı doğrayıcıya görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 8 manat olmaqla cəmi 88.5 manat, 11.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 2 (iki) ədəd “Xiaomi Redmi 9 C” markalı mobil telefona və “Honor” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 77 manat olmaqla cəmi 916.7 manat, ümumilikdə dörd müqavilə üzrə 1700.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 21.09.2020-ci il tarixli müqavilə üzrə 22.08.2021-ci il tarixdə 55 manat ödəniş etmiş, 21.09.2020-ci il tarixli müqavilə üzrə 22.08.2021-ci il tarixdə 5 manat, 20.01.2021-ci il tarixli müqavilə üzrə 26.07.2021-ci il tarixdə 5 manat ödəniş etmiş, 11.01.2021-ci il tarixli müqavilə üzrə 10.09.2021-ci il tarixdə 1 manat ödəniş etmiş və hər iki müqavilə üzrə qalıq qalmış 475.3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin No1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 01.03.2022-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 faizlə hesablanmış cərimə məbləği hər dörd müqavilə üzrə 71.1 manat təşkil edir. Beləliklə, cavabdehin 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 47.7 manat əsas, 7.1 manat cərimə, cəmi 54.8 manat, 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 6.4 manat əsas, 0.9 manat cərimə, cəmi 7.3 manat, 20.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 43.5 manat əsas, 6.5 manat cərimə, cəmi 50 manat, 11.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 377.7 manat əsas, 56.6 manat cərimə, cəmi 434.3 manat, ümumilikdə 546.4 təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 01.03.2021-ci il tarixinə yaranmış əsasən 47.7 manat əsas, 7.1 manat cərimə, cəmi 54.8 manat borcun, 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 6.4 manat əsas, 0.9 manat cərimə, cəmi 7.3 manat borcun, 20.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 43.5 manat əsas, 6.5 manat cərimə, cəmi 50 manat borcun, 11.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 377.7 manat əsas, 56.6 manat cərimə, cəmi 434.3 manat borcun, ümumilikdə 546.4 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh «Samsung A315» markalı mobil telefon 12 ay müddətinə, aylıq 55 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 653,78 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh 2 (iki) ədəd “Samsung A31” markalı telefon aksesuarları 12 ay müddətinə, aylıq 3 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 41,4 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 20.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh «Kenvood» markalı doğrayıcı 12 ay müddətinə, aylıq 8 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqısatqı qiyməti 88,5 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh 2 (iki) ədəd “Xiaomi Redmi 9 C” markalı mobil telefona və “Honor” markalı qulaqcıq 12 ay müddətinə, aylıq 77 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 916.7 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdehnun 01.03.2022ci il tarixə 21.09.2020-ci il tarixli müqavilə üzrə 47.7 manat ödənilməmiş əsas borcu, 71 manat cərimə məbləği, 01.03.2021-ci il tarixə 21.09.2020-ci il tarixli müqavilə üzrə 6.4 manat əsas borcu, 9 manat cərimə məbləği, 01.03.2021-ci il tarixə 20.01.2021-ci il tarixli müqavilə üzrə 43.5 manat əsas borcu, 65 manat cərimə məbləği, 01.03.2021-ci il tarixə 11.01.2021-ci il tarixli müqavilə üzrə 377.7 manat əsas borcu, 566 manat cərimə məbləği, cəmi 943.7 manat borcu vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 21.09.2020-ci il tarixdə, 21.09.2020-ci il tarixdə, 20.01.2021-ci il tarixdə, 11.01.2021-ci il tarixdə nisyə alqı-satqı müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən cavabdeh aldığı «Samsung A315» markalı mobil telefona görə 12 ay ərzində hər ay 55 manat, 2 (iki) ədəd “Samsung A31” markalı telefon aksesuarlarına görə 12 ay ərzində hər ay 3 manat, «Kenvood» markalı doğrayıcıya görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 8 manat, 2 (iki) ədəd “Xiaomi Redmi 9 C” markalı mobil telefona və “Honor” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 77 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, yəni mobil telefonlar, telefon aksesuarları, doğrayıcı və qulacıq cavabdehə təhvil verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin 21.09.2020-ci il tarixli müqavilə üzrə 47.7 manat əsas borcu, 7.1 manat cərimə məbləği, 21.09.2020-ci il tarixli müqavilə üzrə 6.4 manat əsas borcu, 0,9 manat cərimə məbləği, 20.01.2021-ci il tarixli müqavilə üzrə 43.5 manat əsas borcu, 6,5 manat cərimə məbləği, 11.01.2021-ci il tarixli müqavilə üzrə 377.7 manat əsas borcu, 56,6 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 21.09.2020ci il tarixli müqavilə üzrə 47.7 manat əsas borcu, 7.1 manat cərimə məbləği, 21.09.2020-ci il tarixli müqavilə üzrə 6.4 manat əsas borcu, 0,9 manat cərimə məbləği, 20.01.2021-ci il tarixli müqavilə üzrə 43.5 manat əsas borcu, 6,5 manat cərimə məbləği, 11.01.2021-ci il tarixli müqavilə üzrə 377.7 manat əsas borcu, 56,6 manat cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 01.03.2022-ci il tarixinə yaranmış 47.7 manat əsas, 7.1 manat cərimə, 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 01.03.2022-ci il tarixinə yaranmış 6.4 manat əsas, 0.9 manat cərimə, 20.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 01.03.2022-ci il tarixinə yaranmış 43.5 manat əsas, 6.5 manat cərimə, 11.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 01.03.2022ci il tarixinə yaranmış 377.7 manat əsas, 56.6 manat cərimə, ümumilikdə 546.4 manat borcun və həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 576.4 (beş yüz yetmiş altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-869/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-869/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver