Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-871/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə 04 may 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X4 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək, 1571,85 avro faiz borcu, 465,11 avro cərimə borcu və 59,40 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.04.2013-cü il tarixli “Kredit” Müqaviləsinə əsasən 24 ay müddətinə ödəmək şərtilə borcluya illik 32 % tətbiq edilməklə 3.000 avro məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 ilə isə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl dövrə təsadüf edir. Halbuki cavabdehlər borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehlər tərəfindən əsas borc ödənilməsinə baxmayaraq, faiz borcu və cərimə borcu hazırki vaxta kimi ödənilməmiş qalır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, mülki iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: İddiaçı ASC ilə X7 arasında bağlanmış 17.04.2013-cü il tarixli “Kredit Müqaviləsinə əlavə”yə əsasən bank tərəfindən Ə.Yunisə 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 3.000 avro məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.04.2013-cü il tarixli Zaminlik müqaviləsi üzrə öhdəlik zaminliklə təmin olunmuş, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu X7 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür 23.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu X3 müqavilə üzrə 1571,85 avro faiz borcu və 465,11 avro cərimə borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş və müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, cavabdeh də öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmiş və əsas borcunu tam olaraq bağlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü maddəsinə əsasən borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, borc məbləği tam olaraq ödənildiyindən iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə tələb olunan faiz borcuna və bununla bağlı olaraq iddiaçının nümayəndəsinin dəlillərinə qiymət verərək bildirir ki, Azərbaycan Respublikası MM-nin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2002-ci il tarixli qərarının təsviri hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 440.4-cü maddəsində müəyyən edilmiş bölgü qaydası və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddəsində olan «...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar iddiaçının mülkiyyət hüququnun və qanuni maraqlarının lazımi qaydada yerinə yetirilməsinə imkan vermir, mülkiyyətinə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır, konstitusiya mülkiyyət hüququnu qorumağa dövlətin təminat verməsi vəzifəsinin mahiyyətini təhrif edir. Göründüyü kimi, aparılmış ödənişlər kredit müqaviləsi üzrə əvvəlcə dəbbə pulunun silinməsinə, sonra faiz borcunun silinməsinə və nəhayət əsas borcun silinməsinə yönəldilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu qalmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən maddi hüquq normasının tələbinə görə hazırkı iddia əsaslı sayıla bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 59,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən borc məbləği tam olaraq ödənildiyi üçün iddia təmin olunmamalı, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4 və Cavabdeh1 qarşı «borc» barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-871/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-871/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver