Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-905/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BE000718 nömrəli nisyə satış müqaviləsinə əsasən, qiyməti 1.920 manat olan 1 ədəd “Samsung UE55NU7400UXRU” markalı televizor cavabdehə nisyə satılmışdır. Bu müqavilə üzrə cavabdeh 300 manat ilkin ödəniş etmiş və qalan 959 manat pulu hər ay 135 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BE001395 nömrəli nisyə satış müqaviləsinə əsasən, qiyməti 1.608 manat olan 1 ədəd “LG-55UK6550PLD” markalı televizor cavabdehə nisyə satılmışdır. Bu müqavilə üzrə cavabdeh 270 manat ilkin ödəniş etmiş və qalan 1338 manat pulu hər ay 112 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günədək hər iki müqavilə üzrə olan öhdəliyini yerinə yetirməmişdir. Onunla dəfələrlə telefon əlaqəsi yaradaraq, müqavilə şərtlərini yerinə yetirməmişdir. Onunla dəfələrlə telefon əlaqəsi yaradaraq, müqavilə şərtlərini yerinə yetirməyi dəvət etsələr də, öhdəliyin icrası təmin olunmamışdır. Hazırda 1.15,48+1.208= 2.343,48 manat əsas borc və 119,52+99,60=219,12 manat cərimə olmaqla, müqavilələr üzrə cavabdehin cəmi borcu 2.562,52 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı 2.343,48 manat əsas borc, 219,12 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.592,60 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixə yaranmış borcunun xx.xx.2019cu il tarixli müqavilə üzrə əsas borca görə 1135,48 manat, cərimə borcu üzrə 203,52 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1208 manat, cərimə borcuna görə 169,60 manat öhdəliyin yaranmasını nəzərə alaraq cavabdehdən ümumilikdə 2343,48 manat əsas borcu, 373,12 manat cərimə borcu, 30 manat dövlət rüsumu olmaqla cəmi 2746,60 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə Cahangir oğlu həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin qeydiyyata alındığı ünvan Səbail rayonu ərazisində Polis İdarəsinin inzibati binası olduğundan, onun məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə müvafiq bildiriş məhkəməyə daxil olduqdan sonra məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxx 2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh «Samsung» markalı televizor 12 ay müddətinə, aylıq 135 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 1920 manat təşkil edir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh «LG» markalı televizor 12 ay müddətinə, aylıq 112 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 1608 manat təşkil edir. İş üzrə İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1135,48 manat əsas, 119,52 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1208 manat əsas, 99,60 manat cərimə, cəmi 2562,52 manat borcu var. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə əsas borca görə 1135,48 manat, cərimə borcu üzrə 203,52 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1208 manat, cərimə borcuna görə 169,60 manat öhdəliyi mövcuddur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilən Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə dz xx.xx.2019-cu il tarixdə nisyə alqı-satqı müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1920 manat olan “Samsung” markalı televizor və alqı-satqı qiyməti 1608 manat olan “LG” markalı televizor pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış televizorlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyindən, iddia tələbi xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1135,48 manat əsas borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1208 manat əsas borc məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 203,52 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 169,60 manat cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə (dəbbə pulu) 66,52 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 60 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BE000718 saylı nisyə satış müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə ödənilməmiş 1135,48 manat əsas borc, 66,52 manat cərimə, xx.xx.2019-cu il tarixli, BE001395 saylı nisyə satış müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə ödənilməmiş 1208 manat əsas borc, 60 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2500 (iki min beş yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-905/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-905/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver