Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-91/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 və Vəkil, Nümayəndə5 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və artıq hesablanmış əsas və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli 075 saylı kredit müqaviləsi üzrə cəmi 274.300,72 manat, bundan 61.064,20 manat əsas, 211.532,04 manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.704,48 manat faiz və 565 manat dövlət rüsumunun Rzayeva (Xəlilova) Tərlan Vidadi qızından tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda olan 42 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcunun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Rzayeva (Xəlilova) Tərlan Vidadi qızından tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 174.000 (bir yüz yetmiş dörd min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış 166/R müqavilə əsasında Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 42 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 42 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında xx.xx.2008-ci il tarixli, 075/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə **********458 saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının xx.xx.2024-cü il tarixə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə cəmi borcu 274.300,72 (iki yüz yetmiş dörd min üç yüz manat, 72 qəpik) manat təşkil edir. Bundan 61.064,20 (altmış bir min altmış dörd manat, 20 qəpik) manat əsas, 211.532,04 (iki yüz on bir min beş yüz otuz iki mnat, 04 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.704,48 (bir min yeddi yüz dörd manat, 48 qəpik) manat faiz borcu təşkil edir. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndə və vəkili məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, öhdəliyin vaxtından əvvəl tam icra edilməsini, müddətin keçməsini nəzərə alıb, xx.xx.2008-ci il tarixli, 075 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və artıq hesablanmış 61.064,20 manat əsas və 211.532,04 manat kredit faizinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 075 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətində 174.000 (yüz yetmiş dörd min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış 166/R nömrəli müqavilə də göstərilmiş yəni sonuncunun sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda yerləşən 42 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 42 saylı mənzilin ipotekaya qoyulması barədə İddiaçı ASC ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında xx.xx.2008-ci il tarixli, 075/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri əlavə edilmiş cədvəl üzrə ödəmək barədə öhdəlik götürsə də, guya bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit borcunu tam ödəməmişdir. Borcun ödənilməsi barədə cavabdehə guya dəfələrlə müraciət olunması, habelə 24 may 2024-cü ildə **********458 saylı bildiriş məktublarının göndərilməsi iddia ərizəsində göstərilsə də, bunların heç biri iddiaçı tərəfindən 2016-cı ildən bu günədək yerinə yetirilməmiş, ünvanına kreditin tam ödənilməməsi barədə heç bir rəsmi və qeyri-rəsmi xəbərdarlıq və xatırlatma göndərilməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri guya yerinə yetirməmişdir. Borcun gecikdirilməsinin təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması 22 iyul 2016-cı ildə Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etmişdir. Halbuki cavabdehə verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Baxmayaraq Cavabdeh vaxtından əvvəl, yəni 2016-cı ildə bank ləğv edilənədək cədvəl üzrə götürdüyü öhdəliyi tam icra etmişdir. Cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının xx.xx.2024-cü il tarixə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə cəmi borcu guya 274.300,72 manat təşkil etmişdir. Bunun 61.064,20 manat əsas, 211.532,04 manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.704,48 manat faiz borcu təşkil edir. xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə olan cəmi 274.300,72 manat, bundan 61.064,20 manat əsas, 211.532,04 manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.704,48 manat faiz və 565 manat manat dövlət rüsumunun Rzayeva (Xəlilova) Tərlan Vidadi qızından tutulmasına və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 42 saylı mənzilə yönəldilməsini xahiş etmişdir. Əgər Cavabdeh xüsusi mülkiyyət hüquqi ilə xx.xx.2016-cı ildən məxsus olan sahəsi 167,1 kv metr olan 42 saylı yaşayış sahəsi yüklü olsaydı yüklülüyün növü, kimin (Zamin bankın) xeyrinə hüququn yüklü olması, müddəti, əsas öhdəliyin mahiyyəti və icra müddəti, yüklü edilən əmlakın reyestr nömrəsi, qeydiyyat nömrəsi, qeydiyyat tarixi göstərilən çıxarış verilməli idi. Bunun əksinə olaraq krediti, yəni əsas və faiz borcunu vaxtından 8 il əvvəl tam ödəmiş Cavabdeh xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi olan yüklü olmayan çıxarış verilmişdir. Həmçinin iddia ərizəsində 61.064,20 manat əsas, 211.532,40 manat faiz borcunun nə vaxtdan hansı əsasla yaranması göstərilməmişdir. xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsinin tərəflərin hüquq və vəzifələri bölməsində göstərilir ki, yaşayış sahəsi özgəninkiləşdirildikdə 5 iş günü ərzində ipoteka kreditini qaytarmalıdır. Bundan isə 8 il vaxt keçmişdir. İpoteka predmeti olan (174) 167,1 kv metr sahəsi olan mənzilə görə 8 il vaxtından əvvəl, yəni xx.xx.2016-cı il tarixinədək aylıq ödəniş cədvəlinə uyğun xx.xx.2008-ci ildən 2016-cı ilədək kredit ödəmə cədvəlində göstərilən məbləğdən artıq, yəni 2435,28 manat, 4872 manat, 5000 manat, 13300 manat, 15000 manat, 31424 manat, 49276 manat, 40000 manat, 39000 manat, 16500 manat olmaqla ödənildiyindən özgəninkiləşdirilmişdir. xx.xx.2008-ci il tarixli 075 saylı kredit müqaviləsinin əlavə şərtlər bölməsinin 5.3-cü bəndində göstərilir ki, Borcalanın ödəniş qrafıkində nəzərdə tutulmuş məbləğdən artıq ödəniş aparması onun növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir. xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə götürülmüş öhdəlik 2016-cı il tarixinədək icra edildiyindən, müddət keçdiyindən xitam edilməli və həmin tarixli ipoteka müqaviləsi Mülki Məcəllənin 307, 309, 318, 337-ci maddələrinin və bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddianı qəbul etməyərək, onun təmin edilmədən saxıanılmasını, iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddianın məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə4 iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc 2016-cı ildə tam ödənildiyindən, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2008-ci il tarixdə bağlanmış və müqavilə şərtlərinə görə cavabdehə 180 ay müddətinə qaytarılmaq şərti ilə 174 000 manat məbləğində kredit verilmişdir. Kreditdən istifadəyə görə illik 15 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə kredit borcalana Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının A blokunda, 42 saylı mənzilin alınması üçün verilmişdir. 2016-cı ilin sentyabr ayınadək cavabdeh tərəfindən vaxtaşırı ödənişlər ödəniş qrafikinin tələbinə uyğun formada ödənilmişdir. Cavabdeh tərəfindən əsas borcun böyük hissəsi ödənilmiş və sonuncu ödəniş tarixinə (2016-ci ilə) əsas borcun qalığı 61064,20 manat təşkil etmişdir. Həmin tarxdən etibarən sonra ötən 8 il ərzində iddia qaldırılanadək iddiaçı tərəfindən cavadebə qarşı heç bir tələb, etiraz, pretenziya irəli sürülməmiş, borcun ödənilməsi tələb edilməmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcu və ya faizin ödənişini qrafikə əsasən 90 gündən çox müddətə gecikdirdikdə, annutet ödənişləri 12 ay ərzində 3 dəfə gecikdirdkdə, krediti təyinatına uyğun istifadə etmədikdə, Bankın kredit müqaviləsini vaxtından əvvəl ləğv etmək və krediti geri tələb etmək hüququ yaranır. Lakin iddiaçı bank isə müqavilənin 3.6-cı bəndinin 8 il əvvəl yaranmasına baxmayaraq, bu qədər uzun müddəti (8 il) gözləyib, faizləri hesablamış, faiz borcunu süni şəkildə şişirtmiş, nəticədə 61064.20 manat əsas borcun qalığına görə 211.532,04 manat faiz müəyyən etmişdir. Bu isə nə ədalətli, nə də qanuni hesab edilə bilər.Bu cür müddət gözləməklə faizlərin hesablanaraq, borcun şişirdilməsi müqavilənin şərtlərinə də uyğun deyildir. İddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli göstərilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişləri müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, kredit ödənişi 2016-cı ildən dayandırılmışdır. Həmin vaxt borclunun 61 064,20 manat əsas borcu olmuşdur. İddiaçı borcludan ödəniş etmədiyi 2016-cı ilin oktyabr ayından qrafik üzrə ödənişin edilməsini tələb etməli olduğu halda hərəkətsizlik göstərərək, 8 il heç bir xəbərdarlıq etmədən faiz borcunun sisməsinə şərait yaradaraq qarşı tərəfi tənasübsüz surətdə böyük məbləğdə ziyana salmışdır. Məlumdur ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafiki əsasında vaxtaşırı icra edilməli idi. İddia ərizəsinə və iş materiallarına əsasən cavabdeh 2016-cı ilin sentyabr ayında son ödəniş edərək müqavilə tələbini pozmuşdur. Bu vaxtdan etibarən vaxtaşırı öhdəliklərin icrasına görə iddia müddətinin axımı başlamış və 2019-cu ilin sentyabr ayında müddətin axımı bitmişdir. Bu müddət ərzində iddia müddətinin dayanmasına və ya kəsilməsinə əsas olan hər hansı hal baş verməmişdir. Buna görə də hesab edir ki, 3 illik iddia müddəti 2019-cu ildə bitdiyinə və iddia isə 2024-cü ilin iyul ayında, yəni 5 il ötdükdən sonra qaldırıldığına görə iddia müddətinin ötməsi faktı digər dəlillərlə yanaşı olaraq məhkəmə tərəfindən qiymətləndirilməli, iddianın rədd edilməsi arqumentlərinin biri kimi məhz iddia müddətinin tətbiqi də nəzərə alınmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Vəkil iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc 2016-cı ildə tam ödənildiyindən, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə5 iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, onun tərəfindən kredit müqaviləsi üzrə borc 2016-cı ildə tam ödənildiyindən, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana illin 15%-lə 180 (bir yüz səksən) ay müddətinə 174.000 (bir yüz yetmiş dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Borc verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “İpoteka qoyan” X3 arasında bağlanmış xx.xx.2028-ci il tarixli, 075/1 saylı İpoteka müqaviləsindən görünür ki, 14 oktyabr 2008-ci il tarixdə İddiaçı ASC və X3 arasında bağlanmış 075 saylı Kredit müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən X2 ayrılmış 174 000 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə. 1-ci yaşayış binasının A blokunda 16-cı mərtəbəsində istifadədə olan 174 kv.m. ümumi sahədən ibarət 4 otaqlı 42 saylı mənzili ipoteka qoyur. Mənzilin ümumi dəyəri tərəflər arasında 174 000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan kreditin ödəmə cədvəlindən görünür ki, Cavabdeh borcunu xx.xx.2008-ci il tarixdə başlamalı, hər ay 174000.00 manat ödəməklə xx.xx.2023-cü il tarixdə bitirməli idi. İş mteriallarında olan İddiaçı ASC-nin ləğvedicisi tərəfindən Rzayeva (Xəlilova) Tərlan Vidadi qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə onun arasında xx.xx.2008-ci il tarixində kredit verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən ona illik 15 faiz ödənilməsi şərti ilə 180 ay müddətinə ilkin məbləğ 174 000 manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri onun tərəfindən pozulmuş, kredit ödənişləri qrafilə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində onun xx.xx.2024-cü il tarixinə LPO banka 61.064.20 AZN məbləğində əsas borc, 211.532.04 AZN məbləğində faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1.704.48 AZN məbləğində faiz borcu, ümumilikdə isə 274.300,72 AZN məbləğində borcu qalmışdır. Borcun ödənilməsinin onun tərəfindən təmin edilmədiyi təqdirdə bank kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. İş materiallarında olan **********462 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının xx.xx.2024-cü il tarixə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə cəmi borcu 274.300,72 manat təşkil edir. Bundan 61.064,20 manat əsas, 211.532,04 manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.704,48 manat faiz borcu təşkil edir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10 A, mənzil 42 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7008 saylı ekspert rəyindən görünür ki, iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı X4 xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) tarixə və xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) olan əsas və faiz borcu uşağıdakı kimi müəyyən olunur, o, cümlədən: xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 61.089,22 manat, faiz borcu üzrə 192.535,74 manat; xx.xx.2024-cü il tarixə (sualda soruşulan) tarixə: əsas borc üzrə 61,089,22 manat, faiz borcu üzrə 192.535,74 manat, 5% hesablamaqla gecikdirilmiş faiz borcu 1.679,95 manat təşkil edir. İş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10590 saylı ekspert rəyindən görünür ki, iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 14 oktyabr 2008-ci il tarixli, 075 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı X4 xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 61.089,22 manat, faiz borcu üzrə 192.535,74 manat. O cümlədən ekspert qarşısında qoyulmuş ikinci suala cavab olaraq qeyd edilir ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş ikinci sualda tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra hesablanmış faiz borcunun konkret hansı tarixə soruşulduğu göstərilmədiyindən hazırki tədqiqat zamanı cavabdehin faiz borcu qərardadın tarixinədək hesablandı. Belə ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra qərardadın tərixinədək, yəni xx.xx.2024-cü il tarixədək (əsas borca illik 5% hesablanmaqla) hesablanmış faiz borcu 3.521,11 manat təşkil edir. Məhkəmə iddia və qarşılıqlı iddia tələbləri üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ASC ilə cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 075 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15%-lə 180 ay müddətinə 174.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında bağlanmış 166/R müqavilə əsasında Rzayeva (Xəlilova) Tərlan Vidadi qızının sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 42 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 42 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı arasında xx.xx.2008-ci il tarixli 075/1 ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızına kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan 61 064,20 manat əsas, 192 535,74 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, kredit müəyyən müddətə borc verilən pul vəsaitidir. Yəni kredit müqaviləsi müddətlidir və müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozulması hesab olunmalıdır. Çunki hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən, bu hərəkətin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. Müqavilədə müddət öz əksini Azərbaycan Respublikası MM-nin müddətlər haqqında müddəalarına (AR Mülki Məcəlləsinin 367.2, 367.3-cü mad.) uyğun olaraq tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh Rzayeva (Xəlilova) Tərlan Vidadi qızı tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 61 064,20 manat əsas, 192 535,74 manat faiz borcu, müqavilə müddəti bitən tarixdən illik 5 % hesablanmış 1 704,48 manat faiz borcun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2028-ci il tarixli, 075/1 saylı İpoteka müqaviləsindən görünür ki, ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir və bu səbəbdən də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. “İpoteka haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfınə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, belə nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlə arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığını tələb etməkdə haqlıdır. Ona görə də, qarşılıqlı iddia qismən təmin edilməli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi ilə əlaqədar məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, AR Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Beləliklə, iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə 61 064,20 manat əsas, 192 535,74 manat faiz borcu, kredit müqaviləsi üzrə müddət bitəndən sonra 5%-lə hesablanmış 1 704,48 manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 565 manat dövlət rüsumu tutulmalı, qalan hissədə iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə 61 064,20 (altmış bir min altmış dörd manat iyirmi qəpik) manat əsas, 192 535,74 (yüz doxsan iki min beş yüz otuz beş manat yetmiş dörd qəpik) manat faiz borcu, kredit müqaviləsi üzrə müddət bitəndən sonra 5%-lə hesablanmış 1 704,48 (bir min yeddi yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 565 (beş yüz altmış beş qəpik) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 075 saylı ipoteka müqaviləsi etibarsız hesab edilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 290 (iki yüz doxsan) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-91/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-91/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver