Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-944/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli (Kredit) Müqaviləsinə əsasən 20000 (iyirmi min) manat məbləğində borc məbləğinin alınınb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı 06 avqust 2021-ci il tarixli (Kredit) Müqaviləsi ilə Cavabdeh 20000 (iyirmi min), manat məbləğində pul borca vermişdir. Müqavilənin şərtlərinə əsasən “Borc alan” krediti xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 9-cu bəndinə əsasən Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların raziliqı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdeh İddiaçı 20000 (iyirmi min) manat məbləğində pul borcunu xx.xx.2021-ci il tarixinədək ödəyəcəyini öhdəsinə götürməyinə baxmayaraq bu günə kimi borcu ödəməkdən yayınır. Cavabdehə mübahisənin danışıqlar yolu ilə nizama salınması barədə xx.xx.2023-cü il tarixdə Pretenziya göndərilmiş xx.xx.2023-cü il tarixdə saat 12:05 radələrində o, şəxsən ekspress poçt vasitəsi ilə pretenziyanı almış, lakin hər hansı bir razılığa gəlməsi ilə bağlı cəhd göstərməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat məbləğində borc məbləğinin ona qaytarılması təklif olunmuş, habelə bu xəbərdarlığa 3 gün müddətində ödənilmədiyi halda yaranmış borc məbləği ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASCdə 20000 manat hesab nömrəsinə ödəniş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, ona edilmiş xəbərdarlıqlara baxmayaraq borcu hazıradək ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış borc müqaviləsində qeyd olunduğu kimi, qaytarmalı olduğu pul vəsaitini tam həcmdə xx.xx.2021-ci il tarixədək qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün, həmin kredit müqaviləsi üzrə ödənilməmiş 20000 (iyirmi min) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (bir yüz əlli) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (bir yüz əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-944/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-944/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver