Məhkəmə qərarları › İş №e-2(009)-962/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-962/2022

03.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-962/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 qarşı «zərər» barədə iddiası üzrə mülki işə 03 iyun 2022-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 qarşı «zərər» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 10.000 manat pulun və aliment məbləğinin vaxtında ödənilməməsi səbəbindən 15.000 manat dəbbə pulunun və 165 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(003)-168/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 iə cavabdeh Muradlı (Əliyeva) Aysel Zabit qızı arasında 14 mart 2009-cu il tarixdə Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsində 138 saylı qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 21 dekabr 2009-cu il təvəllüldlü X4 və 12 dekabr 2015-ci il təvəllüdlü X7 cavabdeh Muradlı (Əliyeva) Aysel Zabit qızına verilmiş, Cavabdeh1 30 sentyabr 2019-cu il tarixindən başlayarq 21 dekabr 2009-cu il təvəllüdlü X2 və 12 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq Muradlı (Əliyeva) Aysel Zabit qızına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilmiş və icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı qismində çıxış edən Cavabdeh1 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin İnformasiya və Texnologiyaları və Rabitə idarəsinin rəisi vəzifəsində işləməklə aylıq əmək haqqı məbləği 2510 (iki min beş yüz on) manat təşkil edir. Məhkəmə qətnaməsinin icrası məqsədi ilə icra sənədi icra olunması məqsədi ilə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi tərəfindən 08 iyun 2020-ci il tarixində 5386/12Q saylı məktubla Cavabdeh2 ASC-yə göndərilərək 30.09.2019-cu il tarixindən başlayaraq hesablanmalı və ödənilməli olan aliment məbləğinin icrası məqsədi ilə Cavabdeh1 əmək haqqından borc qurtarana qədər hər ay 70%, borc qurtardıqdan sonra isə 1/3 hissəsi miqdarında alimentin tutularaq tələbkar Muradlı (Əliyeva) Aysel Zabit qızının "xxxx" ASC-dəki hesabına ödənilməsi üçün baş mühasibə göstəriş verilməsi bildirilmişdir. Məhkəmə qətnməsinin icrası məqsədi ilə Cavabdeh2 ASC-nin mühasibatlıq şöbəsi tərəfindən borclu Cavabdeh1 əmək haqqından tələbkrar İddiaçı bank hesabına 2020-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin fevral ayı da daxil olmaqla bir min dörd yüz əlli) manat, 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi isə 682,98 (altı yüz səksən iki manat 98 qəpik) manat aliment məbləği tutulmuşdur ki, tutulmaların həyata keçirilməsi zamanı Cavabdeh2 ASC tərəfindən hərəkətsizlik nümayiş etdirilmiş, aliment məbləğinin tutulması düzgün həyata keçirilməmiş, nəticədə İddiaçı maddi zərər vurulmuşdur. Belə ki, borclunun əmək haqqısı və digər gəlirlərindən tutulmaları həyata keçirməli olan “Azərenerji" ASC tərəfindən borclunun gəlirləri barədə hər gün məlumat verilməməklə yanaşı, həmin, müddətdə İddiaçı ödənilməli olan məbləğin hesablanması da lazımı qaydada həyata keçirilməmişdir. Nəzərə çatdırılır ki, Cavabdeh2 ASC-nin baş müsahibi Q.İsmayılov tərəfindən tərtib edilmiş 30.09.2019-cu il tarixindən 31.01.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqı və digər gəlirlərindən çıxarışdan məlum olur ki, Cavabdeh1 oğunun 2019-cu il oktyabr ayı üzrə 4010,20 manat, 2019-cu ilin noyabr ayı üzrə 4022,07 manat, 2019-cu ilin dekabr ayı üzrə 4016,49 manat, 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayı da daxil olmaqla 4215,95 manat, 2021-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayına kimi 4104,15 manat 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayı da daxil olmaqla 4789,15 manat məbləğində gəlirləri olmuşdur və həmin çıxarışda ayrıca qeyd olunmuşdur ki, 2019-cu ilin oktyabr ayı üçün 1336,73 manat, 2019-cu ilin noyabr ayı üçün 1340,69 manat, 2019-cu il dekabr ayı üçün 1338,83 manat, 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyun ayı da daxil olmaqla hər bir ay üçün 1405,32 manat, 2020-ci ilin iyul ayından 2020-ci ilin dekabr ayı da daxil olmaqla 44,68 manat, 2021-ci ilin yanvar ayından 2021-ci ilin fevray ayı da daxil olmaqla 81.95 manat, 2021-ci ilin mart ayından 2021-ci ilin avqust ayı da daxil olmaqla 685,07 manat, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayı da daxil olmaqla 913,40 manat tutulma fərqi olmuşdur ki, nəticədə 20 693,59 manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Tələbkarın dəfələrlə aidiyyatı üzrə Xəzər rayon İcra və Probasiya Şöbəsinə, eyni zamanda "xxxx" ASC-yə ünvanlanmış sorğularından sonra Cavabdeh2 ASC tərəfindən 16 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 02-04-336№-li məktub ünvanlanılaraq bildirilmişdir ki, 30.09.2019-cu il tarixdən 31.01.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqı və digər gəlirlərindən aliment ödənilməsi üçün 39 806,37 (otuz doqquz min səkkiz yüz altı manat 37 qəpik) manat hesablanmış 19112,78 (on doqquz min yüz on iki manat 78 qəpik) manat ödənilmiş və borcun qalıq hissəsi 20 693,59 (iyirmi min altıyüz doxsan manat 59 qəpik) manat 01.03.2022-ci il tarixədək Muradlı (Əliyeva) Aysel Zabit qızının bank hesabına ödənilməsi təmin ediləcəkdir. Həqiqətən də qeyd edilən məbləğ 02.03.2022-ci il tarixində İddiaçı aliment məbləği üçün müəyyən edilmiş kart hesabında nəğd mədaxil olunsa da, həmin məbləğ vaxtında mədaxil olunmamış, vaxtında mədaxil olunmama isə birbaşa olaraq “Az8Ə/ərenerji ’' ASC-nin səlahiyyətli şəxslərinin hərəkətsizliyi ucbatından baş vermişdir. Həmçinin hazırki iddia ərizəsinin tərtib edildiyi tarixə faktiki olaraq Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 əmək haqqından 2022-ci ilin fevral və mart ayları üçün tutulmalı olan aliment məbləği tutulmamış və iddiaçının bank hesabına köçürülməmişdir.Faktiki olaraq cavabdehlər əlbir olaraq bu hərəkətləri həyata keçirərək süründürməçiliyə yol verirlər. Belə ki, aliment üzrə işçinin əmək haqqısından tutulmamları həyata keçirməli olan işçilər öz işlərinə səhlənkar yanaşmaqla bərabər, məhz Cavabdeh1 ilə birlikdə mövcud aylıq gəlirlərinin gizlədilməsinə istiqamətlənmiş hərəkətlər həyata keçirmiş, əmək haqqı məbləğinin tam həcmini bilmələrinə baxmayaraq tutulmalı olan aliment məbləğlərini vaxtında və düzgün qaydada tutmamış, hətta bununla bağlı rəsmi müraciətləri cavabsız qoyaraq İddiaçı zərər vurmuş, onun tərəfindən uşaqların saxlanılması üçün lazımı olan məbləğləri gec və natamam şəkildə ödəyərək uşaqların ehtiyaclarının lazımı qaydada təmin olunmasına mane olmuşlardır. Məhz 01.07.2020-ci il tarixində aliment məbləği üzrə tutulma həyata keçirilən zaman Cavabdeh1 əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi deyil, 70% hissəsi tutulmalı idi. Cavabdeh2 ASC tərəfindən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş Cavabdeh1 əmək haqqı və digər gəlirlərinə dair çıxarışdan bəlli olur ki, Cavabdeh1 01.07.20220-ci il tarixinə əmək və digər gəlirlərinin ümumi həcmi 4215, 95 (dörd min iki yüz beş manat 95 qəpik) manat təşkil edir. Həmçinin yenə həmin çıxarışdan bəlli olur ki, 01.07.2020-ci il tarixində iyun 2020-ci il üçün aliment məbləği icra vərəqəsinə uyğun olaraq 70% həcmində deyil 1/3 hissədə tutulmuşdur. Belə ki, 4215,95 (dörd min ikiyüz on beş manat 95 qəpik) manat məbləğinin 70 %-i 2951,65 (iki min doqquz yüz əlli bir manat 65 qəpik) manat təşkil etsə də, həmin tarix üzrə ödənilən alimentin məbləği yalnız 1450 (bir min dörd yüz əlli) manat təşkil etmişdir ki, aradakı ümumi fərq 1501,65 (bir min beş yüz bir manat 65 qəpik) manat təşkil etmişdir. Qeyd edilən hal iyul 2020-ci ildən başlayaraq yanvar 2022-ci il tarixi də daxil olmaqla davam etmişdir ki, mövcud qanunsuzluq yalnız və yalnız İddiaçı tərəfindən səlahiyyəti üzrə müraciətləri həyata keçirilməsindən sonra bəlli olmuşdur. Hətta bundan sonraki m mərhələlərdə də Cavabdeh2 ASC tərəfindən qayıdalar pozularaq aliment məbləği 682,98 (altı yüz səksən iki manat 98 qəpik) manat məbləğində tutulmuşdur ki, həmin məbləğ borclunun əmək haqqı məbləğinin 1/3 hissəsinı belə ehtiva etmir. Nəzərə alınması zəruridir ki, iddiaçı tərəfindən hazırki iş üzrə cavabdeh "xxxx" ASC-yə bu barədə həm şifahi həm də yazılı qaydada müraciətlərin edilməsinə baxmayaraq həmin qurum tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilmiş, aliment məbləğinin düzgün hesablanması bildirilmişdir. Bu müddətdə, həmçinin Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən də qanunsuzluqlar edilmiş, mövcud vəziyyətin icrasına nəzarət edilməmiş, dəfələrlər müraciət edildikdən və hətta Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə müraciətlər keçirildikdən sonra müraciətlər edilmişdir. Qeyd edilən hallar bir daha sübut edir ki, məhz “Azərenerji’’ ASC və Cavabdeh1 bilərəkdən öz gəlirlərini gizlətmiş, aliment məbləğinin vaxtında ödənilməsinin qarşısını almış, iddiaçıya həm psixioloji təsir göstərmiş, süründürməçilik hallarına yol verərək himayəsində olan uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin vaxtında və tam şəkildə icra edilməsinə maneçilik törədərək maddi zərər vurulmasına səbəb olmuşlardır. Həmin ailment məbləğlərinin vaxtında tutulmaması səbəbindən himayəsindədə olan uşaqlarının təlim-tərbiyəsinin, psixoloji və elmi inkişafının həyata keçirilməsi lazımı qaydada həyata keçirilə bilməmiş, eyni zamanda keçən müddət ərzində "xxxx" ASC tərəfindən həmin hallar törədilmiş və faktiki şikayətlərinin olmayacağı təqdirdə də bu hala davam etmək niyyətində olmuşlardır ki, bu hal onların qanunsuzluqlarına dəlalət edən səbəblərdir. Qeyd edilən borc borc məbləğinin Cavabdeh2 ASC tərəfindən 02.03.2022-ci il tarixində İddiaçı kart hesabına daxil edilməsinə baxmayaraq, hazırki vəziyyətdə İddiaçı məhz Cavabdeh2 ASC-nin məsul işçilərinin qanunsuz hərəkətləri nəticəsində həmin vəsaitləri vaxtında əldə edə bilməmiş həmin vəsaitlərdən himayəsində olan uşaqların şəxsi və digər ehtiyaclarının qarşısılanması üçün rəsmi qaydada istifadə edə biləmimiş və bununla da ona faktiki zərər vurulmuşdur. Nəzərə alınması zəruridir ki, borclu hansısa qurumda rəsmi qaydada işləyirsə və onunla bağlı qanuni qüəvvəyə minmiş məhkəmə qərarı mövcuddursa həmin məhkəmə qərarı qeydşərtsiz və vaxtında icra olunmalıdır. Hazırki mərhələdə iddiaçı tələfindən bu hallar müəyyən edilməsə, eyni zamanda aidiyyəti üzrə dövlət qurumlarına şikayət edilməsə idi Cavabdeh2 ASC tərəfindən bu qanunsuzluqlar davam etdiriləcək, həmin aliment məbləği illərlə səhv hesablanmaqla ödəniləcək və nəticədə iddiaçıya ödənilməli olan məbləğin hansısa bir şəkildə ələ keçirilməsinə nail olunacaqdı. Məhz bu səbəbdən iddiaçıya Cavabdeh2 ASC və Cavabdeh1 tərəfindən zərərin vurulması faktı öz təsdiqini tapmaqla bərabər həmin vurulmuş maddi zərərin əvəzi tam olaraq İddiaçı qızma ödənilməlidir ki, həmin maddi zərərin əvəzinin də AR Ailə Məcəlləsinin 108.2, 108,3, AR Mülki Məcəlləsinin 21,1096.1 və 1099.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla cavabdehlərdən qarşılıqlı şəkildə tutularaq ödənilməsi zərurəti vardır ki, həmin məbləği gecikdirilmiş və vaxtında ödənilməmiş 20693,56 (iyirmi min altıyüz doxsan üç manat 56 qəpik) manat məbləğində vəsaitin hər gecikdirilən gün üçün əlavə faiz və dəbbə pulu hesablanmaqla ümumilikdə 25000 (iyimi beş min) manat təşkil edir. Həmin məbləğdən 10 000 (on min) manat vəsait faktiki olaraq aliment məbləğinin 2 il 4 ay müddətində gecikdirilməsi ilə bağlı hesablanmış, 15000 ( on beş min) manatı isə dəbbə pulu kimi nəzərdə tutulmuşdur. Eyni zamanda mövcud aliment məbləğinin ödənilməsi kəsirlə ödənilməklə bərabər 2-3 gün gecikmə olmaqla həyata keçirilir, həmçinin müxtəlif üsullarla (köçürmə və ya nağd) formada həyata keçirilir ki, bu da mövcud vəziyyətdə onların qanunsuzluğunu bir daha sübut edir. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tərəfindən 04.03.2022-ci il tarixində "xxxx" ASC-yə rəsmi qaydada “hesablanmış lakin vaxtında ödənilməmiş aliment məbləğinə münasibətdə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” pretenziya ərizəsi ilə müraciət edilməsinə və həmin məktubun "xxxx" ASC tərəfindən 11 mart 2022-ci il tarixində rəsmi qaydada qəbul edilməsinə baxmayaraq hazırki günə qədər həmin zərərin əvəzinin ödənilməsi həyata keçirilməmiş, həmçinin həmin məktuba rəsmi qaydada cavab verilməmişdir. Faktiki olaraq, "xxxx" ASC və Cavabdeh1 mövcud gəlirləri gizlətməklə bərabər bu barədə aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə, eyni zamanda İddiaçı məlumat verməkdən imtina edir ki, bu hal nəticədə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(003)-168/2020 saylı qətnaməsinin “alimentin tutulması ” hissəsində düzgün və lazımı qaydada icra olunmasına maneçilik törətməklə bərabər, İddiaçı maddi zərərin vurulmasına, habelə himayəsindəki yetkinlik yaşına çatmayan uşaqlarının həyata şəraitinin yaxşılaşdırmasına mane olur. Cavabdeh2 ASC tərəfindən daxil olmuş etirazda qeyd olunmuşdur ki, Cavabdeh1 Cavabdeh2 ASC-nin İnformasiya və Texnologiyaları və Rabitə İdarəsinin rəisi vəzifəsində işləməklə aylıq əmək haqqısı 2,510 manat təşkil edir. Cavabdeh2 ASC-yə göndərilmiş icra vərəqəsinə əsasən 1/3 hissəsinin miqdarında Cavabdeh1 alimentin tutularaq İddiaçı hər ay ödənilməsi təşkil edilmişdir. Cavabdeh2 ASC-nin vitse-prezidenti tərəfindən ünvanlanmış məktubdan məlum olur ki, iddiaçının tələbi cavabdehin əmək haqqından alimentin tutularaq, ödənilməsindəki yalnışlıq aradan qaldırılıb, qalıq Cavabdeh1 alınaraq iddiaçının hesabına ödənilib. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ASC-nin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin Cavabdeh2 ASC-yə münasibətdə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ASC-nin nümayəndəsi-vəkili iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin Cavabdeh2 ASC-yə münasibətdə təmin olunmamasını xahiş etmişdir Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan: Xəzər rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X5 nikahının pozulması, 21 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 dekabr 2015-ci il təvəllüdlü X3 X5 yanında saxlanılması və 30 sentyabr 2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay əmək haqqının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Xəzər rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 28 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh2 ASC-nin 16 fevral 2022-ci il tarixli məktubuna əsasən 30.09.2019-cu il tarixdən 31.01.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqı və digər gəlirlərindən aliment ödənilməsi üçün 39806,37 manat hesablanmış, 19112,78 manat ödənilmiş və 20693,59 manat qalıq borc qalmışdır. Cavabdeh2 ASC tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 16 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 30.09.2019-cu il tarixdən 31.01.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqı və digər gəlirlərindən aliment ödənilməsi üçün 39806,37 manat hesablanmış, 19112,78 manat ödənilmiş və borcun qalıq hissəsi 20693,59 manat 01.03.2022-ci il tarixədək X5 bank hesabına ödənilməsi təmin ediləcəkdir. Cavabdeh2 ASC tərəfindən X6 ünvanlanmış 04 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 30.09.2019-cu il tarixdən Cavabdeh1 əmək haqqından alimentin tutularaq sizə ödənilməsindəki yanlışlıq aradan qaldırılb, qalıq borc Cavabdeh1 alınaraq hesabınız ödənilib. 01.03.2022-ci il atrixli ödəniş tapşırığının surətindən görünür ki, 20693,59 manat məbləğində pul vəsaiti X5 hesabına köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah məhkəmənin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan anadan olan uşaqların saxlanılması üçün Cavabdeh1 hər ay əmək haqqının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəsini alaraq icraya yönəldilmişdir. 30.09.2019-cu il tarixdən 31.01.2022-ci il tarixədək Cavabdeh1 əmək haqqısı və digər gəlirlərindən aliment ödənilməsi üçün 39806,37 manat hesablanmış, lakin həmin məbləğdən yalnız 19112,78 manat məbləğində pul İddiaçı ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya ödənilməli olan aliment məbləğinin ona 2 il 4 ay müddət ərzində natamam ödənilməsi və qalıq borcun yalnız bu müddət keçdikdən sonra iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Zərərin cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə məhkəmə qeyd edir ki,tələb bu hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, aliment üzrə yaranmış borc cavabdehlərdən Cavabdeh2 ASC-nin təqsiri ucbatından yarandığından dəbbə pulu məhz ondan tutulmalıdır. İş materiallarından görünür ki, aliment üzrə borcun yaranmasında digər Cavabdeh1 təqsiri olmamışdır. Belə ki, Cavabdeh1 Cavabdeh2 ASCdə işləməklə onunla Cavabdeh2 ASC arasında işçi-işəgötürən münasibətləri mövcuddur. Cavabdeh1 əmək haqqısından hər ay iddiaçının xeyrinə alimentin tutulmasını tənzimləmək səlahiyyəti və imkanı isə işəgötürən kimi Cavabdeh2 ASC-yə məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Məhkəmə iddia tələbinin vurulmuş zərərin əvəzi olaraq 10.000 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin təqsiri nəticəsində iddiaçıya hər hansı maddi ziyanın dəyməsi iş materialları ilə öz təsdiqini tapmadığından tələb 10,000 manat zərərin tutulması hissəsində əsassız hesab edilməlidir. Məhkəmə iddia tələbinin aliment məbləğinin vaxtında ödənilməməsi səbəbindən 15.000 manat dəbbə pulunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Ailə Məcəlləsinin 108.3-cü maddəsinə əsasən aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, aliment ödənişi üzrə gecikdirilmiş vaxt üçün (2 il 4 ay üçün ödənilməmiş 20693,59 manat aliment məbləğinin) illik 5 (beş) faizlə hesablanmış 2414,25 manat məbləğində dəbbə pulu Cavabdeh2 ASCdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər yarı hissələrdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 165 manat dövlət rüsumundan ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2414,25 manat məbləğində pul vəsaiti (dəbbə pulu) Cavabdeh2 ASC-dən İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 165 manat məbləğində dövlət rüsumunun 85 manat hissəsi Cavabdeh2 ASC-dən tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar