Məhkəmə qərarları › İş №e-2(009)-963/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-963/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-963/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Y.Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2016-cı ildə Bakı şəhəri, Mirzə Mənsur küçəsi, ev 94-də 9 A saylı mənzili alandan sonra qonşularla onların təşəbbüsü ilə münaqişə yaşamışdır. Hazırda 4 ildir ki, bu münaqişə məhkəmə çərçivəsindədir. Əsasən qonşu Nümayəndə ona qarşı rəsmi tərəf olaraq çıxış etsə də, onun həyat yoldaşı cavabdeh həm hüquqi, həm də vəzifə köməkliyi göstərir. Cavabdeh hazırda Bakı Apellyasiya Məhkəməsində rəsmi vəzifə tutur. Bu baxımdan onun haqlı mövqeyi eşidilmir, onların qərəzli mövqeyi isə vüsət tapıb. Nəticəsi ona məxsus 9A saylı mənzili yararsız vəziyyətə salınıb, amalları mənzili qiymətdən salmaq, yarı qiymətə onlara satmağa məcbur etmək, əks halda heç kimə qismət olmamasını təmin etməkdir. Onun apellyasiya məhkəməsinə haqlı şikayətləri 10 dəfələrlə təmin olunmamış qalmışdır. Bunu hakimin istənilən mövqeyinin haqlı olması ilə əlaqələndirmək olar. O, hesab edir ki, bu hakimə qarşı hörmətsizlikdir. O, günahsız şəxs olaraq bu hərəkətlərdən maddi və mənəvi zərər görən şəxs kimi hakimlərdən incimir. Çünki hakimlər öz kolleqalarının təkidli zorakı – mövqeyini müdafiə etmək məcburiyyətində qalıblar. Cavabdehlərin bu yanlış hərəkətlərini – həyat tərzini onlara kimsə izah etməlidir. Beləliklə, onun şikayəti cavabdeh xanımın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsindədir, bu yolverilməzdir. Çünki vəzifə sahibi öz maraqlarını naminə vətəndaşın hüquqlarını heçə saya bilməz. Dediklərinin sübutu kimi, Bakı Apellyasiya Məhkəməsində 8(103)-93/2025 saylı iş üzrə sonuncu qərardaddır. Onun bu qərardadın predmeti – Səbail rayon Məhkəməsi qərardadının ən azından yanlışlar səbəbindən ləğv olunması tələbi yenə növbəti 60-cı dəfə etinadsızcasına təmin olunmamışdır. Sanki qərar verənlər üçün cavabdeh qərardad mətnini tərtib edir, onlar da imzalayırlar. Şəxs öz maraqları üçün kolleqalarını risk altında qoyursan, bu professional deyil. Onun cavabdehə qarşı kin saxlamazdı. Lakin hazırkı vəziyyətdə ona sınaq müddətin təmin olunmasını istəyir. İstənilən mübahisə hüquqi qramatik əsasda ədalət prinsipi və normaları əsasında aparılmalıdır. Hüquqi təhsil heç kimə əsas vermir ki, digərinin hüquqlarını əsassız pozsun. Cavabdehlər məhkəmə-hüquq şurasına öz kolleqalarından əsassız şikayətlər edirbununla təzyiq göstərib tərəf olduğu işlər üzrə hakimlərin obyektiv baxışına mane olur. Cavabdeh sistem işçisi olaraq daxildən Məhkəmə icra şöbəsi və Məhkəmə Ekspertiza Mərkəzi eyni şantaj üsulu ilə təhdid altına qoyub xeyirlərinə qərar və rəylər alınmasını təmin edir. Beləliklə cavabdeh Apellyasiya məmuru olaraq 1 instansiya qərarların qüvvədə qalmasın şübhə altında qoyur, sonra Ali Məhkəməyə öz müvafiq şriftlənmiş apellyasiya qərarların toxunulmamazlığını təmin edir. Apellyasiya kargüzarlıq şöbəsinə daxil olmuş müraciətləri seçir, apellyasiya qərarların aidiyyatı instansiya ünvanladığı işlərin materiallarına dəyişiklik edib vaxtında yetişməsinə maneçilik törədirlər. Təkcə, cavabdehin günahı ucbatından ünvana yetişməsi yubadılan hakim Məmməd Məmmədli və Mirzə Tağızadənin qərarlarını miras gətirmək olar. Digər sahələr üzrə süni dava salıb işləri mübahisə orqanlarına düşərkən ora çağırılanda apellyasiya mövqeyləri arqument gətirilir. Məhkəmə şurasına əsassız, şəxsi ambisiyalar üçün addımbaşı şikayət etmək olmaz. Bu hərəkətlərin nəticəsi onun digər işlərinə baxan hakimlər tərəfindən köhnə qərarlara müvafiq qərar vermələrinə səbəb olur, bu da növbəsində ona külli miqdarda zərər vurur. Nəticəsi 9A mənzili sanitar qovşağsız qalıb və bu gün 2-ci dəfə əsassız cərimə olunmuşdur. Çünki cavabdeh apellyasiya məmurudur, nə istəsə o, olmalıdır. Mənzilin ilkin vəziyyəti ilə hazırkı vəziyyəti arasında fərq konkret məbləğdə ehtiva olunub. O, bu fərqi cavabdehdən maddi zərərin əvəzi olaraq tələb edir. Çünki məhz cavabdehlər onun sanitar qovşağını mənzil daxilində söktürüb, çöldəkin ümumi istifadəyə qaytarılmasını tələb edir, mənzilinin çöl divarın dağıdıb, indi də iç divarın qalınlaşdırılmasını tələb edirlər. Bütün bunlar 60 dənə müxtəlif məhkəmə qərarları, illər davam edən məhkəmə-hüquq xərcləri bu maddi zərəri müəyyən edir. Mənəvi hissəyə gəlincə məhkəmə hələki tətbiqi hissədə müəyyən fikrə gəlmədiyi üçün, bu hissədə tələbi cavabdehin üzr istəməsi ilə kifayətlənir. Göstərilənləri nəzərə alaraq iddiaçı maddi zərərin əvəzi olaraq cavabdehdən suiistifadə fəaliyyətləri ilə ona məxsus 9A mənzilin konfiqurasiya dəyişikliyi nəticəsində 8000 manat qiymətdən düşməsi ilə vurulmuş zərərin tutulmaqla ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq cavabdehin vəzifə və səlahiyyətlərindən ona qarşı sui-istifadə etməsinə görə məhkəmə qaydasında ondan üzr istəməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, onun əleyhinə çıxan məhkəmə qərarlarında cavabdehin vasitəçiliyi var. Hətta polis orqanlarına etdiyi şikayətlə bağlı araşdırma aparılarkən Apelyasiya Məhkəməsindən zənglər edilmişdir. Onun qanuni şikayətləri təmin edilməmişdir. Hətta cavabdehin öz vəzifəsindən sui-istifadə nəticəsində kassasiya qaydasında da işlərə baxılmasına maneçilik törədilmişdir. Əsassız olaraq ərizələri baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, nümayəndəsi olduğu şəxs Apellyasiya Məhkəməsinin aparat işçisidir, dövlət qulluqçusudur. Hakimlərə hər hansı təsir imkanı yoxdur. Hakimlər tərəfindən qəbul edilən qərarlar dövlət adından çıxarılır. İddiaçının nümayəndəsi olduğu şəxsin hakimlərə təsir edərək qərar qəbul etdirməsi barədə sübutları da yoxdur. Eyni zamanda bildirir ki, Apellyasiya Məhkəməsi formal mülahizəyə görə deyil, faktiki iddianın əsaslığına qiymət verir. Texniki yanlışlıqlar birinci instansiya məhkəməsinin qərarlarında mövcuddursa, tərəf həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Apellyasiya Məhkəməsi isə şikayətin dəlillərini və çıxarılan qərarların əsaslı olub-olmamasını yoxlayaraq qiymət verir. Həmçinin bildirir ki, iddiaçı mübahisənin onun evinin onlar tərəfindən alınması ilə bağlı yaranmasını qeyd edir. Halbuki iddiaçıya məxsus mənzilin almaq niyyətində olmamışlar, hətta qonşuluq münasibətini saxlamaq üçün iddiaçının çox qanunsuz hərəkətlərinə göz yummuşlar. İddiaçı mənzildə özü yaşamır, müxtəlif adamlar kirayədə qalır, qanunsuz tikilmiş sanitar qovşaqdan istifadə ilə əlaqədar mənzillərinə su axıdılması ilə bağlı ziyan da dəymişdir. Hesab edir ki, qaldırılan iddia əsassızdır və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinə xitam verilməsi barədə borclu İddiaçı ərizəsi təmin edilməməsi qərara alınmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-93/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadın surətindən görünür ki, şikayətin təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin 94a saylı mənzili 2016-cı ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsində baş məsləhətçi vəzifəsində işləyir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 2016-cı ildə Bakı şəhəri, Mirzə Mənsur küçəsi, ev 94-də 9 A saylı mənzili alandan sonra qonşularla onların təşəbbüsü ilə münaqişə yaşamışdır. Hazırda 4 ildir ki, bu münaqişə məhkəmə çərçivəsindədir. Əsasən qonşu Nümayəndə ona qarşı rəsmi tərəf olaraq çıxış etsə də, onun həyat yoldaşı cavabdeh həm hüquqi, həm də vəzifə köməkliyi göstərir. Cavabdeh hazırda Bakı Apellyasiya Məhkəməsində rəsmi vəzifə tutur. Bu baxımdan onun haqlı mövqeyi eşidilmir, onların qərəzli mövqeyi isə vüsət tapıb. Nəticəsi ona məxsus 9A saylı mənzili yararsız vəziyyətə salınıb, amalları mənzili qiymətdən salmaq, yarı qiymətə onlara satmağa məcbur etmək, əks halda heç kimə qismət olmamasını təmin etməkdir. Onun apellyasiya məhkəməsinə haqlı şikayətləri 10 dəfələrlə təmin olunmamış qalmışdır. Bunu hakimin istənilən mövqeyinin haqlı olması ilə əlaqələndirmək olar. O, hesab edir ki, bu hakimə qarşı hörmətsizlikdir. O, günahsız şəxs olaraq bu hərəkətlərdən maddi və mənəvi zərər görən şəxs kimi hakimlərdən incimir. Çünki hakimlər öz kolleqalarının təkidli zorakı – mövqeyini müdafiə etmək məcburiyyətində qalıblar. Cavabdehlərin bu yanlış hərəkətlərini – həyat tərzini onlara kimsə izah etməlidir. beləliklə, onun şikayəti cavabdeh xanımın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsindədir, bu yolverilməzdir. Çünki vəzifə sahibi öz maraqlarını naminə vətəndaşın hüquqlarını heçə saya bilməz. Dediklərinin sübutu kimi, Bakı Apellyasiya Məhkəməsində 8(103)-93/2025 saylı iş üzrə sonuncu qərardaddır. Onun bu qərardadın predmeti – Səbail rayon Məhkəməsi qərardadının ən azından yanlışlar səbəbindən ləğv olunması tələbi yenə növbəti 60-cı dəfə etinadsızcasına təmin olunmamışdır. Sanki qərar verənlər üçün cavabdeh qərardad mətnini tərtib edir, onlar da imzalayırlar. Şəxs öz maraqları üçün kolleqalarını risk altında qoryursan, bu professional deyil. Onun cavabdehə qarşı kin saxlamazdı. Lakin hazırkı vəziyyətdə ona sınaq müddətin təmin olunmasını istəyir. İstənilən mübahisə hüquqi qramatik əsasda ədalət pri nsipi və normaları əsasında aparılmalıdır. Hüquqi təhsil heç kimə əsas vermir ki, digərinin hüquqlarını əsassız pozsun. Cavabdehlər məhkəmə-hüquq şurasına öz kolleqalarından əsassız şikayətlər edirbununla təzyiq göstərib tərəf olduğu işlər üzrə hakimlərin obyektiv baxışına mane olur. Cavabdeh sistem işçisi olaraq daxildən Məhkəmə icra şöbəsi və Məhkəmə Ekspertiza Mərkəzi eyni şantaj üsulu ilə təhdid altına qoyub xeyirlərinə qərar və rəylər alınmasını təmin edir. Beləliklə cavabdeh Apellyasiya məmuru olaraq 1 instansiya qərarların qüvvədə qalmasın şübhə altında qoyur, sonra Ali Məhkəməyə öz müvafiq şriftlənmiş apellyasiya qərarların toxunulmamazlığını təmir edir. Apellyasiya kargüzarlıq şöbəsinə daxil olmuş müraciətləri seçir, apellyasiya qərarların aidiyyatı instansiya ünvanladığı işlərin materiallarına dəyişiklik edib vaxtında yetişməsinə maneçilik törədirlər. Təkcə, cavabdehin günahı ucbatından ünvana yetişməsi yubadılan hakim Məmməd Məmmədli və Mirzə Tağızadənin qərarlarını miras gətirmək olar. Digər sahələr üzrə süni dava salıb işləri mübahisə orqanlarına düşərkən ora çağırılanda apellyasiya mövqeyləri arqument gətirilir. Məhkəmə şurasına əsassız, şəxsi ambisiyalar üçün addımbaşı şikayət etmək olmaz. Bu hərəkətlərin nəticəsi onun digər işlərinə baxan hakimlər tərəfindən köhnə qərarlara müvafiq qərar vermələrinə səbəb olur, bu da növbəsində ona külli miqdarda zərər vurur. Nəticəsi 9A mənzili sanitar qovşağsız qalıb və bu gün 2-ci dəfə əsassız cərimə olunmuşdur. Çünki cavabdeh apellyasiya məmurudur, nə istəsə o, olmalıdır. Mənzilin ilkin vəziyyəti ilə hazırkı vəziyyəti arasında fərq konkret məbləğdə ehtiva olunub. O, bu fərqi cavabdehdən maddi zərərin əvəzi olaraq tələb edir. Çünki məhz cavabdehlər onun sanitar qovşağını mənzil daxilində söktürüb, çöldəkin ümumi istifadəyə qaytarılmasını tələb edir, mənzilinin çöl divarın dağıdıb, indi də iç divarın qalınlaşdırılmasını tələb edirlər. Bütün bunlar 60 dənə müxtəlif məhkəmə qərarları, illər davam edən məhkəmə-hüquq xərcləri bu maddi zərəri müəyyən edir. Mənəvi hissəyə gəlincə məhkəmə hələki tətbiqi hissədə müəyyən fikrə gəlmədiyi üçün, bu hissədə tələbi cavabdehin üzr istəməsi ilə kifayətlənir. Bu səbəbdən iddiaçı maddi zərərin əvəzi olaraq cavabdehdən sui-istifadə fəaliyyətləri ilə ona məxsus 9A mənzilin konfiqurasiya dəyişikliyi nəticəsində 8000 manat qiymətdən düşməsi ilə vurulmuş zərərin tutulmaqla ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq cavabdehin vəzifə və səlahiyyətlərindən ona qarşı sui-istifadə etməsinə görə məhkəmə qaydasında ondan üzr istəməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə uyğun olaraq çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 7.1-ci maddəsinə əsasən ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər. Başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yol verilməzdir və qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur (maddə 7.3). Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Göstərilən Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (maddə 9.2). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə qeyd edir ki, ədalət mühakiməsini həyata keçirən hakimlər işlərə baxılmasında müstəqil olmaqla vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarını və azadlıqlarını qoruyur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə sistemi üç pilləli olmaqla yuxarıda instansiya məhkəmələrində (apellyasiya və kassasiya instansiyası məhkəmələri) işlərə 3 hakimdən ibarət tərkibdə baxılır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı iddia ərizəsində cavabdehin apellyasiya instansiyası məhkəməsində işləməsi səbəbindən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlardan verilən şikayətlərə apellyasiya instansiyası məhkəməsində baxılarkən hakimlərə təsir edərək onun ziyanına qərar qəbul edilməsinə nail olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə aparatının inzibati vəzifəsində çalışan işçisinin hakimlərin müstəqil qərar qəbul edilməsinə təsir imkanları mövcud olmadığı kimi işə baxılaraq iddiaçının əleyhinə qəbul edilmiş qərarlardan kassasiya qaydasında yuxarı instansiya məhkəməsinə şikayət verilməsi də qanunda nəzərdə tutulmuşdur. Yəni hər bir şəxs pozulmuş hesab etdiyi hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etdiyi kimi qəbul edilən yekun məhkəmə aktlarından narazı qaldığı təqdirdə yuxarıda instansiyalara şikayət etmək hüququna da malik olur. Apellyasiya instansiya məhkəməsi isə məhkəmə sisteminin ikinci pilləsidir. Digər tərəfdən iddiaçı eyni zamanda cavabdehin apellyasiya instansiya məhkəmələrinə qərar qəbul edilməsi ilə bağlı təsir etdiyinə dair sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Qərarların onun ziyanına qəbul edilməsinin cavabdehin təsiri altında baş verməsi iddiaçının ehtimalına əsaslanır. Eyni zamanda iddiaçı məhkəmə araşdırmaları zamanı qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğu şəraitində evinin 8000 manat dəyərində qiymətdən düşməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddianın hüquqi əsaslığı məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzi olaraq cavabdehdən sui-istifadə fəaliyyətləri ilə ona məxsus 9A mənzilin konfiqurasiya dəyişikliyi nəticəsində 8000 manat qiymətdən düşməsi ilə vurulmuş zərərin tutulmaqla ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq cavabdehin vəzifə və səlahiyyətlərindən ona qarşı sui-istifadə etməsinə görə məhkəmə qaydasında ondan üzr istəməsinin təmin olunması barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar