Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-967/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhəkəməsinin 2(009)-2208/2022 saylı 02 noyabr 2022-ci il tarixli qətnaməsini dəyişdirilərək, Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 aprel 2014-cü il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində nikah bağlamışlar. Cavabdehlə birgə nikahdan 13 mart 2017-ci il tarixdə X7 adlı övladları dünyaya gəlmişdir. Münasibətləri əvvəllər normal olsa da, sonradan pisləşmiş və nəhayət 21 yanvar 2019-cu il tarixdə cavabdehlə aralarında olan nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 204/2019 saylı qətnaməsinə əsasən pozulmuş, X6 ilə Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 26 aprel 2014-cü il tarixdə bağlanmış və 535 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçı X2 yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X7 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment Cavabdeh tutularaq X3 ödənilməsi qət edilmişdir. Daha sonra yəni Səbail rayon Məhkəməsinin e-2(009)-2208\2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən alimentin həcmi artırılaraq, 193 manat sabit pul məbləğində müəyyən edilmiş və bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Hal-hazırda maddi cəhətdən çətinlikləri çoxdur. Qeyd olunan məbləğlə uşağı saxlamaq və onun təlabatını ödəmək artıq çox çətindir. Uşaq orta məktəbə gedir və hazırlıqlara gedir, şəxsi evi yoxdur. Uşağa baxmaqda maddi çətinlik çəkir Azərbaycan Respublikası Mediasiya haqqında qanununa əsasən mediatora müraciət etmiş və qarşı tərəf mediasiya prosesində iştirak etməməsi barədə arayış almışdır. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli oldu. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2208/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay 13 mart 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2208/2022 saylı qətnaməsindən görünür ki, 13 mart 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-204/19 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 manat alitmentin həcmi artırılaraq, 193 manat sabit pul məbləğində müəyyən edilsin və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı 13 mart 2017-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin xx.xx.2011-cu il tarixli, 2(009)-2208/2022 saylı qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2208/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 13 mart 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-967/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-967/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver