Məhkəmə qərarları › İş №e-2(009)-969/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-969/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-969/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 682,80 manat məbləğində zərərin, bebitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 653,20 manat pul və 33,36 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1369,36 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində KK-2/23403 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavflə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz" İB abonentə məxsus fərdi yaşayış evni təbii qazla təchizetmişdir. Qeyd olunan ünvana “Azəriqaz" İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qazxettinin üzərində isə G-4 markalı qazsayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarfnın tələblərinə əməl etmək) və “X2"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmiş, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar ve faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paytayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli səkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans ve istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli A00020107 saylı akt əsasında 64,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat, cəmi 723,60 manat məbləğində “Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 40,80 manat məbləğində ödəniş etmişdir. Beləliklə həmin zərədən 682,80 manat məbləğində zərər hissə ödənilməmiş qalmışdır. Sayğac dəyişikliyindən sonra isə, yəni 2018-ci ilin aprel ayından isə abonent istehlak etdiyi təbii qaza görə yaranmış bocunu ödəməmiş 422,80 manat təşkil etmişdir. Bundan əlavə, abonentin istifadəsində olmuş smart kart tipli sayğac göstəricisi mənfiyə getdiyindən ona qaz itkisi hesablanmış və nəticədə abonentin 230,40 manat əlavə borcu yaranmışdır. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş ve dəyəri ödənilməmiş 653,20 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 1336 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “AzəriqazT İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Paylayıcı” qismində İddiaçı İB ilə Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə AK-2/23403 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında A0002010 №-li, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Laboratoriyanın xx.xx.2018-ci il tarixli rəyinə əsasən abonent Cavabdeh məzilinə quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, hesablanmış qaz sərfinin məbləği 64,80 manat müəyyən olunmuşdur. İş materiallarında olan MSK-29/1710-00044-1 nömrəli xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı İB-nin SOCAR**********30991710X00044 saylı, 22 yanvar 2018-ci il tarixli telefonoqramına əsasən 24 yanvar 2018-ci il tarixində əhali sektorunda istismarda olan Bakı RQÖQX Departamentindən informasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasına aparılmış abonent Cavabdeh məzilinə quraşdırılmış sayğacın klapanı sınıqdır, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş marteriallarında olan qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən abonent Cavabdeh aid olan qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün həmin sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, Cavabdeh 2021-ci il üçün 658,80 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, abonent P- 108 mm-lik qaz xəttindən dayağın daxilindən şlanq birləşmə ilə qoşularaq, təbii qazdan qeyri-qanuni olaraq istifadə edildiyi aşkar edilməsi, istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan «Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında fərdi evdə “X2”nın tələblərinə zidd olaraq sayğacdan kənar təbii qazdan istifadə olunduğunu aşkar olunması, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 6588 kub metr əlavə sərfiyyat hesablanmış və əlavə sərfiyyat kimi 653,20 manat məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, abonent qaz xəttindən dayağın daxilindən şlanq birləşmə ilə qoşularaq təbii qazdan qeyri-qanuni isitfadə edir. Dəymiş ziyan hesablanmalıdır. İş materiallarında olan İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin kserosurətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evdə ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında fərdi evdə “X2”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, 180 gün müddətində itirilmiş qazın bərpası üçün 6588 kub metr əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «X2nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, AK-2/22608 saylı müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «X2»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. «X2nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əməkdaşları tərəfindən İddiaçı İB-nin balansında və istismarında olan küçə qaz xətlərinə, həmçinin cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşumaqla cavabdehin təbii qazdan qanunsuz istifadə olunması aşkar edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “X2”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Deparatmenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehə ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasən 180 gün hesabat müddəti nəzərə alınmaqla 6588 kub metr dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2019-cu il tarixli akt əsasında dəymiş ziyan kimi 180 günə hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. «X2nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, hesabat dövrü kimi 180 gün əsas götürülmüşdür. Lakin görünüdyü kimi hesabat dövrünün 180 gün götürülməsi yuxarıda göstərilən Qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, dəymiş ziyan hesablanarkən hesabat dövrü kimi 180 gün deyil, 30 gün əsas götürülməlidir. Belə olan halda xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 6588 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 0,10 manat nəzərə alınmaqla 109,80 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında AK- 2/23403 saylı, xx.xx.2018-ci il tarixli «Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə» müqavilə bağlanmış və cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Cavabdeh təbii qazdan istifadə etmiş, lakin istifadə etmiş təbii qazın dəyəri onun tərəfindən ödənilməmişdir. Cavabdehin hazırda təbii qazdan istifadəsi nəticəsində yaranmış borcu 612,40 manat təşkil edir. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Odur ki, iddiaçının cavabdehə qarşı qeyd edilən məbləğdə tələbi müqavilə hüququ çərçivəsində dəyərləndirildikdə əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 109,80 (yüz doqquz manat səksən qəpik) manat maddi zərərin, debitor borc üzrə 612,40 (altı yüz on iki manat qırx qəpik) manat və 33,36 (otuz üç manat otuz altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 109,80 manat pulun tutulması hissəsində əsaslı hesab olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödəniliş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 109,80 (yüz doqquz manat səksən qəpik) manat maddi zərərin, debitor borc üzrə 612,40 (altı yüz on iki manat qırx qəpik) manat və 33,36 (otuz üç manat otuz altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar