Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1018/2024 30.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 13293.82 manat – bundan 6058.44 manat əsas, 2124.07 manat faiz, 4245.27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 866.04 manat faiz borcu və iş üzrə ödənilmiş 129.88 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh3 (borcalan) və Cavabdeh2 (birgə borcalan) arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehlərə 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 15500 USD məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh4 ilə bank arasında 290008441/ZM nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 1621/02 nömrəli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı cəmi borcu 12892.25 USD təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 18049.15 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********816 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 13293.82 manat təşkil edir. Bundan 6058.44 manat əsas, 2124.07 manat faiz, 4245.27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 866.04 manat faiz borcu təşkil edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işlərin çoxluğu ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmədən işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. İddiaçı ASC (Kreditor), Cavabdeh3 (Borclu) və Cavabdeh2 (Birgə borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Kreditor” “Borcalan”a 15500 USD məbləğində kredit verir, kredit “Borcalan”a şəxsi istehlak məqsədilə, 48 ay müddətinə verilir. Kreditin istifadəsinə görə “Borcalan” “Kreditor”a illik 20 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 22.358 faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 faiz dərəcəsilə, aylıq isə 3.33 faiz dərəcəsilə faiz hesablanır və “Borcalan” tərəfindən “Kreditor”a ödənilir.
6. xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, 15500 USD məbləğində kreditin, 48 ay müddətinə, illik 20% dərəcəsi ilə xx.xx.2014 – xx.xx.2018-ci il tarixləri arasında hər ay 471.71 USD (sonuncu ay 471.40 USD) məbləğində ödənilməsi təsdiq edilmişdir.
7. İddiaçı ASC (Kreditor), Cavabdeh4 (Zamin), Cavabdeh1 (Zamin), Cavabdeh2 (Birgə Borcalan) və Cavabdeh3 (Borcalan) arasında bağlanmış, xx.xx.2014-cü il tarixli, 290008441/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bankdan kredit götürmüş “Borcalan” tərəfindən “Kreditor” qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti “Zamin”in və ya “Zamin”lərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılmış vəsaitdir.
8. xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 1621/02 nömrəli Əlavə Sazişdən görünür ki, “Borcalan”ın “Kreditor” qarşısındakı əsas borcu – 10625.20 USD, 2258.23 USD faiz borcu, 8.82 USD cərimə borcu olmaqla, cəmi 12892.25 USD təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 18049.15 manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 27 yanvar 2021-ci il tarixədək uzadılır.
9. xx.xx.2017-ci il tarixli, 1621/02 nömrəli Əlavə Sazişə əlavə olunan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə ödənişlərin xx.xx.2017 – xx.xx.2021-ci il tarixləri arasında hər ay 413.99 manat (sonuncu ay 413.63 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır.
10. xx.xx.2014-cü il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 1621/02 nömrəli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. “Zamin”lər bu Əlavə Sazişi imzalamaqla xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş 27 yanvar 2017-ci il tarixli, 1621/02 nömrəli Əlavə Sazişin şərtləri ilə razılaşdıqlarını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq edirlər.
11. xx.xx.2023-cü il tarixli, **********176 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış tələb aşağıdakı kimidir: Müqavilə üzrə əsas borc – 6058.44 manat; Müqavilənin müddəti – xx.xx.2017 – xx.xx.2021; Müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər – 2124.07 manat; Müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 4245.27 manat; AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi – 5%; Həmin faizin hesablanma düsturu – (əsas borc/100*5)/360; Həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı – 0.84 manat və 1031; Gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği – 866.04 manat; Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc – 13293.82 manat.
12. xx.xx.2023-cü il tarixli, **********816 nömrəli bildirişdən görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun məbləği barədə xəbərdar edilmiş və həmin borcun 3 (üç) gün ərzində ödənilmədiyi təqdirdə Bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı qeyd edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, № 9/1955 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarına olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və 27 yanvar 2017-ci il tarixli, 1621/02 saylı “Əlavə Saziş”də qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 22 noyabr 2023-cü il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 9264.13 manat məbləğində müəyyən edilir, o cümlədən: müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə: əsas borc üzrə - 7076.36 manat, faiz borcu üzrə - 1188.24 manat; Maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla - əsas borc üzrə - 7076.36 manat, faiz borcu üzrə - 1.188.24 manat, faiz borcu 5% ilə - 999.54 manat. Qeyd: Hazırkı ekspertiza tədqiqatı zamanı bank tərəfindən 25 dekabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmadı.
İşin faktiki halları.
14. İddiaçı ASC (Bank), Cavabdeh3 (Borcalan) və Cavabdeh2 (Birgə Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, Bank Borcalana 48 ay müddətinə, illik 20%-lə 15500 USD məbləğində kredit vermişdir.
15. İddiaçı ASC (Bank), Cavabdeh1 (Zamin) və Cavabdeh4 (Zamin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, Zaminlər Borcalanın xx.xx.2014-cü il il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar.
16. xx.xx.2017-ci il tarixli əlavə sazişlə kreditin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Eyni qaydada Zaminlərlə Bank arasında da təminat verdikləri kreditin müddətinin uzadılmasına dair əlavə saziş bağlanmışdır.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 500. Birgə borclular və birgə öhdəliklər. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi.
19. İşin halları və mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank cavabdehlərlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti borclulara (cavabdehlərə) vermişdir. Borclular isə bu kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyə uyğun olaraq ödənişlər etməli olduqları halda bunu lazımınca etməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
20. Lakin məhkəmə, zamin-cavabdehlər Cavabdeh1 və Cavabdeh4 münasibətdə iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
21. Hazırkı iş üzrə cavabdehlərin zamin olduqları kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Bu vəziyyətdə iddiaçı tərəfindən zaminlərə qarşı tələb irəli sürmək üçün bir illik kəsici müddət artıq keçdiyindən onların zaminliyinə xitam verilmişdir. Odur ki, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh4 münasibətdə təmin edilməməlidir.
22. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir.
23. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər.
25. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
26. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.
27. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 4245.27 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir.
28. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
29. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”.
30. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehlərin öz öhdəliklərini lаzımıncа yerinə yetirməməsində ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 500 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər.
31. Cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı Bank cavabdehlərdən 6058.44 manat əsas, 2124.07 manat, kredit müqaviləsi bitəndən sonra hesablanmış 866.04 manat faiz borcu tutulmasını tələb etmişdir. İş materiallarında olan ekspert rəyindən isə görünür ki, iddiaçı Bank tərəfindən təqdim edilmiş sənədlərə əsasən müvafiq kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə əsas borc 7076.36 manat, faiz borcu 1188.24 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu isə 999.54 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Bankın cavabdehdən tələb etdiyi əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu məbləği ekspert tərəfindən müəyyən edilmiş müvafiq məbləğdən aşağı olduğundan məhkəmə, iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, cavabdehlərdən iddiaçı Bankın xeyrinə məhz iddia tələbində qeyd edilmiş məbləğdə 6058.44 manat əsas borc və 866.04 manat gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu tutulmalıdır. Müqavilə müddətinə hesablanmış faiz borcuna münasibətdə isə məhkəmə, ekspert rəyi ilə razılaşır və hesab edir ki, cavabdehlərdən 1188.24 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə xərcləri.
32. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 129.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehlərdən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (6058.44+1184.24+500+ 866.04=8612.72) mütənasib hissəsi – 106.13 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 100 manat məbləğində ekspertiza xərci isə cavabdehlərdən müştərək qaydada tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6058.44 manat, faiz borcu üzrə 1188.24 manat, cərimə borcu üzrə 500 manat, gecikdirilmiş vaxt üçün faiz borcu 866.04 manat olmaqla, cəmi 8612.72 manat məbləğində borc və 106.13 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir.
34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6058.44 manat, faiz borcu üzrə 1188.24 manat, cərimə borcu üzrə 500 manat, gecikdirilmiş vaxt üçün faiz borcu 866.04 manat olmaqla, cəmi 8612.72 manat məbləğində borc və 106.13 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva