Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-107/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı "X2 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 45 383.94 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi - 15 931.20 (on beş min doqquz yüz otuz bir ABŞ dolları 20 sent) ABŞ dollarının və 171.25 manat dövlət rüsumunun tutularaq İddiaçı"xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. X2 Azərbaycan» QSC (bundan sonra - Bank) iləCavabdeh1 arasında bağlanmış 04 iyul 2013-cü il tarixli, 213/2043 saylı kredit müqaviləsi üzrə Cavabdehə 36 (otuz altı) ay müddətində, illik 16% (on altı faiz) olmaq şərti ilə 80 500 (səksən min beş yüz) ABŞ dollarıməbləğində kredit verilmişdir. 04 iyul 2013-cü il tarixli, 213/2043 saylı Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin еdilməsi məqsədi ilə Cavabdeh1 ilə Bank arasında 04 iyul 2013-cü il tarixli İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “BMW X6” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı buraxlış ili 2010-cu il olan, BAN : 5EMGZ0C58ALK13734, qara metal rənqli nəqliyyat vasitəsi Banknın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. Eyni zamanda Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin еdilməsi məqsədi ilə Cavabdeh2 ilə Bank arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinə görə borcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin öhdəliklər Cavabdehlər tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank Məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5032/2015 saylı iş üzrə 31 avqust 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə Bankın iddiası təmin edilərək,Cavabdeh1 və Cavabdeh2 45383.94 ABŞ dolları əsas borcun, 3833.98 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 1905.62 ABŞ dolları cəriməborcunun, 14.50 manat bildirişin göndəerilməsinə dair poçt xərci, 30 manat dövlət rüsumunun, ümumilikdə 51 123.54 ABŞ dolları borcun və 44.50 manat məbləğdə borcun Bankın xeyrinə tutulmasını, tutmanın Cavabdeh1na mülkiyyət hüququ ilə məxsus olan “BMW X6” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı buraxlış ili 2010-cu il olan, BAN : 5EMGZ0C58ALK13734, qara metal rənqli nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq əldə edilmiş pulun Banka ödənilməsi və s. qət edilmişdir. Göründüyü kimi, Cavabdehin 45383.94 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Bildiririk ki, 31 avqust 2015-ci il tarixindən 31 mart 2017-ci il tarixinədək 45383.94ABŞ dolları təşkiledən əsas bor məbləği üzrə gecikmə 578 gün olmuşdur və hesablanmış 5% məbləğinin həcmi 3 643.32 (üç min altı yüz qırıx üç) ABŞ dolları,nəqliyyat vasitəsinin hərrac vasitəsi ilə satışından əldə olunmuş pul vəsaitinin 10565.88 ABŞ dolları 31 mart 2017-ci il tarixində məhkəmənin müəyyən etdiyiəsas borc məbəğindən silinmiş, qalıq - əsas borc 34 818.06 ABŞ dollarının ödənişinin gecikməsi 15 mart 2024-cü il tarixinə 2541 gün hesablanmışdır ki, həmin müddət üçün 5% məbləği 12 278.87 (on iki min iki yüz yetmiş səkkiz) ABŞ dolları,cəmi 15 931.20 (on beş min doqquz yüz otuz bir ABŞ dolları 20 sent) ABŞ dollarıdır. Cavabdeh xx.xx.2017-ci ildən sonra bu günə kimi hər hansı bir ödəniş etməmişdir və hal-hazıradək də kredit müqaviləsindən və məhkəmə qətnaməsindən irəli gələn öhdəliklər icra edilmədiyisəbəbindən İddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiztələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda Cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olanəsas borc məbləğindən 34 818.06 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2015-ci ildən xx.xx.2024-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 15 931.20 (on beş min doqquz yüz otuz bir ABŞ dolları 20 sent) ABŞ dolları təşkil edir.
Tərəflərin izahatları
3. İddiaçı “X2 Azərbaycan” ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
İş materialları
6. xx.xx.2013-cü il tarixli 213/2043 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 80.500 dollar məbləğində kredit verilmişdir.
7. xx.xx.2013-cü il tarixli 213/2043 nömrəli nəqliyyat vasitəsini (avtomobilin) alqısatqı və ipoteka (girov) müqaviləsindən görünür ki, Cavabdeh1 BMW-X6 minik markalı avtomobili Alıcı/İpoteka qoyanın - “X2 Azərbaycan” ASC-nin mülkiyyətinə verir. Avtomobilin satış qiyməti 115.000 ABŞ dolları, onun dəyərinin 34.500 ABŞ dolları “Alıcı/İpotekaq qoyan” tərəfindən, 80.500 ABŞ dolları isə “Kreditor/İpoteka saxlayan” tərəfindən 04 iyul 2013-cü il tarixli 213/2043 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı kimi “Kreditor/İpoteka saxlayana” ipotekaya (girova) verir.
8. 10/06 nömrəli açıq hərracın nəticələri haqqında protokoldan görünür ki, Cavabdeh1 məxsus “BMW X6” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti və satış qiyməti 22000 manat məbləğində müəyyən edilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli İcra Vərəqəsindən görünür ki, (qrx beş min üç yüz səksən üç ABŞ dollan 94 sent) əsas kredit borcu, 3833.98 USD (üç min səkkiz yüz otuz üç ABŞ dolları 98 sent) əsas məbləğə hesablanmış faiz borcu, 1905.62 USD (bir min doqquz yüz beş ABŞ dollan 62 sent) cərimə borcu, 14.50 AZN (on dörd manat 50 qəpik) bildirişingöndərilməsinə dair poçt xidməti xərcləri və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsihaqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 (otuz) manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu ümumilikdə 51.123.54 USD (ǝlli bir min yüz iyirmi üç ABŞ dolları 54 sent) və 44.50 AZN (qırx dörd manat 50 qəpik) məbləğində bore "X2 Azərbaycan" QSC-nin xeyrinə ödənilsin. İpoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan "BMW X6" minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010-cu il olan, ban 5YMGZ0C58ALK13734, qara metal rəngli nəqliyyat vasitəsi açıq hərracdan satılsın. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün_yetərli deyildirsə, çatışmayan məbləğ borclunun başqa əmlaklarının satışı hesabına ilə əldə edilən məbləğlərdən "X2 Azərbaycan" QSC-nin xeyrinə ödənilsin.
10. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnamənin surətindən görünür ki, İddia təmin edilmiş, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 45383.94 USD (qirx beş min üç yüz səksən üç ABŞ dollan 94 sent) əsas kredit borcu, 3833.98 USD (üç min səkkiz yüz otuz üç ABŞ dolları 98 sent) əsas məbləğə hesablanmış faiz borcu, 1905,62 USD (bir min doqquz yüz beş ABŞ dollan 62 sent) cərimə borcu, 14.50 AZN (on dörd manat 50 qəpik) bildirişin göndərilməsinə dair poçt xidməti xərcləri və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqinda bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 (otuz) manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu- ümumilikdə 51.123.54 USD (əlli bir min yüz iyirmi üç ABŞ dolları 54 sent) və 44.50 AZN (qirx dörd manat 50 qəpik) məbləğində borc “X2 Azərbaycan"xxxx" QSC-nin xeyrinə ödənilməsi, İpoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan "BMW X6" minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010-cu il olan, ban 5YMGZ0C58ALK13734, qara metal rəngli nəqliyyat vasitəsi açıq hərracdan satılsın. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə,çatışmayan məbləğ borclunun başqa əmlaklarının satışı hesabına ilə əldə edilən məbləğlərdən "X2 Azərbaycan" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
11. X2 Azərbaycanın xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "X2 Azərbaycan" QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyul 2013-cü il tarixli, 213/2043 saylı Kredit müqaviləsinə görə ABŞ dolları üzrə qüvvəyə minmiş yekun məhkəmə aktı ilə müəyyən olunmuş hallar nəzərə alınmaqla 15 mart 2024-cü il tarixinə illik 5% dərəcəsi ilə hesablanmış zərər məbləği təmin edilən əsas borc 45383.94 ABŞ dolları 94 sent, təmin edilmiş faizlər 3833.98 ABŞ dolları 98 sent, təmin edilmiş cərimə 1905.62 ABŞ dolları 62 sent, təmin edilmiş ümumi borc 51123.54 ABŞ dolları, 54 sent müəyyən edilmişdir.
12. X2 Azərbaycanın xx.xx.2024-cü il tarixli Cavabdeh1 04 iyul 2013-cü il tarixli, 213/2043 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair arayışından görünür ki, Cavabdeh1 04 iyul 2013-cü il tarixli, 213/2043 nömrəli kredit müqaviləsi üzre əsas borcdan qalan 45 383.94 ABŞ dollarının ödənilməsinin 3119 gün gecikdirilməsinə görə dəymiş zərer məbləği 15 931.20 (on beş min doqquz yüz otuz bir ABŞ dolları 20 sent) ABŞ dolları təşkil edir.
13. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2158 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlər, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 213/2043 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi 34818.06 ABŞ dolları məbləğində illik 5% hesablanmaqla, faiz məbləği aşağıdakı kimi müəyyən edilir, cümlədən: əsas borc üzrə 34818.06 ABŞ dolları, faiz borcu üzrə 12113.78 ABŞ dollarıdır.
14. “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti” etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh tərəfin təqdim etdiyi sənədlər birtərəfli xarakter daşıyır və məhkəməni yanıldaraq faktiki hüquqi vəziyyəti təhrif etmək məqsədi güdür. Belə ki, cavabdehlər yalnız aşağı instansiya məhkəmələrinin qərarlarını sistemə yükləmiş, lakin Ali Məhkəmənin bu iş üzrə yekun yə hüquqi qüvvəyə minmiş qərarını bilərəkdən təqdim etməmişdir. Ali Məhkəmənin 10 yanvar 2025-ci il tarixli, 2(102)-316/2025 nömrəli qərarına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2024-cü il tarixli, 2(103)- 6688/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunan apellyasiya qərarının 39 və 40-cı bəndlərində məhkəmə açıq şəkildə aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iddiaçı hakimi Tural Məmmədova e-2(010)-107/2025 nömrəli mülki iş üzrə "X2 Azərbaycan”" QSC tərəfindən YapiKredi Bank Tarix:xx.xx.2025-ci il. "39. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 - müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli yazılı izahatlarında qətnamə barədə məlumathı olduqlarını təsdiq etmişlər. Buna baxmayaraq, onların nümayəndəsi və vəkili tərəfindən qanunla nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra - yalnız xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmis, lakin ötürülmüş prosessual müddətin bərpası ilə bağlı heç bir vəsatət təqdim edilməmişdir." Yuxarıda göstərilən hallara əsasən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdehlərin apellyasiya şikayəti prosessual müddət ötürüldüyündən və müddətin bərpası barədə vəsatət təqdim olunmadığından, bu şikayət üzrə baxılma mümkün deyil. Beləliklə, Ali Məhkəmə bu hüquqi mövqeyi tam şəkildə təsdiqləmiş, cavabdehlərin apellyasiya şikayətlərini əsassız hesab etmişdir. Buna görə də, cavabdehlərin hazırkı iş üzrə təqdim etdikləri sənədlər yalnız selektiv ve qərəzli yanaşmanın nəticəsi olaraq, məhkəməyə qeyri-dürüst məlumat vermək cəhdi kimi qiymətləndirilməlidir. 4). Sonda Hörmətli Məhkəmədən xahiş edirik ki, təqdim olunan sənədin bu kontekstdə - Ali Məhkəmənin yekun qərarının qəsdən gizlədilməsi ilə prosessual pozuntuya yol verilib-verilmədiyinin araşdırılmasını və iş üzrə iddiaçı "X2 Azərbaycan" QSC-nin iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İşin faktiki halları
15. İddiaçı "X2 Azərbaycan" QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 213/2043 saylı kredit müqaviləsinin imzalanması, həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi və digər Cavabdeh2 ilə iddiaçı arasında Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və onlar tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı.
Həmin Qərarda qeyd edilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Mülki-Prosessual Məcəllə: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
18. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh1 təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtıvaxtında ödəniş etməmiş, bununla da, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Cavabdeh tərəfindən ödənişlərin vaxtında edilməməsi müqavilə şərtlərinin əhəmiyyətli pozuntusudur.
19. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh1 təqdim etsə də, lakin cavabdehin öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etəməməsi ilə yanaşı, eyni zamanda, iş üzrə digər Cavabdeh2 da iddiaçı ilə aralarında bağlanan zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 kredit öhdəliklərinin icrası ilə əlaqədar birgə məsuliyət daşımalarına baxmayaraq, qeyd olunan müqavilə üzrə öhdəliyini icra etməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, tərəflər arasında zaminlik müqaviləsi mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı həmin borc məbləğini zamindən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, öhdəliyin icrasının zaminlərdən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən müqavilə faizi üzrə tələb etdiyi məbləğin 15931.20 manat olduğunu qeyd etsə də, iş üzrə alınmış ekspert rəyində həmin məbləğin 12113.78 manat olduğu bildirilmişdir. Məhkəmə ekspert rəyinə tənqidi yanaşılması üçün hər hansı bir əsas görmür və hesab edir ki, cavabdehlərdən tələb edilən dəymiş zərərin ödənilməsi ilə əlaqədar olan borcun məbləği 1211.78 manat manat həddində təmin edilməlidir.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 171.25 manat dövlət rüsumunun iddia tələbinə mütənasib olan hissəsi 126.34 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 12113.78 ABŞ dolları məbləğində pul iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulmalı və iş üzrə ödənilmiş 128.13 manat dövlət rüsumunun iddia tələbinə mütənasib olan hissəsi 126.34 manat dövlət rüsumu pul tutularaq iddiaçı X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 12113.78 ABŞ dolları məbləğində pul iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun 126.34 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. .